-
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.
MenyuMenyu
-
Xidmətlər
Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş Dövlət və elektron xidmətlər. -
Məktəbəqədər təhsil
İntellektual, fiziki, mənəvi inkişafa xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prossesidir. -
Ümümi təhsil
Təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir. -
Peşə Təhsili
Zəruri əmək bacarıqlarının yiyələnməsini təmin edən prioritet fəaliyyət sahəsidir. -
Orta ixtisas təhsili
Ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir. -
Ali təhsil
Tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir. -
Əlavə təhsil
Hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir. -
Sənədlər
Normativ sənədlər və təlimatlar -
Layihələr
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələr. -
Tədqiqatlar
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədqiqatlar. -
Hesabatlar
İllərə dair hesabatlar -
Atributlar
-
Sağlam təhsil - sağlam millət
-
Azərbaycan üçün öyrət
-
Məktəblinin dostu
-
SABAH qrupları
-
Təhsil Sisteminin İnformasiyalaşdırılması
-
Ehtiyat dərslik
-
İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması
-
Xüsusi istedadlı siniflər
-
“Ümumi təhsil müəssisələrində peşə təmayüllü siniflərin təşkili”
-
STUDY IN AZERBAIJAN
“Ümumi təhsil müəssisələrində peşə təmayüllü siniflərin təşkili”
Layihənin əsas məqsədi ümumi orta təhsil bazasında peşə təhsilinə hazırlanması, təhsilalanların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi və peşələr üzrə ilkin bilik və bacarıqlarla təmin olunması yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir. Eyni zamanda, peşə təmayüllü siniflərdə təhsilanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, bununla da gələcəkdə peşə sahibi kimi öz iş yerlərini yaratmağa həvəsləndirilməsi və nəhayət əmək bazarının peşəyönümü istiqamətində hazırlıqlı və bacarıqlı əmək qabiliyyətli şəxslərlə təmin edilməsi ilə ölkə miqyasında iqtisadi inkişafa töhfə vermək layihənin hədəflərini təşkil edir. Ümumi təhsil aldıqları müddətdə peşə vərdişlərinə yiyələnmək şagirdlərə texnologiyaları çevik mənimsəmək, əmək bazarında layiqli yer tutmaq, ömürboyu təhsil prosesinə qoşulmaq, sağlam həyat tərzi keçirmək və ətraf mühitə fəal inteqrasiya olmaq imkanı verir. Peşə təmayüllü sinifləri bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə də yiyələnəcəklər. Bu da onların əmək bazarında özlərinə rahat iş tapmalarına yardım edəcək. Bu səbəbdən də şagirdlərin peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması üçün ümumi təhsil müəssisələrində peşə təmayüllü siniflərin təşkili ciddi aktuallıq kəsb edir.
Peşə təmayyüllü siniflər 14 rayonda – Abşeron, Bakı, Biləsuvar, Cəlilabad, Gəncə, Qusar Masallı, Sabirabad, Salyan, Şəki, Şəmkir şəhəri daxil olmaqla ümumilikdə 20 məktəbdə fəaliyyət göstəriri Hazırda peşə təmayüllü siniflərdə ümumilikdə 420 şagird təhsil alır.
Peşə təmayüllü siniflərin təşkil edildiyi müəssisələrin hər birində ümumi təhsil fənlərinin keçirilməsi üçün tədris otağı ayrılmış, kompüter, printer və proyektor ilə təchiz olunmuş və tədris otaqlarına internet çəkilmişdir. Seçilmiş peşə təmayülü ixtisasına uyğun olaraq hər məktəbə 2 profil üzrə 2 layihə/ixtisas verilmiş və layihələrin tədrisi üçün müvafiq olaraq emalatxanalar qurulmuş, zəruri avadanlıqlarla təchiz olunmuş, həmçinin kənd təsərrüfatı profilinin tədris olunduğu ümumi təhsil müəssisələrində təsərrüfat sahələri qurulmuşdur.
Layihə çərçivəsində 3 profil (Kənd təsərrüfatı, Xidmət, Təmir-tikinti) üzrə 12 kurrikulum hazırlanmış və 10 kurrikulumun tədrisinə başlanılmışdır. Peşə təmayüllü siniflər üçün tədris planı, bu plan əsasında fənlərə/modullara verilmiş ümumi saatları saxlanılmaqla pilot ümumi təhsil müəssisələrində seçilmiş layihə profilinə uyğun olaraq peşə təmayüllü siniflərin işçi tədris planları və tədris proqramları hazırlanmışdır. Kurrikulumun tətbiqi üçün məktəblərə tədris planı, proqram, tədrisnən bağlı metodiki tövsiyyələr və dərs vəsaitləri verilmişdir.
Peşə təmayüllü X siniflərdə ümumi təhsil fənləri ilə yanaşı əsas səriştələr (Peşə etikası və müştərilərə xidmət, Sahibkarlıq və layihə planlaması, Şəxsi inkişaf və karyera planlaşdırılması, Estetika və mədəni özünüifadə modulları) və peşə təmayüllü layihələr (Kənd təsərrüfatı, Xidmət, Təmir-tikinti) tədris olunur, növbəti aylarda həmçinin sürücülük dərslərinin tədrisinə başlanılacaqdır.