• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Oktyabrın 5-də Təhsil Nazirliyində Beynəlxalq Müəllim gününə həsr olunmuş mərasim keçirilib.

Öncə rəhbər təhsil işçiləri və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş müəllimlər Fəxri Xiyabana gedərək ümummilli liderimiz Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər.
Təhsil naziri Misir Mərdanov tədbiri giriş sözü ilə açaraq bu əlamətdar gün münasibətilə müəllimləri təbrik edib, onlara cansağlığı, gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb. Ölkəmizdə təhsil sahəsinə olan dövlət qayğısından söz açan nazir əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətinin hazırda dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini qeyd edib. Misir Mərdanov ölkə Prezidentinin bir qrup təhsil işçisinin təltif olunması haqqındakı son Sərəncamlarını müvafiq sahəyə olan diqqət və qayğının növbəti təzahürü kimi dəyərləndirib. Təhsil naziri bildirib ki, son illər ölkə Prezidentinin Sərəncamı ilə 1300-dək müəllim Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə müxtəlif təltiflərə layiq görülüb. Nazir həmçinin Heydər Əliyev Fondunun müvafiq sahənin inkişafı üçün gördüyü mühüm tədbirləri də xüsusi qeyd edib.
Misir Mərdanov Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən təltif olunan təhsil işçiləri haqqında məlumat verərək bildirib ki, 72 nəfər “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 2 nəfər “Azərbaycan Respublikasının Əməkdar mühəndisi” fəxri adlarına, 58 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.
Sonra Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə fəxri adlarla təltif olunan təhsil işçilərinə medal və vəsiqələr təqdim edilib.
Tədbirdə təltif olunan təhsil işçiləri onların əməyinə verilən belə yüksək qiymət üçün dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.


9 il əvvəl

Sayt test rejimində çalışır