"Biz sülh istəyirik!" adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib
Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş "Biz sülh istəyirik" adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib.
"Dəyirmi masa"nın keçirilməsində əsas məqsəd xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlarla görüş təşkil etmək, onlar arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətləri yaratmaq, həmvətənlərimizin sülh arzularının, tarixi qələbə sevincinin ifadə olunmasına şərait yaratmaqdan ibarət olub.
"Dəyirmi masa"da Amerika, Türkiyə, Almaniya, İsveç, Kanada, Gürcüstan, Norveç, Ukrayna, Misir və digər ölkələrdə yaşayan azərbaycanlı uşaqlar, o cümlədən 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi iştirak edib.
Görüşdə iştirakçılar bütün dünya uşaqlarına sülh arzu etdiklərini, torpaqlarımızın işğaldan azad edilməsi ilə qürurlandıqlarını qeyd edib və Azərbaycanın tarixi qələbəsi münasibətilə təbriklərini ifadə ediblər.
3 il əvvəl
Daha çox xəbər
-
Qazaxıstanda 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı
4 il əvvəl -
Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu
3 il əvvəl -
"Ali təhsil haqqında" Qanunun hazırlanması üçün yaradılan İşçi Qrupunun ilk iclası keçirilib
3 il əvvəl -
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq
3 il əvvəl -
"Microsoft Teams" platformasının Azərbaycan dilində istifadə qaydası - videotəlimat
3 il əvvəl