• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Sektor müdiri vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə

Azərbaycan Respublikası Təhsil Nazirliyi Maliyyə şöbəsinin  Mühasibat uçotu və hesabat sektorunda vakant müdir vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edir.

 

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan  Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün aşağıdakı  sənədlər təqdim edilməlidir:

∙ ərizənin surəti

∙ əmək kitabçasının surəti

∙ ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqənda sənədi müvafiq şəhadətnamənin surəti ili birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma təhsilindən keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ili birlikdə)

∙ kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əks etdirməlidir)

∙ bir ədəd ağ  fonda rəngli fotoşəkil

∙ son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu  (01 iyun 2016-cı il tarixindən 16 iyun 2016-cı il,  saat 18:00-dək) Azərbaycan Respublikası Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edə bilərsiniz

Telefonlar: 599-11-55 (dax: 52-28)

 

Maliyyə şöbəsi, Mühasibat uçotu və hesabat sektoru, sektor müdiri

Ştat vahidinin sayı: 1

İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 49

İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat

Vəzifə maaşı: 620 manat

Qulluq funksiyaları:  sektorun işinin təşkilinə, fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi və işçilərin icra intizamına nəzarət edilməsi; sektorda işçilərin fəaliyyətinin istiqamətləndirilməsi, onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi; sektorda işçilərin həvəsləndirilməsi, ixtisas dərəcələrinin verilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı şöbə müdirinə təkliflərin verilməsi; sektorun fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlərin görülməsi, bu barədə şöbə müdirinə təkliflərin verilməsi; peşə hazırlığının yüksəldilməsi məqsədilə qanunvericiliyin daim öyrənilməsi, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışılması; xidməti fəaliyyətlə bağlı Nazirliyin və şöbə rəhbərliyinin tapşırıqlarının yerinə yetirilməsi; Nazirlik üzrə mühasibat uçotunun təşkilinə rəhbərlik edilməsi; Mühasibat uçotu üzrə tətbiq olunan proqram təminatının işləməsinə nəzarət edilməsi; səlahiyyətləri daxilində digər məsələlərin həll edilməsi; Nazirliyin tabeliyində olan və dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşən təhsil müəssisələri, eləcə də dövlət sifarişi ilə kadr hazırlığı həyata keçirilən müvafiq müəssisələr üzrə mühasibat hesabatlarının qəbul edilməsi, təqdim olunan hesabatların yekun icmallaşdırılması və müvafiq arayışların hazırlanmasının təmin edilməsi; Nazirliyin aparatı, dövlət proqramları və mərkəzləşdirilmiş tədbirlər üzrə müvafiq ödənişlərin həyata keçirilməsi və uçotunun aparılmasının təmin edilməsi; Dövlət proqramları, eləcə də ikitərəfli saziş, müqavilə və razılaşmalar əsasında xarici ölkələrdə təhsil alan tələbələrin xərclərinin ödənilməsi ilə bağlı sifariş, sərəncam və ödəniş sənədlərinin hazırlanmasının təmin edilməsi; Nazirliyin aparatında çalışan işçilərin əməkhaqqı, məzuniyyət, ezamiyyə xərcləri və digər ödənişləri ilə bağlı ödəniş sənədlərinin hazırlanmasının təmin edilməsi və s.

Vəzifənin tutulması şərtləri: təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil; iş stajı: ixtisası üzrə azı 5 il; kompüter: MS WINDOWS, MS OFFİCE, İNTERNET və s. (orta-yüksək səviyyədə); xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə).


8 il əvvəl

Sayt test rejimində çalışır