• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Şəhid olan təhsil işçilərinin ailələri ziyarət edilib

Təhsil Nazirliyi rəhbərliyinin təşəbbüsü ilə nazirliyin əməkdaşları Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan təhsil işçilərinin ailələrini  ziyarət ediblər.

Nazirliyin əməkdaşları Gəncə, Lənkəran şəhərləri və  Ağstafa, Beyləqan, Gədəbəy, Saatlı, Sabirabad, Tovuz, Cəlilabad, İsmayıllı, Oğuz, Şamaxı, Samux, Ağdam, Kürdəmir rayonlarından olan şəhid təhsil işçilərinin ailələrinə baş çəkib, onlarla həmsöhbət olub, mənəvi dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, Vətən müharibəsi şəhidlərinin ailələri, müharibədə yaralananlar və onların ailələri hər zaman xüsusi diqqət və qayğı ilə əhatə olunur.


3 il əvvəl

Sayt test rejimində çalışır