2020-ci təqvim ili rəqəmlərdə - STEAM
2020-ci tədris ilində STEAM layihəsinin tətbiqi 45 şəhər və rayon üzrə 147 ümumtəhsil məktəbində 25000-dən çox şagird və 800 müəllim olmaqla uğurla davam etdirilib.
Bakı şəhəri ilə yanaşı Ağdam, Füzuli, Tərtər, Bərdə, Biləsuvar, Lerik, Lənkəran, Yevlax, Xaçmaz, Zaqatala, Sabirabad və s. olmaqla ölkə üzrə ümumtəhsil məktəbindən 700-dən çox müəllim təlimlərə cəlb olunub.
STEAM layihəsi çərçivəsində VI sinif üzrə kurikulum təkmilləşdirilib, VII sinif üzrə yeni kurikulum, təhsilalanların tədris prosesində bilik və bacarıqlarını qiymətləndirilməsi məqsədi ilə tövsiyə xarakterli vəsait hazırlanaraq müəllimlərin istifadəsinə verilib.
Bu müddət ərzində Şirvan şəhəri Kimya-Biologiya Təmayüllü Respublika Liseyinin, Bakı Avropa Liseyinin və Xırdalan şəhəri 3 nömrəli tam orta məktəbin nəzdində STEAM mərkəzləri yaradılıb, Gəncə və Quba şəhərlərində isə yaradılacaq STEAM mərkəzlərinin layihələndirilməsinə başlanılıb.
Qeyd edək ki, 2019-2020-ci tədris ilinin əvvəlindən Heydər Əliyev Fondunun dəstəyi ilə tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi Respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.
3 il əvvəl
Daha çox xəbər
-
Qazaxıstanda 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı
4 il əvvəl -
Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu
3 il əvvəl -
"Ali təhsil haqqında" Qanunun hazırlanması üçün yaradılan İşçi Qrupunun ilk iclası keçirilib
3 il əvvəl -
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq
3 il əvvəl -
"Microsoft Teams" platformasının Azərbaycan dilində istifadə qaydası - videotəlimat
3 il əvvəl