• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Məişət zorakılığı və uşaq hüquqları mövzusunda videokonfrans

Dekabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrasından irəli gələn məsələlərin müzakirəsi ilə əlaqədar dövlət orqanları və digər qurumların nümayəndələrinin iştirakı ilə videokonfrans formatında tədbir keçirib.

        Dövlət Komitəsinin sədri Bahar Muradova konfrans mövzusunun çox aktual olduğunu vurğulayaraq pandemiya və hərbi vəziyyət şəraitində ölkə əhalisinin sosial-iqtisadi vəziyyətini, təhlükəsiz həyatını və hüquqlarının qorunmasını diqqətdə saxladığının bariz nümunəsi kimi adıçəkilən sənədlərin  qəbuluna görə ölkə Prezidentinə təşəkkürünü bildirib, həmçinin videokonfrans iştirakçılarını Vətən müharibəsininin uğurla başa çatması və Zəfər bayramı münasibətilə təbrik edib.

Baş nazirin müavini Əli Əhmədov çıxış edərək dövlət siyasətində uşaqlara qayğı, uşaq hüquqlarının qorunması, təhsil alması, sağlam böyüməsi və həyata hazırlanması üçün geniş proqramın mövcud olduğunu və həmin proqramın həyata keçirilməsi üçün bir sıra dövlət qurumlarının sistemli şəkildə fəaliyyət göstərdiyini qeyd edib. Uşaqlarla bağlı cəmiyyətdə mövcud olan problemlərə toxunan Əli Əhmədov qeyd edib ki, qəbul olunmuş sənədlərin həyata keçirilməsi ardıcıl surətdə mövcud olan problemlərin aradan qaldırılmasını təmin etmiş oldu.

Daha sonra qeyd edilən sənədlərdən irəli gələn məsələlərlə bağlı çıxış edən Bahar Muradova vurğulayıb ki, Məişət zorakılığı Milli Fəaliyyət Planı məlumatlandırma və maarifləndirmə tədbirlərinin, habelə zorakılığa yol verilməməsinin  təşviqi, zərər çəkmiş şəxslərin aşkarlanması və erkən identifikasiyası, bu şəxslərin müasir standartlara uyğun yardım xidmətləri ilə təmin olunması, məişət zorakılığından zərər çəkmiş şəxslərin səmərəli müdafiə sisisteminin formalaşdırılması və digər tədbirləri özündə ehtiva edir.

“Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” haqqında məlumat verən Komitə sədri bildirib ki, Strategiyada məqsəd ölkə üzrə uşaqların müdafiə sistemini Konstitusiyamızın tələblərinə və BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın prinsiplərinə tam uyğunlaşdırmaqdan ibarətdir. Diqqətə çatdırıb ki, uşaqların müdafiəsi və inkişafı, hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur. Bu gün Azərbaycan əhalisinin 26.2 faizini uşaqlar təşkil edir. “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın Azərbaycan Respublikasında uşaq siyasətinin əsas hədəflərini müəyyən edən uşaqlara dair strategiyanın icrasını təmin etmək üçün iclasda iştirak edən qurumların nümayəndələri ilə cari ilin iyul-avqust aylarında birgə hazırlanmış birinci Fəaliyyət Planı olduğunu qeyd edərək sənədin məqsədinin uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizmlərin formalaşması və aidiyyəti orqanların (qurumların) qarşılıqlı fəaliyyətinin təmin edilməsi olduğunu vurğulayıb. O, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın bəndləri üzrə məlumatların vahid platformada toplanılması və elektronlaşdırılmasının vacibliyini qeyd edərək əlavə edib ki, bu, icraçı qurumlara vahid platforma üzərindən müvafiq məlumatların daha çevik formada ötürülməsi işində vacib rol oynayacaq.

İnsan hüquqlarının müdafiəsi və məişət zorakılığının qarşısının alınması istiqamətində güclü qanunvericilik bazasının mövcud olduğunu diqqətə çatdıran Ombudsman Səbinə Əliyeva bildirib ki, qadın və uşaq hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Vurğulanıb ki, Fəaliyyət Planlarında Ombudsmanın icrası üçün nəzərdə tutulmuş bəndlər üzrə müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində bundan sonra da hərtərəfli iştirak təmin ediləcək.

Təhsil nazirinin müavini Firudun Qurbanov bildirib ki, uşaqların inkişaf strategiyası ilə bağlı qəbul edilən milli fəaliyyət planı çox böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, Təhsil Nazirliyi hər iki milli fəaliyyət planının icrası istiqamətində artıq fəaliyyətə başlayıb. Nazir müavini qeyd edib ki, ölkəmizin təsil sistemində təxminən 2 milyon uşaq və gəncin təhsil aldığını nəzərə alaraq nazirlik qeyd olunan sənəd üzrə öz öhdəsinə düşən məsuliyyəti dərk edir və həyata keçirilməsi istiqamətində lazım olan bütün addımları atacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Hidayət Abdullayev çıxışında məişət zorakılığından zərər çəkmiş şəxslərin müdafiəsi istiqamətində nazirlik tərəfindən görülən işlər və akkreditasiya olunmuş yardım mərkəzlərinin yaradıldığını qeyd edərək, bu mərkəzlərin fəaliyyət istiqamətləri haqqında məlumat verib.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova çıxışında bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər iki Fəaliyyət Planı ciddi şəkildə təhlil olunmuş və müəyyən edilən müvafiq bəndlər mütləq vəzifə kimi qəbul edilib.

Yekun nitqi ilə çıxış edən Baş nazirin müavini Əli Əhmədov, ölkə Prezidenti tərəfindən təsdiqlənmiş sənədlərin icrasını ciddi şəkildə həyata keçirilməsi və icra prosesi ilə əlaqədar təklif və tövsiyələrini səsləndirib, faydalı müzakirə üçün videokonfrans iştirakçılarına təşəkkür edib.


3 il əvvəl

Sayt test rejimində çalışır