• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Rumıniyanın Milli Təhsil Nazirliyi 2018-2019-cu tədris ili üçün təqaüd proqramı elan edir

Satınalma müqavilələrinin bağlanılmasına dair bildiriş

Azərbaycan Respublikası Təhsil Nazirliyində 2018-2019-cu tədris ilinə ümumtəhsil məktəblərinin XI sinifləri üçün dərslik komplektlərinin nəşrinin və nəşr üzərində müstəsna hüquqların satın alınması məqsədilə keçirilmiş açıq tenderdə Tender Komissiyasının qərarına əsasən VI lot (“Riyaziyyat” dərslik komplekti) üzrə “Radius” MMC, XIII lot (“Kimya” dərslik komplekti) üzrə “Bakı” nəşriyyatı tenderin qalibi olmuş və 15 mart 2018-ci il tarixdə həmin müəssisələr ilə satınalma müqavilələri bağlanılmışdır. VIII lot (“Azərbaycan tarixi” dərslik komplekti) üzrə tender təkliflərindən heç biri qənaətbəxş olmamışdır.   Tender komissiyası

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Azərbaycan Respublikası Təhsil  Nazirliyinin aparatında istifadə olunacaq müxtəlif blankların, qovluqların, qeydiyyat kitablarının, malların  təsərrüfatdaxili yerdəyişməsi qaimə - fakturasının çapı və seçilmiş  sənədlərin tikilməsi və cildlənməsi işinin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55 (daxili 5252) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 27.03.2018-ci il saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Təhsil Nazirliyinin aparatı üçün şaquli, üfüqi jalüzlərin və ştor pərdələrin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55 (daxili 5252) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 27.03 2018-ci il saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.

Kotirovkalar sorğusu üsulu ilə satınalınma

Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi “Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə Avropa Komissiyasının Təhsil, Audiovizual və Mədəniyyət Agentliyi arasında imzalanmış “Erasmus+ eTvinninq Milli Dəstək Xidmətləri/Tərəfdaş Dəstək Agentliyi” adlı qrant müqaviləsi çərçivəsində “eTwinning layihəsinin Azərbaycan üzrə fəaliyyət planına əsasən təşviqat işlərinin təşkili”nin kotirovkalar sorğusu üsulu ilə satınalınmasını həyata keçirir. Maraqlanan təşkilatlar 012 5650237 (daxili 2022) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 16 mart 2017-ci il saat 1800 -dək qəbul olunur. Ünvan: Azadlıq prospekti 909

Koreya Respublikası 2018-2019-cu tədris ili üzrə təqaüd proqramı elan edir

Ölkə: Koreya Respublikası Təhsil səviyyəsi: Magistratura, doktorantura və tədqiqat Yaş həddi: 40 yaşadək Təqaüdün müddəti: Magistratura təhsil səviyyəsi üçün 3 il, doktorantura təhsil səviyyəsi üçün 4 il, tədqiqat proqramı üçün 6 ay Qarşılanan xərclər: Aylıq təqaüd, təhsil haqqı, dil kursu, yol xərci, sığorta xərci   və s.    Qeyd 1. Namizədlər sənədlərini  Koreya Respublikasının Azərbaycandakı    səfirliyinə təqdim etməlidir. Qeyd 2. İngilis (TOEFL və IELTS Academic) və Koreya (TOPİK) dilləri üzrə sertifikatı olanlara üstünlük verilir.   Müvafiq keçidlər: http://www.studyinkorea.go.kr/ http://www.studyinkorea.go.kr/en/sub/gks/selectBoardList.do?bbsId=BBSMSTR_000000000461   Seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 2018 Korean Government Scholarship Program For Graduate Degrees Application Guidelines 2018 Korean Government Scholarship Program for Graduate Degrees: FAQ Application Form

Dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsaitlərin) çapının satın alınması məqsədilə açıq tender elanı

Satınalma müqaviləsinin bağlanılmasına dair bildiriş

Azərbaycan Respublikası  Təhsil Nazirliyinin aparatı üçün AZS 282-2007 standartının tələblərinə uyğun 19 litrlik polikarbonat qablarda qablaşdırılmış içməli suların satın satın alınması ilə əlaqədar keçirilmiş kotirovkalar sorğusunda iştirak edən iddiaçıların təklifləri qiymətləndirilmişdir. Kotirovka sorğusunun nəticələri haqqında Tender komissiyasının yekun protokoluna əsasən “Kristal LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmiş və həmin təşkilat ilə 05 mart 2018-ci il tarixdə satınalma müqaviləsi bağlanılmışdır.

Açıq tender elanı

10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi (ikinci elan) açıq tenderə dəvət edir   Tender 1 lot üzrə keçirilir. Lot 1 - Dezinfeksiya, dezinseksiya və deratizasiya işləri   Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Tərtər şəhəri H.Əliyev pr. 4 (Əlaqələndirici şəxs: Şakir İmanov, telefon :(022) 236-20-29) ünvanından ala bilərlər.   İştirak haqqı Lot 1 - 50 manat Hesab: AZ63AIIB32051019444500201145 VÖEN 7200462691 Bank: Kapital Bank ASC Tərtər filialı Kodu: 200457 VÖEN: 9900003611 M/H: AZ37NABZ01350100000000001944 S.W.İ.F.T: AIIBAZ2X   İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. Tenderdə iştirak etmək üçün yazılı müraciət; 2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; 3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); 4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); 5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; 8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 9. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları; 10. Digər sənədlər: Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).   Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 05.03.2018-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-03-15 15.03.2018-ci il saat 17:00-a qədər Tərtər şəhəri H.Əliyev pr.4 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 16.03.2018-ci il saat 10:00-da Tərtər şəhəri H.Əliyev pr.4 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.   TENDER KOMİSSİYASI

Açıq tender elanı

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır