Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Təhsil Nazirliyində 2019-2020-ci tədris ilinə dərsliklərin, metodik vəsaitlərin, iş dəftərlərinin, məktəb sənədlərinin və dövlət nümunəli təhsil sənədləri blanklarının çapına dair 25 aprel 2019-cu il tarixində keçirilmiş açıq tenderdə Tender Komissiyasının qərarına əsasən, ümumi təhsil proqramı üzrə (kurikulumu) 71 adda 641221 nüsxə dərslik və metodik vəsaitlərin çapı işlərinin satın alınmasına dair “Çaşıoğlu Elm-İstehsalat” MMC tenderin qalibi olub və 20 iyun 2019-cu il tarixində həmin müəssisə ilə satınalma müqaviləsi bağlanılıb.
24/06/2019 15:56
Açıq tenderin nəticələrinə dair bildiriş
Azərbaycan Respublikası Təhsil Nazirliyində 2019-2020-ci tədris ilinə dərsliklərin, metodik vəsaitlərin, iş dəftərlərinin, məktəb sənədlərinin və dövlət nümunəli təhsil sənədləri blanklarının çapına dair 25 aprel 2019-cu il tarixində keçirilmiş açıq tenderdə Tender Komissiyasının qərarına əsasən, 95 adda 2235633 nüsxə dərslik və metodik vəsaitlərin çapı işlərinin satın alınmasına dair “Aspoliqraf LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti, 16 adda 424371 nüsxə dərslik və metodik vəsaitlərin çapı işlərinin satın alınmasına dair “Radius” MMC, 136 adda 2367640 nüsxə dərslik, metodik vəsaitlərin və 21 adda 317050 nüsxə dövlət nümunəli təhsil sənədləri blanklarının çapı işlərinin satın alınmasına dair “Şərq-Qərb” ASC, 3 adda 168148 nüsxə dərslik və metodik vəsaitlərin, 40 adda 400000 nüsxə iş dəftərlərinin çapı işlərinin satın alınmasına dair “Çaşıoğlu Elm-İstehsalat” MMC tenderin qalibi olub və 20 iyun 2019-cu il tarixində həmin müəssisələr ilə satınalma müqavilələri bağlanılılıb.
20/06/2019 12:25
Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Təhsil Nazirliyinin aparatı üçün AZS 282-2007 standartının tələblərinə uyğun 19 litrlik polikarbonat qablarda qablaşdırılmış içməli suların satın satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “Kristal LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 19 iyun 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.
20/06/2019 12:17
Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Təhsil Nazirliyinin aparatı üçün təsərrüfat ləvazimatlarının, mal və materialların kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “Dostluq Kolsaltinq” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 20 iyun 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.
20/06/2019 12:15
Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində mövcud olan qazanxanaların istilik qazanlarının tüstü borularının təmizlənməsi işlərinin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında tender komissiyasının yekun protokoluna əsasən Azərbaycan Respublikası “Yanğın” Texniki İstehsalat Mərkəzi qalib elan edilib və həmin təşkilatla 31 may 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.
03/06/2019 17:36
Kotirovkalar sorğusu üsulu ilə satınalınmaya dair bildiriş
Təhsil Nazirliyi nazirlik aparatı üçün təsərrüfat ləvazimatlarının, mal və materialların kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 04.06. 2019-cu il saat 18:00-dək qəbul olunur . Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
31/05/2019 12:46
Kotirovka sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Azərbaycan Respublikasının Təhsil Nazirliyi Nazirliyinin aparatı üçün AZS 282-2007 standartının tələblərinə uyğun 19 litrlik polikarbonat qablarda qablaşdırılmış içməli suların kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 20.05.2019-cu il saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.
16/05/2019 14:56
Tacikistanda 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı
15/05/2019 16:27
Daxili müsahibə elanı
Azərbaycan Respublikası Təhsil Nazirliyi aşağıdakı vəzifənin tutulması üçün daxili müsahibə elan edir: - Elm, ali və orta ixtisas təhsili şöbəsi, Ali, orta ixtisas və əlavə təhsil sektoru, sektor müdiri Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: - ərizə; - əmək kitabçasının surəti; - ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında diplomun surəti ilə birlikdə) - kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əks etdirməlidir); - bir ədəd ağ rəngli fotoşəkil (4x6); - son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış. Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 13 may 2019-cu il tarixdən 17 may 2019-cu il tarixinədək (saat 1800-dək) aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 0900-dan 1300-dək və 1400-dan 1800-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə müraciət edilə bilər (telefon: (+ 99412) 599-11-55).
14/05/2019 09:59
Kotirovka sorğusu üsulu ilə satın alınmaya dair bildiriş
Bakı Şəhəri üzrə Təhsil İdarəsi, tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində mövcud olan qazanxanaların istilik qazanlarının tüstü borularının təmizlənməsi işlərinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 441-63-89 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 15 may 2019-cu il saat 17.00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17
10/05/2019 17:45
Filter
News
-
Qazaxıstanda 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı
4 il əvvəl -
Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu Təhsil müəssisələrinə lisenziyaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu
3 il əvvəl -
"Ali təhsil haqqında" Qanunun hazırlanması üçün yaradılan İşçi Qrupunun ilk iclası keçirilib
4 il əvvəl -
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinq
4 il əvvəl -
"Microsoft Teams" platformasının Azərbaycan dilində istifadə qaydası - videotəlimat
4 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More