• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Fransa Respublikasının milli təhsil, ali təhsil və tədqiqat naziri xanım Najat Vallo-Belkasemin dəvəti ilə 12-13 noyabr tarixlərində Fransanın paytaxtı Paris şəhərinə işçi səfər edib.

 Səfər çərçivəsində təhsil naziri Mikayıl Cabbarov fransalı həmkarı xanım Najat Vallo-Belkasem ilə görüşərək Azərbaycanla Fransa arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, iki ölkənin ali təhsil müəssisələri arasında müəllim və tələbə mübadiləsinin təşviq olunması yolları, ikili diplom proqramlarının təşkili imkanları və digər qarşılıqlı maraq doğuran məsələlərı müzakirə edib.
 Təhsil naziri Mikayıl Cabbarov həmçinin Fransa Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Fabien Penon, ali təhsil və tədqiqatlar üzrə müşaviri Vənsan Berje və Strasburq Universitetinin prezidenti Alen Beretz ilə görüşlər keçirərək ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparıb.
Nazir 2012-ci ildən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan dilinin tədrisi proqramının həyata keçirildiyi Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutunu ziyarət edərək İnstitutun prezidenti xanım Manuel Frank və Azərbaycan dili proqramın iştirakçıları olan müəllim və tələbələrlə görüşüb.
Bununla yanaşı, təhsil naziri Azərbaycan Mədəniyyət Mərkəzində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Fransada təhsil alan tələbələrlə görüşərək onların təhsili və üzləşdikləri problemlərlə maraqlanıb, Azərbaycanda aparılan təhsil islahatları barədə məlumat verib və tələbələrin məzun olduqdan sonra Azərbaycanın inkişafına verə biləcəyi töhfələrə dair fikirlərini bildirib.


9 il əvvəl

Sayt test rejimində çalışır