• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Onlayn müsahibələr davam edir

Dekabrın 14-dən etibarən müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan vakansiyalara işə qəbul olunmuş namizədlər üçün onlayn müsahibələrə başlanılıb.

Müsahibələr “Microsoft Teams” proqramı üzərindən onlayn formatda təşkil olunur. Namizədlər şəxsi səhifələrində qeyd olunan tarixdə elektron poçt ünvanlarına göndərilən keçid linkinə daxil olmaqla müsahibəyə qoşula bilirlər.

Onlayn müsahibələr üçün yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, məktəb direktorları, diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə göstərmiş fənn müəllimləri və psixoloqlardan ibarət komissiya heyətləri yaradılıb. Müsahibələrin ümumilikdə 9 gün davam etməsi nəzərdə tutulur. 14 dekabr tarixindən bugünədək 1497 nəfərin müsahibəsi yekunlaşıb.  Fənlər üzrə müsahibədə iştirak edəcək namizədlərin ümumi sayı isə 2209 nəfərdir.

Qeyd edək ki, hazırda hərbi xidmətdə olduğundan onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslər üçün növbəti müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılacaq. 


3 il əvvəl

Sayt test rejimində çalışır