• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Noyabrın 12-də Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələrinin tələbələri arasında "Heydər Əliyev və Azərbaycan tarixi" adlı ümumrespublika bilik yarışı keçirilib.

Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə reallaşdırdığı layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və gənclər arasında təbliği məqsədi daşıyır.
Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr səviyyəsi üzrə əyani təhsil alan tələbələrdən ibarət komandalar iştirak edib. Hər ali məktəb bir komanda ilə təmsil olunub. Ümumilikdə, yarışda 44 komanda olmaqla 264 tələbə iştirak edib.
Yarışdan əvvəl ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı nitqinin videolenti nümayiş etdirilib.
Daha sonra tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzi direktorunun birinci müavini Adil Kərimli qeyd edib ki, bu bilik yarışı formatına və məzmununa görə fərqlənir. Yarış həm ulu öndər Heydər Əliyevin fəaliyyətini, həm də Azərbaycanın əsas tarixi hadisələrini əhatə edir.
12 noyabrın Azərbaycanda Konstitusiya günü olduğunu xatırladan A.Kərimli vurğulayıb ki, 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyası məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider bu Konstitusiyanın qəbulunda, onun layihəsinin hazırlanmasında lap əvvəldən iştirak edib, bu işə gərgin əmək sərf edib, onun ərsəyə gəlməsində və dünyada qəbul edilən konstitusiyalar içərisində mükəmməl hüquqi sənəd olmasında böyük rol oynayıb.
Münsiflər heyətinin üzvləri - Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva, təhsil nazirinin müşaviri Hüseyn Əliyev, AMEA-nın Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri Ədalət Qasımov da bu yarışın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıblar.
Daha sonra tələbələrin yarışa hazırlığını əks etdirən qısa videoçarx nümayiş etdirilib. Qeyd edək ki, yarış ərəfəsində bütün komandalar Heydər Əliyev Mərkəzini ziyarət edərək, burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə tanış olub, ümummilli liderin həyat və fəaliyyətinə dair məlumatlar, foto və video materiallar əsasında araşdırma aparıblar.
Üç turdan ibarət və gərgin mübarizə şəraitində keçən yarışın qalibi 35 xal qazanan Bakı Slavyan Universiteti olub. Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası 32 xalla ikinci, Lənkəran Dövlət Universiteti isə 31 xalla üçüncü yeri tutub.
Sonda qalib gələn komandalar mükafatlandırılıb. Bütün iştirakçı komandalara isə sertifikatlar verilib.


9 il əvvəl

Sayt test rejimində çalışır