-
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.
MenyuMenyu
-
Xidmətlər
Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş Dövlət və elektron xidmətlər. -
Məktəbəqədər təhsil
İntellektual, fiziki, mənəvi inkişafa xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prossesidir. -
Ümümi təhsil
Təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir. -
Peşə Təhsili
Zəruri əmək bacarıqlarının yiyələnməsini təmin edən prioritet fəaliyyət sahəsidir. -
Orta ixtisas təhsili
Ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir. -
Ali təhsil
Tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir. -
Əlavə təhsil
Hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir. -
Sənədlər
Normativ sənədlər və təlimatlar -
Layihələr
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələr. -
Tədqiqatlar
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədqiqatlar. -
Hesabatlar
İllərə dair hesabatlar -
Atributlar
-
Sağlam təhsil - sağlam millət
-
Azərbaycan üçün öyrət
-
Məktəblinin dostu
-
SABAH qrupları
-
Təhsil Sisteminin İnformasiyalaşdırılması
-
Ehtiyat dərslik
-
İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması
-
Xüsusi istedadlı siniflər
-
“Ümumi təhsil müəssisələrində peşə təmayüllü siniflərin təşkili”
-
STUDY IN AZERBAIJAN
Beynəlxalq fənn olimpiadaları
Riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilən beynəlxalq fənn olimpiadaları hər il dünyanın müxtəlif ölkələrinin evsahibliyi ilə həyata keçirilir. Azərbaycan məktəbliləri müstəqillik tarixinindən bu yana əsasən 1992-ci ildən günümüzədək hər il bu mötəbər elm yarışlarında iştirak edirlər.
Beynəlxalq fənn olimpiadalarını formatına görə bir neçə qrupa bölmək olar. Əsasən iştirakçıların yaş məhdudiyyətinə görə fərqlənən, eləcə də formatına görə fərqlənən olimpiadalar mövcüddur.
Azərbaycan məktəbliləri, riyaziyyat fənni üzrə: Beynəlxalq Riyaziyyat Olimpiadası (İMO), Balkan Riyaziyyat Olimpiadası (BMO), Yeniyetmələrin Balkan Riyaziyyat Olimpidası (JBMO), Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) Qafqaz Riyaziyyat Olimpiadası, Beynəlxalq Meqapolislər Olimpiadası, Beynəlxalq Jautıkov Olimpiadası (İZHO) fizika fənni üzrə: Beynəlxalq Fizika Olimpiadası (İPHO), Avropa Fizika Olimpiadası (EuPHO), Beynəlxalq Jauıtkov Olimpiadası (İZHO), Yeniyetmələrin Elm Olimpiadası (İJSO) kimya fənni üzrə: Beynəlxalq Kimya Olimpiadası (İCHO), Beynəlxalq Mendeleyev Kimya Olimpidası (İMCHO), Yeniyetmələrin Elm Olimpiadası (İJSO) biologiya fənni üzrə: Beynəlxalq Biologiya Olimpiadası (İBO), Yeniyetmələrin Elm Olimpiadası (İJSO) informatika fənni üzrə: Beynəlxalq İnformatika Olimpiadası (İOİ), Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOİ), Beynəlxalq Jauıtkov Olimpiadası (İZHO) da iştirak edirlər.
Yuxarıda adları çəkilən beynəlxalq fənn olimpiadalarında iştirak edəcək Azərbaycan milli komandasının seçim imtahanları Azərbaycan Respublikasının Təhsil İnstitutunun müvafiq şöbəsi tərəfindən keçirilməsi təmin edilir. Seçmə imtahanlarına əsasən Respublika fənn olimpiadalarının qalibləri və ya final mərhələdə iştirak etmiş şagirdlər dəvət edilirlər.
Məktəblilərimizin Beynəlxalq fənn olimpiadalarında daha uğurlu çıxışının təmin edilməsi məqsədi ilə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzləri yaradılmış və fəaliyyətə başlamışdır. Belə ki, 5 müxtəlif fənn üzrə və müxtəlif yaş qrupları üzrə 300-dən çox şagird həmin mərkəzlərdə olimpiadalara hazırlıq prosesinə qoşulurlar. Bu mərkəzlərdə şagirdlərin nəzəri və praktiki hazırlıqlarının təmin edilməsi üçün orta məktəblərdən, ali məktəblərdən mütəxəssislər dəvət edilir, eyni zamanda əcnəbi mütəxəsislərin də dəstəyi ilə hazırlıqlar aparılmaqdadır.
Bu mərkəzlərə istedadlı şagirdlərin cəlb edilməsi məqsədi ilə, və şagirdlərlə uzunmüddətli çalışma imkanın olması məqsədi ilə aşağı sinif şagirdləri ( VI-VII sinif ) arasında fənn müsabiqələri təşkil edilir və keçirilməkdədir. Həmin fənn müsabiqələrinin nəticələrinə əsasən qalib olan hər fənn üzrə 30 yaxın şagird mərkəzlərə dəvət edilir.
1992-ci ildən günümüzədək Azərbaycan məktəblilərinin iştirak etdikləri müxtəlif beynəlxalq fənn olimpidalarında 30 qızıl, 226 gümüş və 263 bürünc medal olmaqla 519 medal qazanmışlar. Son 5 ildə məktəblilərimiz 5 qızıl, 48 gümüş və 121 bürünc medal olmaqla ümumilikdə 174 medal qazanmışlar.