• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Müqavilənin bağlanılması barədə bildiriş

14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən oduncaq yanacağının (doğranması, daşınması və çatdırılması) alınması üçün  19 aprel 2019-ci il saat 10-00-da keçirilmiş açıq tender prosedurunda “Embawood” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və  həmin müəssisə ilə 29 aprel 2019-cu il tarixində müqavilə imzalanıb.  

Satınalma müqaviləsi bağlanılması barədə bildiriş

Təhsil Nazirliyinin 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi əhatə dairəsinə aid rayonların yerli təhsili idarəetmə orqanının tabeliyində olan və mərkəz tərəfindən maliyyələşdirilən müəssisələr  üçün oduncaq yanacağının alınması üçün keçirilmiş açıq tender prosedurunda  iştirak edən iddiaçıların təklifləriqiymətləndirilib. Açır tender prosedurunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən,  “Embawood” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 29 aprel 2019-ci il tarixində satınalma müqaviləsi bağlanılıb.

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin balansında olan nəqliyyat vasitələri üçün sürtkü materiallarının və ehtiyat hissələrinin alınması, eləcə də təmir işlərinin və müxtəlif xidmətlərin satın alınması ilə əlaqədar keçirilmiş kotirovka sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “Avtoservis 555” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib və həmin təşkilat ilə 29 aprel 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.

Yaponiya 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı elan edir

Ölkə: Yaponiya, Dövlət Təqaüd Proqramı (MEXT) Təhsil səviyyəsi: bakalavriat, magistratura, doktorantura və ya tədqiqat Yaş həddi: bakalavriat səviyyəsi üçün 02.04.1995-ci il tarixindən, magistratura və növbəti səviyyələri üçün 02.04.1985-ci tarixindən sonrakı təvəllüdlü şəxslər. Qarşılanan xərclər:  aylıq təqaüd, təhsil haqqı, dil hazırlığı kursu, nəqliyyat xərci; Dil bilikləri: ingilis dili, yapon dil biliyi olanlara üstünlük verilir. Son müraciət tarixi: 10.06.2019   Təqaüd proqramı və tələb olunan sənədlər haqqında ətraflı məlumat üçün aşağıdakı keçidlərdən istifadə edə bilərsiniz:   Bakalavriat üçün: https://bit.ly/30w2Gda Magistratura və növbəti səviyyələr üçün: https://bit.ly/30BSKiy   Qeyd: Namizədlər sənədlərini Yaponiyanın Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.   Təqaüd proqramı ilə bağlı sualları Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin Mədəniyyət və Təhsil şöbəsinin əməkdaşı xanım Günel Yüzbaşovaya ünvanlaya bilərsiniz:   Əlaqə nömrəsi: +994 12 490 7819 (daxili nömrə: 2) Elektron poçt: culture-info@bk.mofa.go.jp

Daxili müsahibə elanı

Azərbaycan Respublikası Təhsil Nazirliyi aşağıdakı vəzifələrin tutulması üçün daxili müsahibə elan edir:   - Hesabatvermə və icraya nəzarət sektoru, sektor müdiri - İnsan resursları şöbəsi, Kadrlar sektoru, baş məsləhətçi - İnformasiya şöbəsi, Dəftərxana sektoru, baş məsləhətçi   Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: -  ərizə; -  əmək kitabçasının surəti; - ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında diplomun surəti ilə birlikdə) - kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir); - bir ədəd ağ rəngli fotoşəkil (4x6); - son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış. Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 18 aprel 2019-cu il tarixdən 02 may 2019-cu il tarixdə saat 1800-dək aparılacaq. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 0900-dan 1300-dək və 1400-dan 1800-dək), yaxud poçt vasitəsi ilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları iştirak edə bilərlər. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə buraxılmırlar. Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.Müsahibəyə dair ətraflı məlumat almaq üçün Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə müraciət edilə bilər.

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əhatə etdiyi ümumi təhsil müəssisələrinə istilik enerjisinin (quru odun yanacağı)  satın alınması ilə əlaqədar keçirilmiş açıq tenderdə iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Açıq tenderin nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, "Master-Ofis" MMC qalib elan edilib və həmin təşkilat ilə 19 aprel 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.

Satınalma müqaviləsinin bağlanılması barədə bildiriş

Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əhatə etdiyi ümumi təhsil müəssisələrinə dizenfeksiya, dizenseksiya, deratizasiya işlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tenderdə iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Açıq tenderin nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən, “San-Prof” MMC qalib elan edilib və həmin təşkilatla 18 aprel 2019-cu il tarixində satınalma müqaviləsi bağlanılıb.

Açıq tenderə dəvət

Kotirovka sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Bakı Şəhəri üzrə Təhsil İdarəsi, balansında olan nəqliyyat vasitələri üçün sürtkü materiallarının, ehtiyat hissələrinin alınması, eləcə də təmir işlərinin və müxtəlif xidmətlərin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 441-63-89 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 15 aprel 2019-cu il  saat 17.00-dək qəbul olunur. Ünvan: AZ 1007, Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski 17

Slovakiya Respublikası 2019-2020-ci tədris ili üzrə təqaüd proqramı elan edir

Ölkə: Slovakiya Respublikası Kvota sayı: 1 Təhsil səviyyəsi: bakalavriat və ya magistratura İxtisaslar: təhsil, biznes və idarəetmə, ekologiya, memarlıq, mühəndislik, kənd təsərrüfatı, meşəçilik, baytarlıq, su ehtiyatlarının idarəolunması, tibb, diş cərrahiyəsi, əczaçılıq, informasiya texnologiyaları   Qarşılanan  xərclər və aylıq təqaüd məbləği:  https://bit.ly/2VE1yS6  Dil bilikləri:  ingilis və ya slovak Son müraciət tarixi: 30.05.2019   - Təqaüd proqramı haqqında ətraflı məlumat, tələb olunan sənədlər və digər xərclərlə bağlı aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://www.vladnestipendia.sk/en/  - Təqaüd proqramına müraciət etmək üçün müvafiq keçid: https://www.vladnestipendia.sk/en/application   Təqaüd proqramı ilə bağlı sualları Slovakiya Respublikasının müvafiq proqram üzrə əməkdaşı xanım Miriama Butorovaya ünvanlaya bilərsiniz: Əlaqə vasitələri:  helpdesk@studyabroad.sk +421 907 551 404

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır