• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Fransaya işçi səfəri çərçivəsində noyabrın 13-də Fransa Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutunda (İNALCO) olub.

İnstitutun prezidenti xanım Manuel Frankla görüşdə Fransa-Azərbaycan münasibətlərinin inkişaf etdiyi diqqətə çatdırılıb, son illər institutla Heydər Əliyev Fondu arasında əlaqələrin yaranması, İNALCO-da Azərbaycan dilinin tədrisinə marağın artması yüksək qiymətləndirilib, təhsil sahəsində əməkdaşlığın davam etdirilməsi istiqamətində razılıq əldə olunub. Həmçinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu məsələyə lazımi dəstək veriləcəyi xüsusi vurğulanıb. Görüşdə Fransa kimi inkişaf etmiş bir ölkədə Azərbaycan dilinin tədrisinin böyük əhəmiyyət kəsb etdiyi nəzərə çatdırılıb.
İNALCO-nun prezidenti M.Frank rəhbərlik etdiyi tədris ocağında Azərbaycan dilinə xüsusi marağın olduğunu, son illər tələbələr arasında dilimizi öyrənmək istəyənlərin sayının artdığını söyləyib. O, əvvəlki illərdən fərqli olaraq Azərbaycan dilinin tədrisinə ayrılan saatların sayının artdığını, bu templə yaxın zamanlarda Azərbaycan dili və mədəniyyətinin tədrisi üzrə bakalavr, gələcəkdə isə magistr və doktorant proqramlarının nəzərdən keçiriləcəyini qeyd edib.
Mikayıl Cabbarov ölkələrimiz arasında əlaqələrin hərtərəfli şəkildə inkişaf etdiyini, təhsil sahəsində əməkdaşlığın xüsusi önəm daşıdığını, Fransada Azərbaycan dilinə və onun tədrisinə marağın artmasının çox sevindirici və təqdirəlayiq hal olduğunu bildirib.
Təhsil naziri Azərbaycan dilinin tədris olunduğu qrupun tələbələri ilə də görüşüb. Azərbaycan dilini tədris edən elmlər doktoru Aygün Eyyubova Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2008-ci ilin noyabrında institutda olduğunu və Azərbaycan dilinin tədrisi ilə yaxından maraqlandığını xatırladıb. O, Heydər Əliyev Fondu ilə institut arasında Azərbaycan dilinin tədrisi ilə bağlı müqavilə bağlandığını bildirib.
İnstitutun digər müəllimi Aytən Babalıyeva Azərbaycan dilinin tədris olunduğu qrupda müxtəlif xalqların nümayəndələrinin dilimizi həvəslə öyrənmələrindən, tələbələr arasında müsabiqə keçirilməsindən, İNALCO və Azərbaycanın ali təhsil ocaqlarının əməkdaşlığından bəhs edib.
Azərbaycan barədə tələbələrə məlumat verən təhsil naziri Mikayıl Cabbarov ölkəmizin inkişafından, Cənubi Qafqazda lider dövlətə çevrilməsindən söhbət açıb, Azərbaycan dilini öyrənən tələbələrlə tanış olmaqdan məmnunluq hissi keçirdiyini bildirib.
Görüşdə bəzi tələbələr Azərbaycan dilində çıxış edərək ölkəmizə səfər etdiklərini söyləyib, bu dili öyrənməkdə əsas məqsədlərindən danışıblar.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye və institutun rəsmiləri də görüşlərdə iştirak ediblər.


9 il əvvəl

Sayt test rejimində çalışır