• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Onlayn müsahibələr başa çatıb

Müəllimlərin işə qəbulu müsabiqəsinin ilk 3 turu üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan vakansiyalara işə qəbul olunmuş şəxslər üçün həyata keçirilən onlayn müsahibələr başa çatıb.

14-24 dekabr tarixlərini əhatə edən müsahibələrdə 2209 namizəd iştirak etmək hüququ qazanıb. "Microsoft Teams" proqramı üzərindən onlayn formatda təşkil olunan müsahibələrdə ümumilikdə 2196 namizəd iştirak edib. Hərbi xidmətdə olduğu üçün onlayn müsahibə mərhələsində iştirak edə bilməyən şəxslər üçün növbəti müsahibələrdə yenidən müraciət etmək imkanı yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, müsahibələrin nəticələri ilə bağlı məlumatlar tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.


3 il əvvəl

Sayt test rejimində çalışır