• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Azərbaycan Respublikası Təhsil  Nazirliyinin aparatı üçün mebel avadanlıqlarının kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 06.03.2018-ci il tarixində, saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.

Tenderə dəvət

TƏHSİL NAZİRLİYİ 4 SAYLI ƏRAZI MALİYYƏ HESABLAŞMA MƏRKƏZİ (İKİNCI ELAN) AÇIQ TENDERƏ DƏVƏT EDİR:   Tender 1 lot üzrə keçirilir   Lot 1 - Dezinfeksiya, dezinseksiya və deratizasiya işləri   Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.   Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Oğuz şəhəri, Xətai küç. 29 (Əlaqələndirici şəxs: Mayıl Kərimov, telefon :(070) 610-24-99) ünvanından ala bilərlər .   İştirak haqqı   lot 1 - 50 manat   Hesab: AZ66AİİB32051019446800201168 VÖEN 6600404981 Bank: Kapital Bank Oğuz filialı Kodu: 200684 VÖEN: 9900003611 M/H: AZ37NABZ01350100000000001944 S.W.İ.F.T: BİK:AİİBAZ2X   İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. Tenderdə iştirak etmək üçün yazılı müraciət; 2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; 3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); 4. Tender təklifi dəyərinin 1 % -i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bankgünü qüvvədə olmalıdır); 5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; 8. İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 9. İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları; 10. Digər sənədlər: Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır). Tender proseduru «Dövlət satınalmaları haqqında» qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 2018-03-05 17:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2018-03-15 17:00-a qədər Oğuz şəhəri, Xətai küç. 29 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 3 mart 2018-ci il saat 11:00-da Oğuz şəhəri, Xətai küçəsi, 29 ünvanında açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.   TENDER KOMİSSİYASI

5 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin açıq tender elanı

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin 5  saylı  Ərazi  Maliyyə  Hesablaşma  Mərkəzi açıq  tender  elan  edir   Tender 1 lot üzrə keçirilir. Lot- 1. Deratizasiya, dezinseksiya və dezinfeksiya işlərinin görülməsi. Tender  iştirakçılarına  təklif  edilir  ki, öz  təkliflərini möhürlənmiş, imzalanmış  şəkildə ikiqat zərflərdə, yazılı  surətdə  təqdim  etsinlər. Müqaviləni  yerinə  yetirmək  üçün tender  iştirakçıları  lazımi  maliyyə  və  texniki  imkanlara  malik  olmalıdırlar. Tenderdə  iştirak  etmək  istəyənlər  lot  üzrə 50 (əlli) manat  məbləğində iştirak  haqqını  aşağıda  göstərilən  hesaba  köçürdükdən  sonra  Azərbaycan  dilində  tərtib  olunmuş  əsas  şərtlər  toplusunu  Balakən  rayonu  H.Əliyev  prospekti 81 ünvanından (əlaqələndirici şəxs Elnur  İbrahimov  Telefon: 02429-5-54-06) ala bilərlər VÖEN:3800682661 Bank:Kapital Bank Balakən filialı H/h-AZ83AİİB32051019446900201169 VÖEN:9900003611 M/h-AZ37NABZ01350100000000001944 S.W.İ.F.T BİK AİİBAZ2X   İştirak  haqqı  heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak etmək  üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - Tenderdə iştirak etmək üçün yazılı müraciət - Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi - Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır) - Tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır) - Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş  öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış - İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə  hesablarının surəti - İddiaçının  son  bir  ildəki maliyyə vəziyyəti haqqında bank arayışı - İddiaçının tam adı, hüquqi statusu, nizanmnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri Görülən işlər təqdim olunmuş qrafikə əsasən yerinə yetirilməlidir. Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender  proseduru “Dövlət satınalınmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçilar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri tender təklifi və bank zəmanəti istisna olmaqla 5 mart 2018-ci il saat 17 00 –dək, tender təklifi və bank zəmanətini isə 15 mart  2018-ci il saat 17:00-dək möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. İddiaçıların təklifləri 16 mart 2018-ci il saat 10:00-da  yuxarıda göstərilən ünvanda açıqlanacaqdır. İddiaçıların səlahiyyətli  nümayəndələri  iştirak  edə  bilərlər.   Tender   Komissiyası

13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin kotirovka sorğusu elanı

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi 2018-ci il təhsil müəssisələri üçün 224300 maddəsindən texniki suyun satın alınması məqsədi ilə kotirovka sorğusu elan edir   Kotirovka təklifləri 23.02.2018-ci il saat 17:00-a qədər 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin tender komissiyasına təqdim olunmalıdır. Təkliflərin açılma proseduru 27.02.2018-ci il tarixində saat 15:00-da həyata keçiriləcəkdir. Prosedura iddiaçıların səlahiyyətli nümayəndəsi də iştirak edə bilər.   Ünvan: Salyan şəhəri, Ə.Hüseynov küç.-2A, Əlaqə telefonu: (012) 585-09-25   Tender Komissiyası

