20 Yanvar faciəsinə həsr olunmuş “dəyirmi masa”lar təşkil edilib
Təhsil Nazirliyi tabeliyində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri 20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə əlaqədar “dəyirmi masa”lar təşkil edib.
Tədbirlərdə vətən yolunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Onlayn keçirilən “dəyirmi masa”larda uşaqlara xalqın milli azadlığı, müstəqilliyi uğrunda Azərbaycanın tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələri barədə geniş məlumat verilib. Tədbirlərdə Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhidlərin xatirəsinin uca tutulmasından və şəhid ailələrinə göstərilən xüsusi diqqətdən bəhs olunub.
Dərnək üzvlərinin ifasında şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.
4 il əvvəl
Daha çox xəbər
-
Qazaxıstanda 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı
4 il əvvəl -
Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu
3 il əvvəl -
"Ali təhsil haqqında" Qanunun hazırlanması üçün yaradılan İşçi Qrupunun ilk iclası keçirilib
4 il əvvəl -
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq
4 il əvvəl -
"Microsoft Teams" platformasının Azərbaycan dilində istifadə qaydası - videotəlimat
4 il əvvəl