• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

KOICA təqaüdü çərçivəsində Ewha Qadınlar Universitetində təhsil

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan şəxslər, dövlət institutlarında çalışan bakalavr dərəcəli şəxslər üçün Ewha Qadınlar Universitetində Beynəlxalq münasibətlər (Qadınlar və inkişaf) üzrə 16 aylıq (2011 fevral-2012 iyun) magistr proqramı elan etmişdir. Proqramda yalnız qadınlar iştirak edə bilərlər. Proqram çərçivəsində təhsil ingilis dilində aparılacaqdır. Proqram çərçivəsində bütün xərclər KOICA tərəfindən ödənilir. Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər: KOICA ərizə forması; Ewha Beynəlxalq Elmlər Məktəbinin (Ewha GSIS) ərizə forması; əsaslandırma (motivasiya) məktubu; biri Beynəlxalq inkişaf proqramı sahəsində fəaliyyət göstərən müvafiq professor-müəllim tərəfindən, digəri isə namizədin hazırda çalışdığı iş yerindən olmaqla iki ədəd tövsiyə məktubu ; diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surəti; TOEFL və ya IELTS sertifikatı (əgər varsa); iş haqqında arayış (əgər varsa); şəxsiyyət vəsiqəsi və ya xarici pasportun surəti; 3 x 4 ölçüdə iki ədəd fotoşəkil;   QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir. Məlumatları və ərizə formalarını əldə etmək üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz (Könül Məhərrəmova­ – tel: 496-33-11; daxili-248). Ewha GSIS ərizə formasını, həmçinin http://gsis.ewha.ac.kr/ekoica internet səhifəsindən əldə edə bilərsiniz.   Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini 2 dekabr 2010-cu il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova­ – tel: 496-33-11; daxili-248) təqdim etməlidirlər.

KOICA təqaüdü çərçivəsində Koreya Universitetində təhsil

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan bakalavr təhsilli şəxslər üçün Koreya Universitetində Beynəlxalq inkişaf üzrə 13 aylıq (2011 fevral-2012 mart) magistr proqramını elan etmişdir. Proqram çərçivəsində təhsil ingilis dilində aparılacaqdır. Proqram çərçivəsində bütün xərclər KOICA tərəfindən ödənilir: Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər: KOICA və KUGSİS ərizə formaları; əsaslandırma (motivasiya) məktubu; 3 x 4 ölçüdə iki ədəd fotoşəkil; diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surəti; xarici pasportun surəti; iki ədəd tövsiyə məktubu (namizədin təhsil aldığı ali təhsil müəssisəsinin müəllimi və ya peşə rəhbəri tərəfindən); TOEFL, TOEIC və ya IELTS sertifikatı; namizədin hazırda çalışdığı iş yerindən tövsiyə məktubu   QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir. KUGSIS ərizə formasını, həmçinin http://gsis.korea.ac.kr/students/admissions.html internet səhifəsindən də əldə edə bilərsiniz. Məlumatları və ərizə formalarını əldə etmək üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz (Könül Məhərrəmova­ – tel: 496-33-11; daxili-248) Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini 2 dekabr 2010-cu il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova ­– tel: 496-33-11; daxili-248) təqdim etməlidirlər.

“LAYİHƏNİN ORTA MÜDDƏTİNƏ VƏ SONUNA OLAN MÜŞAHİDƏ TƏDQİQATLARI”NIN KEÇİRİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT № 4394AZ   “LAYİHƏNİN ORTA MÜDDƏTİNƏ VƏ SONUNA OLAN MÜŞAHİDƏ TƏDQİQATLARI”NIN KEÇİRİLMƏSİNƏ DAİR   MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT     Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Layihənin ortasında və sonunda müşahidəli tədqiqat keçirmək yolu ilə yeni kurikulumun, qiymətləndirmə alətlərinin və yeni təlim materiallarının istifadə edilməsi ilə əlaqədar olan məsələlərə fasiləsiz suarətdə kömək etmək iqtidarında olan metodistlərin faiz nisbəti, eləcə də yeni kurikulumun tətbiq edildiyi şəraitdə fəal metodologiyalardan istifadə edən müəllimlərin faiz nisbəti üzrə əldə edilən irəliləyişləri müəyyən etmək məqsədi ilə mətnli və rəqəmli məlumatlar toplamaq.   İcraçı təşkilat üçün ixtisas tələbləri: təhsil sektorunda, sinif otaqlarında müşahidələrin tərtib edilməsi və həyata keçirilməsi sahəsində geniş təcrübə; müşahidənin rəqəmli nəticələrini təhlil etmək məqsədilə keyfiyyətli məlumat bazasının ilk növbədə Azərbaycan dilində tərtib edilməsi sahəsində geniş təcrübə; təhsil sektorunun monitorinqi və dəyərləndirilməsi sahəsində məsləhətçi xidmətləri göstərmək üçün lazım olan, xüsusilə əsas icra keyfiyyəti göstəricilərinin mənasını başa düşən ixtisaslı heyətə və digər vəsaitlərə, habelə müvafiq təcrübəyə malik olmalıdır;   İcra müddəti: 2011-2014-cü illərdə 6 iş ayı   Azərbaycan Respublikası Təhsil Nazirliyi müvafiq təşkilatları qeyd olunan xidmətin həyata keçirilməsi üçün maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən təşkilatlar müvafiq ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il dekabrın 23-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Təşkilat Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Məsləhətçinin Keyfiyyət Göstəriciləri seçim metodu üzrə seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

