• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Riyaziyyat fənni üzrə yeni dərsliyin fərqli cəhətləri – video

2020-2021-ci tədris ilindən istifadəyə verilən yeni dərsliklər sırasında I sinif "Riyaziyyat" dərsliyi də yer alır.

Sözügedən dərslik komplektinin hazırlanma prosesində dünyanın aparıcı təhsil sistemlərinin müvafiq siniflər üçün təhsil proqramları təhlil edilib, TIMSS və PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının çərçivə sənədləri və nəticələri öyrənilib. Aparılan təhlillər nəticəsində ibtidai siniflərdə riyaziyyat fənni üzrə hazırda qüvvədə olan təhsil proqramlarının təkmilləşdirilməsi üzrə təkliflər hazırlanıb. Eyni zamanda, dünyanın ən nüfuzlu nəşriyyatları tərəfindən hazırlanmış dərslik komplektləri tədqiq edilib, şagirdlərdə riyazi savadlılıq səriştəsinin formalaşdırılmasına şərait yaradan qabaqcıl təcrübələr nəzərə alınıb.

Təhsil İnstitutu tərəfindən təkmilləşdirilmiş təhsil proqramları əsasında tərtib olunan yeni dərsliyin komponentləri, məzmun standartları və fərqli cəhətləri barədə məlumatlandırıcı videonu təqdim edirik.

 


3 il əvvəl

Sayt test rejimində çalışır