Peşə təhsili üzrə 200-dən artıq videodərs yayımlanıb
“Koronavirus” (COVID-19) pandemiyası dövründə tədris prosesinin effektivliyinin artırılması məqsədilə peşə təhsili pilləsi üzrə telekanallar, həmçinin müxtəlif platformalar vasitəsilə 200-dən artıq videodərs yayımlanıb.
Videodərslər bir sıra ixtisaslar üzrə təhsil alan tələbələrin nəzəri və praktiki biliklərinin dərinləşdirilməsinə, dərs mövzularına dair qısa izah və təlimatların verilməsinə istiqamətlənib. Bugünədək peşə təhsili istiqamətində tədrisi aparılan əsas baza modulları üzrə 58, praktiki ixtisas dərsləri üzrə 124, nəzəri ixtisas dərsləri üzrə 35 videodərs çəkilib. Hazırlanan videodərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “Youtube” (https://bit.ly/2KobUFk) kanalı və Təhsil Nazirliyinin https://video.edu.az/ platforması üzərindən izləmək mümkündür.
Qeyd edək ki, bir sıra dərslərin çəkilişində Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanın peşə təhsili və təlimi sisteminin daha da gücləndirilməsi və müasirləşdirilməsinə istiqamətlənən, BMT-nin İnkişaf Proqramı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra edilmiş layihələrin də qatqısı olub.
3 il əvvəl
Daha çox xəbər
-
Qazaxıstanda 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı
4 il əvvəl -
Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu
3 il əvvəl -
"Ali təhsil haqqında" Qanunun hazırlanması üçün yaradılan İşçi Qrupunun ilk iclası keçirilib
3 il əvvəl -
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq
3 il əvvəl -
"Microsoft Teams" platformasının Azərbaycan dilində istifadə qaydası - videotəlimat
3 il əvvəl