• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Cari ildə kvalifikasiyaların tanınması sahəsində təkmilləşdirilmələr aparılıb

Cari ildə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınma ilə bağlı 3000-ə qədər müraciətin icraatı yekunlaşdırılıb, başqa sözlə, 20000-ə qədər sənədin ekspertizası həyata keçirilib. İl ərzində daxil olmuş müraciətlərin 80 faizinin icrası müsbət qərarla yekunlaşıb.

Son dövrdə xarici kvalifikasiyaların tanınması istiqamətində görülmüş işlər çərçivəsində digər dövlət qurumlarının məlumat bazaları ilə qarşılıqlı inteqrasiya təmin olunub. Həmçinin, elektron ərizə sistemi funksionallıq və istifadəçi rahatlığı baxımından təkmilləşdirilib, vətəndaşlar üçün müxtəlif növ elektron arayışların əldə olunması imkanı yaradılıb, xarici ali təhsil müəssisələrinə və aidiyyəti qurumlara göndərilən sorğuların sayı minimuma endirilib. Qeyd olunan tədbirlərin əsas nəticəsi olaraq, tanınma ilə bağlı daxil olmuş müraciətlərin icra müddəti əvvəlki dövrlə müqayisədə 3 dəfəyə qədər azalıb.

Əlavə olaraq, Agentlik son dövrdə mütəmadi olaraq ekspert bazasını gücləndirib və aidiyyəti sahədə fəaliyyət göstərən Avropanın qabaqcıl qurumları ilə əməkdaşlıq əlaqələrini inkişaf etdirib. Görülən işlərin davamı olaraq, növbəti ildən ali təhsil pilləsi (bakalavriat və magistratura səviyyələri) ilə yanaşı, ali təhsil pilləsinə daxil olmaq hüququ verən təhsil sənədlərinin (attestat, subbakalavr və s.) də tanınmasının həyata keçirilməsi və vətəndaşların rahatlığı baxımından bir çox yeniliklərin tətbiqinə başlanılması nəzərdə tutulur.

Cari ildə ilk dəfə olaraq vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması həyata keçirilib. Sentyabr ayında Gəncə şəhərində “quru inşaat” ixtisası üzrə pilot qaydada qiymətləndirmə prosesi həyata keçirilib və müsabiqə qalibləri müvafiq modul üzrə sertifikatlarla təltif olunub. Hazırda bir sıra digər modullar üzrə imtahanlar həyata keçirilməkdədir (Cari ildə 20 nəfər “bərbər” ixtisası üzrə bilik imtahanından keçib). Növbəti ilin əvvəlindən başlayaraq bu sahədə vətəndaşlara göstərilən xidmətin keyfiyyəinin yüksəldilməsi, ekspert bazasının təkmilləşdirilməsi və prosesin elektronlaşdırılması istiqamətində müvafiq işlərin görülməsinə başlanılacaq.

Agentlik tərəfindən qeyd olunan sahələr üzrə proseslərin təkmilləşdirilməsi və vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər növbəti dövrdə də davam etdiriləcək.


3 il əvvəl

Sayt test rejimində çalışır