• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Türkiyə-Azərbaycan əməkdaşlığı çərçivəsində müəllimlər üçün vebinarlar

Dekabrın 25-dən etibarən Türkiyə-Azərbaycan əməkdaşlığı çərçivəsində müəllimlər üçün "Ortaq təhsil layihələrinin yaradılması" mövzusunda vebinarlara start verilir. 

5 gün davam edəcək vebinarların təşkil olunmasında məqsəd iki qardaş ölkə arasında müəllimlərə öz layihə ideyaları barədə fikir mübadiləsi aparmağa və ortaq təhsil layihələri üçün bir araya gəlməyə şərait yaratmaqdır. 

"Virtual məktəb" platforması üzərindən hər gün saat 21:00-da keçiriləcək vebinarların keçid linkləri “Virtual məktəb”in rəsmi “Facebook” səhifəsində təqdim olunacaq. 

Qeyd edək ki, vebinarlar ölkədə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılan beynəlxalq “eTwinning Plus” layihəsi çərçivəsində həyata keçirilir. 


3 il əvvəl

Sayt test rejimində çalışır