İsveçrənin Cenevrə Universiteti Avropa və Beynəlxalq İdarəçilik Elmləri üzrə 2020/21-ci tədris ili üçün magistratura təqaüd proqramı elan edir
Ölkə: İsveçrə Ali təhsil müəssisəsi: Cenevrə Universiteti Təqaüdün müddəti: 10 ay Qarşılanan xərclər: təhsil haqqı və yaşayış xərci Tədris dili: ingilis dili Son müraciət tarixi: 25.12.2019 Təqaüd proqramı haqqında ətraflı məlumat və tələb olunan sənədlər və müraciət formasını əldə etmək üçün müvafiq keçiddən istifadə etməyiniz tövsiyə edilir: http://www.meig.ch/admission/full-programme/ Əlaqə vasitələri: meig@unige.ch / Tel. +41223798650
22/11/2019 10:19
Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparatı üçün mal və materialların satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender Komissiyasının yekun protokoluna əsasən, “Spartak-111” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilatla 20 noyabr 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.
21/11/2019 14:28
Təhsil Nazirliyinin “Sağlam təhsil-sağlam millət” layihəsinin 2019-2020-ci illərdə inkişafına dair qrant müsabiqəsinin elanı
Ümumi təhsil və xüsusi təhsil müəssisələrində, eləcə də ümumi təhsil müəssisələrinin xüsusi siniflərində təhsilə cəlb olunmuş şagirdlərin sağlamlığının qorunması, fiziki-psixi inkişafının, təlim nailiyyətləri və təhsil ehtiyaclarının qiymətləndirilməsi, onların arasında sağlam həyat tərzinin təşviqi, ümumi təhsil və xüsusi təhsil müəssisələrinin maddi-texniki bazasının monitorinqi və bu istiqamətlərdə işlərin aparılması üçün kadr hazırlığını təmin etmək məqsədi ilə Təhsil Nazirliyi “Sağlam təhsil-sağlam millət” layihəsinin 2019-2020-ci illərdə inkişafı üzrə qrant müsabiqəsi elan edir. Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları iştirak edə bilərlər. Müsabiqədə iştiraka dair tələblər: Qeyri-hökumət təşkilatları qrantla bağlı müraciətə aşağıdakı sənədləri əlavə etməlidir: 1. Layihə təklifi (Əlavə 2); 2. Layihənin icra planı (Əlavə 6); 3. Layihənin xərclər smetası (Əlavə 5); 4. Qeyri-hökumət təşkilatının reyestr məlumatı (reyestrdən çıxarış); 5. QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti; 6. Təşkilatın Nizamnaməsinin surəti; 7. Təşkilatın VÖEN-nin surəti; 8. Təşkilat haqqında ümumi məlumat; 9.Qeyri-hökumət təşkilatının rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti; 10. Layihədə iştirak edən şəxslərin CV-ləri; 11. Qeyri-hökumət təşkilatının bank hesabı haqqında arayış; 12. İnklüziv və xüsusi təhsil sahəsində müvafiq təcrübəni təsdiq edən sənəd və məlumatlar. Layihələrin təqdim edilməsi: Ərizələr elektron formada st2019@edu.gov.az ünvanına göndərilməlidir. Qiymətləndirmə meyarları: 1. Təhsil sahəsi üzrə layihələrdə qurumun minimum 5 illik təcrübəsi; 2. Layihənin icra istiqamətlərinə dair dəqiq ifadə edilmiş əsaslandırılma; 3. Layihənin icrasına cəlb ediləcək mütəxəssislərin eyni məzmunlu layihələrdə iştirak təcrübəsi; 4. Qrant layihəsi üçün tələb olunan maliyyə vəsaitinin əsaslandırılması; 5. Layihədə aparılan iqtisadi hesablamaların dəyərləndirilməsi, layihənin səmərəliliyi və icrası ilə bağlı risklərin qiymətləndirilməsi. Müsabiqənin müddəti: Layihələrin qəbulu 20 noyabr 2019-cu il tarixindən başlayır və noyabrın 30-da başa çatır. Layihələrin qəbulu üçün son tarix: 30 noyabr 2019-cu il, saat 18:00 Əlaqə: Ünvan: Bakı şəhəri, Xətai 49 Telefon: 146 Elektron poçt: st2019@edu.gov.az
20/11/2019 10:56
2019-2023/Dövlət Proqramı çərçivəsində Xaricdə Doktorantura Təhsili
18/11/2019 11:38
Tender barədə elan
Bildiririk ki, Təhsil Nazirliyinin inzibati binasında mövcud olan yanğınsöndürən balonların təkrar doldurulması işinin kotirovka sorğusu üsulu ilə satın alınması haqqında bildiriş İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəsmi internet saytında (www.tender.gov.az) və Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az) 5 noyabr 2019-cu il tarixində yerləşdirilib. 8 noyabr 2019-cu il tarixində tender komissiyasının keçirdiyi iclasda tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduğu üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən tender prosedurunun baş tutmaması və onun davamından imtina edilməsi barədə qərar qəbul edilib.
15/11/2019 18:11
Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələr üçün dəftərxana və təsərrüfat ləvazimatlarının satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən, “Soltan-96” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 13 noyabr 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.
13/11/2019 17:52
Çin Xalq Respublikasının (ÇXR) “Tsinghua University” ali təhsil müəssisəsi 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir
06/11/2019 14:50
Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Təhsil Nazirliyinin inzibati binasında mövcud olan yanğınsöndürən balonların təkrar doldurulması işinin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 07.11. 2019-cu il saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
05/11/2019 16:49
Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsi aparatı üçün mal və materialların kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirilir. Maraqlanan təşkilatlar (012) 599-12-22 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 6 noyabr 2019-cu il saat 17.00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17
04/11/2019 16:45
Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən müəssisələr üçün dəftərxana və təsərrüfat ləvazimatlarının kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 441-63-89 və ya (012) 599-12-22 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 25 oktyabr 2019-cu il saat 17.00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17
23/10/2019 13:01
Filter
News
-
Qazaxıstanda 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı
4 il əvvəl -
Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu
3 il əvvəl -
"Ali təhsil haqqında" Qanunun hazırlanması üçün yaradılan İşçi Qrupunun ilk iclası keçirilib
4 il əvvəl -
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq
4 il əvvəl -
"Microsoft Teams" platformasının Azərbaycan dilində istifadə qaydası - videotəlimat
4 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More