• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Macarıstan təqaüd proqramına müraciət vaxtı yekunlaşır

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ili üzrə Macarıstan təqaüd proqramına sənəd qəbulu bu gün başa çatır. 

Proqrama müraciət müddəti 15 yanvar 2021-ci il saat 23:59-dək davam edəcək. 

Qeyd edək ki, namizədlərin Macarıstan tərəfinin elektron ərizə sistemi ilə yanaşı, Azərbaycan tərəfinin də elektron ərizə sistemində (app.htp.edu.az) qeydiyyatdan keçməsi mütləqdir.

Sənəd qəbulu barədə ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.


3 il əvvəl

Sayt test rejimində çalışır