• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən hazırlanmış yeni www.e-derslik.edu.az elektron dərslik portalına ictimaiyyətin marağı getdikcə artır.

Bu günə qədər saytdan istifadə edənlərin ümumi sayı 11374 nəfər, o cümlədən Bakı şəhəri üzrə 4163 nəfər, Sumqayıt şəhəri üzrə 1050 nəfər, Gəncə şəhəri üzrə 421 nəfər olub. Portalda elektron dərslikləri e-pub, oflayn və onlayn formatda yükləmək imkanları mövcuddur.
Aşağıdakı cədvəl fənlər üzrə elektron dərsliklərin müxtəlif formatda yüklənmə statistikasını əks etdirir:   


 
S
Dərsliyin adı
E-pub
Oflayn
Onlayn
Cəmi
1
Biologiya 6-cı sinif
349
341
1116
1806
2
Azərbaycan dili 6-cı sinif
418
406
1358
2182
3
Fizika 6-cı sinif
166
159
545
870
4
Coğrafiya 6-cı sinif
121
148
465
734
5
Azərbaycan tarixi 6-cı sinif
222
235
583
1040
6
Ümumi tarix 6-cı sinif
131
137
390
658
7
Həyat bilgisi 6-cı sinif
63
64
276
403
8
İngilis dili 6-cı sinif
217
314
870
1401
9
Riyaziyyat 6-cı sinif
367
369
1155
1891
10
İnformatika 6-cı sinif
79
70
240
389
 
Hazırda yalnız 6-cı sinif Azərbaycan bölməsi üzrə elektron dərsliklər saytda yerləşdirilib. Daha çox Azərbaycan dili (2182 nəfər), riyaziyyat (1891), biologiya (1806) və ingilis dili (1401) elektron dərsliklərindən istifadə olunub.
Qeyd edək ki, cari ilin sonuna qədər VII sinif üzrə 10, II və III siniflər üzrə ayrı-ayrılıqda 5 elektron dərslik portalda yerləşdiriləcəkdir.


9 il əvvəl

Sayt test rejimində çalışır