13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin açıq tender elanı

9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin açıq tender elanı

14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 2018 – ci il üçün satınalma ilə əlaqədar açıq tender elanı

14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin 2018 – ci il üçün istilik enerjisi satınalması ilə əlaqədar açıq tender elanı

Kotirovkalar sorğusu üsulu ilə satın alınmaya dair bildiriş

Azərbaycan Respublikasının Təhsil Nazirliyi nazirliyin aparatı üçün AZS 282-2007 standartının tələblərinə uyğun 19 litrlik polikarbonat qablarda qablaşdırılmış içməli suların kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55 (daxili 5252) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 20.02.2018-ci il tarixdə saat 18:00-dək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49

Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi

Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2018-ci il üzrə dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsini elan edir.   Müsabiqənin mövzuları aşağıdakılardır:   1) Təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, dəstək verilməsi və yayılması (nümunələr: öyrədici resursların hazırlanması, yeni idarəetmə modellərinn tətbiqi, məktəb assosiasiyalarının yaradılması, mübadilə proqramlarının təşkili); 2) Pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi (nümunələr: pedaqoji işçilər üçün vəsaitlərin hazırlanması, peşəkarlığın artırılmasına yönəlik fəaliyyətlər); 3) Zəruri tədris-metodiki bazanın, məktəbdə metodik xidmət sisteminin təkmilləşdirilməsi, müasir texnoloji infrastukturun formalaşması və inkişafı (nümunələr: metodik vəsaitlərin hazırlanması, mentorluq xidmətinin tətbiqi, uğurlu təcrübənin tətbiq edilməsi); 4) İstedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi (nümunələr: istedadlı uşaqlar üçün vəsaitlərin hazırlanması, istedadlı şagirdlərlə işləyəcək pedaqoji kadrların hazırlanması, ümumi təhsil müəssiələrində xüsusi dərnəklərin qurulması, müsabiqələrin və xüsusi kursların təşkili); 5) Sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması (nümunələr: innovativ təcrübələrin tətbiq edilməsi, metodik vəsaitlərin hazırlanması, pedaqoji heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsi); 6) Psixoloji xidmətin təşkili və effektivliyinin artırılması (nümunələr: Erkən psixoloji yardım xidmətlərinin yaradılması və inkişaf etdirilməsi, psixoloqların peşəkarlığının artırılması istiqamətində tədbirlər, metodik vəsaitlərin hazırlanması, psixoloji xidmətin təkmilləşdirilməsinə dair tədbirlər); 7) Tədrisin keyfiyyətinin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması (nümunələr: məktəbdaxili qiymətləndirmənin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər, buraxılış sinif şagirdlərinin təlim keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlər, innovativ qiymətləndirmə metodlarından istifadə edilməsi); 8) Tədrisdə xüsusi distant texnologiyaların istifadə sistemlərinin inkişafı və ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) iş prosesində müasir təlim texnologiyalarının tətbiqi (nümunələr: müxtəlif fənlərin innovativ formada tədrisi üzrə pilot proqramların hazırlanması, İKT-nin tətbiqi); 9) Təhsil və maarifçilik xarakterli tədbirlərin keçirilməsi (nümunələr: məktəblilərin asudə vaxtının səmərəli təşkili ilə əlaqədar tədbirlər, peşə yönümü və karyera quruculuğu istiqamətində fəaliyyətlər).   Müsabiqədə iştirak: Müsabiqədə iştirak etmək istəyən şəxslər www.grants.edu.az   saytından qeydiyyatdan keçməli və müvafiq sənədləri qeyd edilən tarixədək sistemə yükləməlidirlər.   Layihələrin icra müddəti:   Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Layihələrin icrasına 2018-ci il aprel ayının 15-dən başlanıla bilər.   Layihələrin məbləği:   Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000 (yüz min), Fərdi kateqoriya üzrə 10 000 (on min) manatdan çox olmamalıdır.   Layihələrin təqdim olunmasına dair əsas tələblər:   • Ümumi təhsil müəssisələri kateqoriyası üzrə müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri iştirak edə bilər. İbtidai və orta ümumi təhsil müəssisələri yalnız tam orta ümumi təhsil müəssisələri ilə birgə layihə ilə müraciət edə bilərlər. • Fərdi kateqoriya üzrə müsabiqədə təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər müraciət edə bilərlər. • Ümumi təhsil müəssisələri və pedaqoji işçilər müsabiqəyə yalnız 1 layihə təqdim edə bilər. • Layihə təklifləri yalnız bu elanda göstərilmiş mövzu və texniki tələblərə uyğun gəldiyi halda nəzərdən keçiriləcəkdir.   Müsabiqənin müddəti: Layihə təklifləri 2018-ci il fevral ayının 14-dən başlayaraq qəbul edilir. Tələb olunan sənədlər doldurulmaqla 16 mart 2018-ci il  saat 18:00-dan gec olmayaraq göndərilməlidir.   Əlaqə: Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti, 49 Telefon: 146         Email: grants@edu.gov.az

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır