• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Bakıda Təhsil Nazirliyi, “Allianz Consult” MMC və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə layihəsi olan “Liderlik və idarəetmə” təlimi başlayıb.

Təlimin keçirilməsində məqsəd ilk peşə-ixtisas təhsili müəssisələri üçün müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək direktorlar yetişdirmək və onların bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.
“Liderlik və idarəetmə” təliminin başlanması münasibətilə keçirilən tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudun Qurbanov Azərbaycanda sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar barədə məlumat verib. Qeyri-neft sektoruna xüsusi önəm verildiyini bildirən nazir müavini bu sahənin inkişafında peşə təhsilinin böyük əhəmiyyəti olduğunu deyib. F.Qurbanov “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Stategiyası”nda peşə təhsilinə böyük yer ayrıldığını qeyd edib. Nazir müavini bu təlimin peşə təhsilinin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu vurğulayıb.
“GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin ölkəmizdəki nümayəndəsi Henninq Tvesten, “Allianz Consult” MMC-nin eksperti Anar Məmmədov təlim barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Təhsil Nazirliyi, “Allianz Consult” MMC və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan kadrlar üçün keçirdiyi “Liderlik və idarəetmə” təliminin iştirakçıları müsabiqə əsasında müəyyənləşdirilib. İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəlaiyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrini əhatə edəcək. Təlimlər iki qrup olmaqla bir nəfər beynəlxalq və bir nəfər yerli ekspert tərəfindən idarə olunacaq. 3 ay davam edəcək təlimlərdən sonra iştirakçılar Təhsil Nazirliyi tərəfindən təşkil olunan imtahanlarda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərənlərə “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı” əldə etmiş və hazırda ilk peşə-ixtisas təhsili müəssisəsinin direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr tətbiq olunacaq. Hazırda direktor vəzifəsində çalışmayan şəxslər isə direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kimi qeydə alınacaqlar.


9 il əvvəl

Sayt test rejimində çalışır