• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

"Qarabağ üçün yarat (Create for Karabakh)" virtual rəsm sərgisi keçirilib

Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” (Mənim yolum) Uşaq-Gənclər İnkişaf  Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ üçün yarat (Create for Karabakh)” adlı virtual rəsm sərgisi keçirilib.

Sərginin təşkil olunmasında məqsəd Amerikada yaşayan uşaqlara Qarabağın tarixi abidələrini, işğaldan azad olunmuş şəhər və kəndlərini tanıtmaq, istedadlı uşaqları üzə çıxarmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarət olub.

Virtual sərgidə hər iki ölkənin məktəbliləri tərəfindən 60-a yaxın rəsm işi təqdim olunub. Rəsmlərdə Azərbaycanın tarixi abidələri, zəngin mədəni irsi və qəhrəmanlarının döyüş əzmi öz əksini tapıb. Sərginin yekunu ilə bağlı təşkil edilən tədbirdə çıxış edən “My Way” Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbəri Alyona Bədəlova Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik edib, iştirakçılara uğurlar arzulayıb.


3 il əvvəl

Sayt test rejimində çalışır