• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

"Könüllülər ili"nə həsr olunmuş hesabat konfransı

Dekabrın 29-da “Könüllülər ili” adlı hesabat konfransı keçirilib.

COVID-19 pandemiyası şəraitinə uyğun olaraq videokonfrans formatında təşkil olunan tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov gənclər siyasətinin ən uğurlu modellərindən birinin ölkəmizdə könüllülük hərəkatının yaranması olduğunu xüsusi vurğulayıb. Nazir müavini bildirib ki, ölkəmizdə könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, hər bir bölgəyə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib.

Firudin Qurbanov könüllülük hərəkatının təhsil sisteminə müsbət təsir göstərdiyini də qeyd edib. Bildirib ki, tələbələrin bu hərəkata cəlb olunması onlarda aktiv həyat mövqeyi, vərdiş və bacarıqlarını inkişaf etdirir, biliklərini artırır, vətənpərvərlik ruhunu gücləndirir. Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü proqramı barədə danışan nazir müavini deyib ki, bu hərəkatla tələbə-gənclərin həyat və fəaliyyətində yeni bir mərhələ başlayıb.

Nazir müavini qeyd edib ki, yeni çağırışlar yalnız tələbə-könüllüləri deyil, bütün gəncləri qlobal çağırışlara adekvat fəaliyyət sahələri seçməyə, yüksək peşəkarlığa malik, rəqabətə davamlı mütəxəssis kimi yetişməyə, innovativ və yaradıcı fəaliyyətə səfərbər etməlidir. Pandemiya dövründə könüllülərin aktiv fəaliyyətini, onlar tərəfindən həyata keçirilən humanitar aksiyaları diqqətə çatdıran Firudin Qurbanov deyib ki, 100-dən çox BİR Könüllü “Bir-birimizi qoruyaq!” kampaniyası çərçivəsində koronavirus pandemiyasının davam etdiyi dövrdə müxtəlif istiqamətlər üzrə cəmiyyətimizin sağlamlığı naminə fəaliyyət göstəriblər. Eyni zamanda müxtəlif müddətlərdə keçirilən “Könüllü donor”, “Könüllü qonşu”, “Gələcəyimizi qoruyaq!” aksiyalarında yüzlərlə BİR Könüllü fəal iştirak edərək pandemiya dövründə əhalinin maarifləndirilməsi istiqamətində görülən işlərə töhfə verib. Vətən Müharibəsi dövründə Azərbaycan könüllüləri fəal iştirak edib, cəbhə ilə yanaşı informasiya müharibəsində də düşmənə layiqli cavab veriblər. 

Nazir müavini çıxışının sonunda ölkədə könüllülük hərəkatına töhfə vermiş hər kəsə minnətdarlığını bildirib və konfransın işinə uğurlar arzulayıb.

Daha sonra çıxış edən  gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, millət vəkili Şahin Seyidzadə və konkfransda iştirak edən könüllülər çıxış ediblər.

Konfransda könüllülər ili ərzində görülmüş işlərə dair videoçarx da nümayiş olunub.


3 il əvvəl

Sayt test rejimində çalışır