Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20 sentyabr 2019-cu il tarixində elan etdiyi dövlət ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin əlavə təhsili üzrə təlimlərin satın alınmasına dair keçirilən təkliflər sorğusunun nəticələri aşağıdakı kimi olub: Riyaziyyat fənnini tədris edən müəllimlər üçün ixtisasartırma təlimləri üzrə “Psixologiya Elmi-Tədqiqat İnstitutu” MMC qalib olmuş və onunla 29 noyabr 2019-cu il tarixində satınalma müqaviləsi imzalanıb. Humanitar fənləri tədris edən müəllimlər üçün məktəbdaxili qiymətləndirmənin təşkili metodikası üzrə ixtisasartırma təlimləri üzrə “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC qalib olmuş və onunla 26 noyabr 2019-cu il tarixində satınalma müqaviləsi imzalanıb. İbtidai təhsil səviyyəsində tədris aparan müəllimlər üçün ixtisasartırma təlimləri üzrə “Odlar Yurdu” Universiteti qalib olub və onunla 25 noyabr 2019-cu il tarixində satınalma müqaviləsi imzalanıb. İbtidai təhsil səviyyəsində dərs deyən müəllimlər üçün Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu, ehtiyat dərsliklərin tətbiqi və metodikası üzrə ixtisasartırma təlimi üzrə “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC qalib olub və onunla 26 noyabr 2019-cu il tarixində satınalma müqaviləsi imzalanıb. Tender komissiyası
04/12/2019 17:48
Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə mövcud olan əsas vəsaitlərə, elektrotexniki avadanlıqlara texniki baxışın keçirilməsi və yararlı olub-olmaması barədə müvafiq rəyin verilməsi xidmətlərinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən, “Brend Ekspert” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə noyabrın 29-da satınalma müqaviləsi bağlanılıb.
29/11/2019 17:55
Belçikanın “College of Europe” ali təhsil müəssisəsinin 2020-2021-ci tədris ilində magistratura səviyyəsi üzrə təqaüd proqramı
29/11/2019 15:50
Almaniyanın Berlin Humboldt Universiteti və “Hertie” İdarəçilik Məktəbinin 2020-2021-ci tədris ili üzrə doktorantura səviyyəsində birgə təqaüd proqramı
29/11/2019 09:38
Böyük Britaniyanın “King’s College London” ali təhsil müəssisəsində 2020-2021-ci tədris ilində magistratura səviyyəsi üzrə “The Alexandros Petersen Scholarship” təqaüd proqramı
Ölkə: Böyük Britaniya Ali təhsil müəssisəsi: King’s College London Tədris ili: 2020/2021 Təhsil səviyyəsi: magistratura Təhsil müddəti: 1 il İxtisas: Konfliktologiya, Təhlükəsizlik və İnkişaf Tədris dili: ingilis dili Maliyyələşmə: təhsil haqqı, aylıq təqaüd və yol xərci Son müraciət tarixi: 18.12.2019 Ətraflı məlumat üçün: https://bit.ly/2OPO8Qz E-broşür: http://bit.ly/2DmQOQn Müraciət səhifəsi: https://apply.kcl.ac.uk/ Qeyd: Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifəsində göstərildiyi kimi elektron qaydada həyata keçirilir. Əlaqə: Əlavə suallarınız olduğu təqdirdə adı qeyd olunan ali təhsil müəssisəsinə və ya elektron poçt ünvanına müraciət edə bilərsiniz- pgt-warstudies@kcl.ac.uk
28/11/2019 10:04
Almaniyanın “Hertie” İdarəçilik Məktəbinin doktorantura səviyyəsində 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı
Ölkə: Almaniya Federativ Respublikası Ali təhsil müəssisəsi: “Hertie” İdarəçilik Məktəbi Tədris ili: 2020/2021 Təhsil səviyyəsi: Doktorantura Təhsil müddəti: 3 il İxtisas: İdarəçilik Tədris dili: İngilis dili Maliyyələşmə: Təhsil haqqı və 3 illik yaşayış xərci (aylıq 1250 avro) Son müraciət tarixi: 31.01.2020 Proqramda iştirak üçün tələb olunan təhsil səviyyəsi və ixtisas istiqamətləri: iqtisadiyyat, hüquq, siyasi elm, sosiologiya, dövlət idarəçiliyi, menecment üzrə magistratura dərəcəsinə malik olmaq. Ətraflı məlumat: https://www.hertie-school.org/en/docgov/ Qeyd: Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifəsi üzrə elektron qaydada həyata keçirilir.
27/11/2019 16:51
Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Təhsil Nazirliyinin inzibati binasında mövcud olan yanğınsöndürən balonların təkrar doldurulması işinin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirilir. Maraqlanan təşkilatlar (012) 599-11-55 daxili (5333) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 28 noyabr 2019-cu il saat 16:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
25/11/2019 17:51
Macarıstanda Hökumətlərarası Təqaüd Proqramı (HTP) – 2020/21
25/11/2019 14:57
Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Təhsil Nazirliyinin aparatı üçün dəftərxana ləvazimatlarının kotirovkalar sorğusu üsulu ilə satın alınması həyata keçirilir. Maraqlanan təşkilatlar (012) 599-11-55 (daxili 5333) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 26 noyabr 2019-cu il saat 17:00-dək qəbul olunur . Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49
22/11/2019 15:32
Filter
News
-
Qazaxıstanda 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı
4 il əvvəl -
Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu
3 il əvvəl -
"Ali təhsil haqqında" Qanunun hazırlanması üçün yaradılan İşçi Qrupunun ilk iclası keçirilib
4 il əvvəl -
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq
4 il əvvəl -
"Microsoft Teams" platformasının Azərbaycan dilində istifadə qaydası - videotəlimat
4 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More