• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Təhsil naziri ilin yekunları ilə bağlı İctimai Şura ilə görüşüb

Dekabrın 29-da təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə onlayn formatda görüş keçirib.

İlin yekunlarına həsr olunmuş görüşdə təhsil naziri əvvəlcə Şura üzvlərini Vətən müharibəsində əldə edilmiş qələbə münasibətilə təbrik edib və bunun dövlətimizin inkişafı üçün çox  əhəmiyyətli hadisə olduğunu vurğulayıb. Emin Əmrullayev işğaldan azad edilmiş torpaqlarımızda növbəti il üçün təhsil istiqamətində əhəmiyyətli işlərin planlaşdırıldığını qeyd edib. Nazir eyni zamanda Şura üzvləri ilə 2021-ci ildə nazirlik tərəfindən planlaşdırılan fəaliyyətlər barədə də fikirlərini bölüşüb.

İctimai Şura sədri Şahlar Əsgərov da öz növbəsində qələbə münasibətilə təbriklərə qoşulub və 2021-ci ildə təhsil sahəsində böyük dəyişikliklər ili olacağına inamını qeyd edib. 

Görüşdə iştirak edən təhsil nazirinin müşaviri Elnur Nəsibov, Şura üzvləri Etibar Əliyev, Asif Cahangirov, Nadir İsrafilov, İlqar Orucov, Mirzə Cəfərzadə və Mais Əliyev 2020-ci ildə görülmüş işlər və 2021-ci ildə həyata keçirilməsi zəruri olan fəaliyyətlər barədə fikir mübadiləsi aparıblar.

Görüşdə Şura üzvləri nazirliyin 2020-ci ildə həyata keçirdiyi islahatlar barədə məlumatlandırılıb və bu işlərin mütəmadi olaraq ictimaiyyətə təqdim edilməsinin,  eləcə də işğaldan azad edilmiş ərazilərdə təhsilin yenidən təşkili məsələlərində ictimaiyyətin də fəal iştirakının vacibliyi vurğulanıb. 

Sonda təhsil naziri İctimai Şura üzvlərini qarşıdan gələn 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib, işlərində müvəffəqiyyətlər arzulayıb. Nazir 2021-ci ildə Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək islahat və tədbirlərin icrasında İctimai Şura ilə sıx əməkdaşlığın davam etdiriləcəyini bildirib. 


3 il əvvəl

Sayt test rejimində çalışır