• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

"Virtual məktəb"də 2019-2020-ci tədris ili üzrə siniflər silinəcək

Hazırda "Virtual məktəb" platformasında dərslər cari tədris ili üzrə formalaşdırılmış yeni siniflərdə həyata keçirilir. Bunu nəzərə alaraq, 1-2 yanvar 2021-ci il tarixlərində “Virtual məktəb”də ötən tədris ili üzrə arxivləşdirilmiş siniflərin silinməsi nəzərdə tutulur.

Bu siniflərin saxlanılmasında əsas məqsəd müəllim və şagirdlərin yeni siniflərə rahat uyğunlaşmasının təmin edilməsi olub. Artıq köhnə siniflərin silinəcəyini nəzərə alaraq, müəllimlərdən köhnə siniflər üzrə işləri yekunlaşdırmaq xahiş olunur.

Qeyd edək ki, platformada cari tədris ilindən etibarən məktəb rəhbərləri tərəfindən siniflərin formalaşması funksionalı əlavə olunub. Belə ki, hazırda məktəb direktorları və direktor müavinləri sistemə daxil olub, profillərində rəhbərlik etdikləri məktəblərin siniflərini və müəllimlərini əlaqələndirərək idarə edə bilirlər.

Cari ilin 2 aprel tarixindən etibarən ölkədə ən iri milli onlayn platforma olan "Virtual məktəb”də məsafədən tədris təşkil olunur. Müəllim və şagirdlər platformada qeydiyyatdan keçərək siniflər üzrə dərslərə qoşulur və təqdim olunan bir çox təhsil imkanlarından faydalanırlar.


3 il əvvəl

Sayt test rejimində çalışır