Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Təhsil Nazirliyinin aparatı üçün İKT avadanlıqlarının və müxtəlif kartriclərin satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “Kifayət 1961” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 10 oktyabr 2019-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.
22/10/2019 15:04
Serbiya təqaüd proqramı elan edir
17/10/2019 16:28
Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Azərbaycan Respublikası Təhsil Nazirliyinin aparatının balansında olan xidməti minik avtomobilləri üçün sürtkü materiallarının, ehtiyat hissələrinin və digər nəqliyyat xidmətlərinin satın satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən “Aztol Motors” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 26 sentyabr 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.
30/09/2019 14:40
Daxili müsahibə elanı
25/09/2019 17:15
Koreya Respublikası 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edir
Ölkə: Koreya Respublikası Təhsil səviyyəsi: bakalavriat Yaş həddi: təvəllüdü 1 mart 1995-ci ildən sonra olanlar Təqaüdün müddəti: 1 il dil hazırlığı + 4 il təhsil proqramı Kvota: 1 nəfər Qarşılanan xərclər: aylıq təqaüd 900.000 KRW, təhsil haqqı, dil kursu, yol xərci, yataqxana xərci, sığorta xərci. Dil bilikləri: ingilis (TOEFL/ IELTS/ TOPIK) Son müraciət tarixi: 18.10.2019 Təqaüd proqramı haqqında ətraflı məlumat və tələb olunan sənədlər üçün müvafiq keçiddən istifadə edə bilərsiniz: https://bit.ly/2mcFdhv Qeyd: Namizədlər sənədlərini Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməli, suallar olduğu təqdirdə aidiyyəti üzrə ünvanlaya bilərlər: Əlaqə vasitələri: azeremb@mofa.go.kr / 994-12-596-7901~3, 994-12-596-7904
24/09/2019 10:50
Təkliflər sorğusuna dəvət
23/09/2019 11:03
Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Təhsil Nazirliyinin aparatı üçün İKT avadanlıqlarının və müxtəlif kartriclərin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirilir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 24.09.2019-cu il saat 18:00-dək qəbul olunur . Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
20/09/2019 16:11
Dövlət qulluğu üzrə vakansiyaların elanı
Təhsil Nazirliyinin Aparatı və Peşə Təhsili üzrə Dövlət Agentliyi üzrə elan edilmiş dövlət qulluğu üzrə vakansiyaların elanı Azərbaycan Respublikası Təhsil Nazirliyi 17 sentyabr 2019-cu il tarixində Təhsil Nazirliyinin Aparatı və Peşə Təhsili üzrə Dövlət Agentliyi üzrə elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə 11 vakansiya elan edir: 1. Audit şöbəsi, Audit sektoru, məsləhətçi (1 yer) 2. Maliyyə şöbəsi, Mühasibat uçotu və hesabat sektoru, məsləhətçi (1 yer) 3. Tədris resursları şöbəsi, aparıcı məsləhətçi (1 yer) 4. Hüquq şöbəsi, Normativ-hüquqi təminat sektoru, məsləhətçi (1 yer) 5. İnformasiya şöbəsi, Dəftərxana sektoru, məsləhətçi (1 yer) 6. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi, Uşaq və gənclərin yaradıcılığı sektoru, aparıcı məsləhətçi (1 yer) 7. Təhsilin iqtisadiyyatı sektoru, məsləhətçi (1 yer) 8. Ümumi və məktəbəqədər təhsil şöbəsi, Yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektoru, məsləhətçi (1 yer) 9. Peşə Təhsili üzrə Dövlət Agentliyi, Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq, aparıcı məsləhətçi (1 yer) 10. Peşə Təhsili üzrə Dövlət Agentliyi, Maliyyə və təsərrüfat, böyük məsləhətçi (1 yer) 11. Peşə Təhsili üzrə Dövlət Agentliyi, Maliyyə və təsərrüfat, aparıcı məsləhətçi (1 yer) Sənəd qəbulu 17 oktyabr 2019-cu il tarixinədək davam edəcək. Müsahibədə iştirak etmək üçün sertifikat əldə etmiş namizədlər 17 sentyabr - 17 oktyabr 2019-cu il tarixlərində saat 18:00-dək elektron qeydiyyatdan (http://tqdk.gov.az/) keçə bilərlər. Müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Qeyd edək ki, 2 avqust 2019-cu il tarixli elan üzrə Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanlarında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 119 (A növündə 19 vakant vəzifə üzrə 19 yer, B növündə 100 vakant vəzifə üzrə 147 yer) vakant vəzifə müsahibəyə çıxarılıb. Telefon: 599 11 55
17/09/2019 18:03
2020-2021-ci tədris ili üzrə Berlin Müsəlman Mədəniyyətləri və Cəmiyyətləri Ali Məktəbinin təqaüd proqramı
Ölkə: Almaniya Universitet: “Freie Universität Berlin”, “Humboldt-Universität zu Berlin” və “Leibniz-Zentrum Moderner Orient” birgə layihəsi Təhsil səviyyəsi: doktorantura İxtisas istiqaməti: sosial və humanitar Tədqiqat müddəti: 3 il Tədris dili: ingilis dili Maliyyələşmə: DAAD və Berlin Eynşteyn Fondu tərəfindən aylıq 1.468 avrodur. Son müraciət tarixi: 7 oktyabr 2019-cu il Müraciət səhifəsi: http://www.bgsmcs.fu-berlin.de/en/announcements/201908_Call-for-Applications-2020.html Qeyd: Proqramda iştirak üçün sənədlərin qəbulu elektron qaydada həyata keçirilir. Elektron poçt: application@bgsmcs.fu-berlin.de
13/09/2019 16:46
Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Təhsil Nazirliyi aparatının balansında olan xidməti minik avtomobilləri üçün sürtkü materiallarının, ehtiyat hissələrinin və digər nəqliyyat xidmətlərinin kotirovkalar sorğusu üsulu ilə satın alınması həyata keçirilir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 10.09. 2019-cu il tarixdə, saat 17:00-dək qəbul olunur . Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
06/09/2019 12:12
Filter
News
-
Qazaxıstanda 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı
4 il əvvəl -
Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu
3 il əvvəl -
"Ali təhsil haqqında" Qanunun hazırlanması üçün yaradılan İşçi Qrupunun ilk iclası keçirilib
4 il əvvəl -
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq
4 il əvvəl -
"Microsoft Teams" platformasının Azərbaycan dilində istifadə qaydası - videotəlimat
4 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More