• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Video dərslər portalı ilə təhsilin əlçatanlığı

Video dərslər portalı (www.video.edu.az) interaktiv texnologiyalar tətbiq etməklə təhsil almaq imkanlarını genişləndirir. Hazırda portalda ümumi və peşə təhsili üzrə teledərslər, peşəkar müəllimlərin video dərs izahları, 3D animasiyalı videolar, STEAM üzrə video dərslər, “Khan Academy” dərsləri və qiymətləndirmə sistemli dərslər olmaqla, ümumilikdə 4528 ədəd video dərs mövcuddur.

Portalda 2020-ci il üzrə aktiv istifadəçi sayı 456 min və ümumi baxış sayı isə 6.5 milyonu əhatə edib. Ən çox izlənən video dərslər III sinif üzrə 142 min, IV sinif üzrə 156 min, V sinif üzrə 125 min dəfə təşkil edib.


3 il əvvəl

Sayt test rejimində çalışır