• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

"Qayıdış" onlayn respublika rəsm müsabiqəsi yekunlaşıb

25 noyabr-22 dekabr tarixlərində keçirilən “Qayıdış” onlayn respublika rəsm müsabiqəsinə yekun vurulub.

Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə baş tutan müsabiqənin keçirilməsində məqsəd Qarabağı gənclərə daha yaxından tanıtmaq, Vətən uğrunda döyüşlərdə igidlik göstərən qəhrəmanlarımızın döyüş ruhunu, azad olunmuş torpaqlarımızın təbiətini tərənnüm etmək və istedadlı uşaqların bacarıqlarını aşkar etməkdən ibarət olub.

Onlayn platformada 3 yaş qrupu üzrə (6-11 yaş, 12-14 yaş, 15-18 yaş) keçirilən müsabiqədə Bakı və Naxçıvan şəhərlərində, eləcə də respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən 42 uşaq-gənclər inkişaf mərkəzlərindən 193 rəsm işi ilə 182 dərnək üzvü iştirak edib.

Münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə istedadlı iştirakçılar qiymətləndirilərək qaliblər müəyyən olunub. Qaliblər Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplomları, digər iştirakçılar isə həvəsləndirici diplomlarla təltif olunub.


3 il əvvəl

Sayt test rejimində çalışır