• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Təhsil Nazirliyinin Uşaq-Gənclər İdman məktəblərinin əməkdaşları arasında Milli Dirçəliş Gününə həsr olunmuş mini futbol turnirinə start verilib.

Bakı şəhərindəki 12 saylı ümumi təhsil məktəbində keçirilən turnir noyabrın 15-dək davam edəcək.
Turnirin açılış mərasimində gimnastlar və Nizami rayon Gənclər Yaradıcılıq Qrupunun rəqqasları öz bacarıqlarını nümayiş etdiriblər.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Turnirdə 6 oyunçu və 1 məşqçidən ibarət 8 komanda iştirak edir. Yarışın qalibləri medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.


9 il əvvəl

Sayt test rejimində çalışır