ABŞERON İQTİSADİ RAYONUNDA 2011-2012-Cİ DƏRS İLİNDƏ İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNƏ DƏRS DEYƏCƏK VƏ İNDİYƏDƏK TƏLİMDƏN KEÇMƏYƏN MÜƏLLİMLƏR ÜÇÜN YENİ KURİKULUM ÜZRƏ TƏLIMİN KEÇİRİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT № 4394AZ   ABŞERON İQTİSADİ RAYONUNDA 2011-2012-Cİ  DƏRS İLİNDƏ İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNƏ DƏRS DEYƏCƏK VƏ İNDİYƏDƏK TƏLİMDƏN KEÇMƏYƏN MÜƏLLİMLƏR ÜÇÜN YENİ KURİKULUM ÜZRƏ TƏLIMİN KEÇİRİLMƏSİNƏ DAİR   MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT     Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Yeni ibtidai təhsil kurikulumunun tətbiqinə dəstək olaraq ibtidai sinif müəllimləri üçün təlimin keçirilməsi.   İcraçı təşkilat üçün ixtisas tələbləri: Nizamnaməsinə uyğun olaraq, təşkilatın  fəaliyyətinin əsas sahələri və istiqamətləri arasında təhsil və təlimlərin olması; Təlim kurslarını keçirmək üçün lazım olan ən zəruri işçi heyətinə və  maddi imkanlara malik olması; Müəllimlər üçün təlim kurslarının və ya məktəblərlə birgə layihələrin həyata keçirilməsi sahəsində ən azı üç illik uğurlu iş təcrübəsi; Məktəb kurikulumlarının həyata keçirilməsi üzrə təlim kurslarında təcrübəsi olan təşkilatlar üstünlüyə malik olacaqdır .   İcra müddəti: iyun-avqust 2011-ci il   Azərbaycan Respublikası Təhsil Nazirliyi müvafiq təşkilatları qeyd olunan təlimin həyata keçirilməsi üçün maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən təşkilatlar müvafiq ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il dekabrın 23-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Təşkilat Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu əsasında seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

22 dekabr 2010-cu il tarixində Bakı Dövlət Universitetində akademik Şəfayət Fərhad oğlu Mehdiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Geologiyanın aktual problemləri” mövzusunda Respublika Elmi Konfransı keçiriləcəkdir.

Konfransda iştirak etmək istəyənlər məruzələrinin tezislərini (elektron variant əlavə olunmaqla) 10 dekabr 2010-cu il tarixinə qədər konfransın Təşkilat Komitəsinə təqdim edə bilərlər.   Ünvan: Bakı şəh.,Z.Xəlilov küç., 23, əsas bina 315-ci otaq. Tel: (012) 439-09-81 e-mail: shakirramazanoglu@mail.ru

ŞƏKİ-ZAQATALA İQTİSADİ RAYONUNDA 2011-2012-Cİ DƏRS İLİNDƏ İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNƏ DƏRS DEYƏCƏK VƏ İNDİYƏDƏK TƏLİMDƏN KEÇMƏYƏN MÜƏLLİMLƏR ÜÇÜN YENİ KURİKULUM ÜZRƏ TƏLIMİN KEÇİRİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT № 4394AZ   ŞƏKİ-ZAQATALA İQTİSADİ RAYONUNDA 2011-2012-Cİ  DƏRS İLİNDƏ İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNƏ DƏRS DEYƏCƏK VƏ İNDİYƏDƏK TƏLİMDƏN KEÇMƏYƏN MÜƏLLİMLƏR ÜÇÜN YENİ KURİKULUM ÜZRƏ TƏLIMİN KEÇİRİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT     Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Yeni ibtidai təhsil kurikulumunun tətbiqinə dəstək olaraq ibtidai sinif müəllimləri üçün təlimin keçirilməsi.   İcraçı təşkilat üçün ixtisas tələbləri: Nizamnaməsinə uyğun olaraq, təşkilatın  fəaliyyətinin əsas sahələri və istiqamətləri arasında təhsil və təlimlərin olması; Təlim kurslarını keçirmək üçün lazım olan ən zəruri işçi heyətinə və  maddi imkanlara malik olması; Müəllimlər üçün təlim kurslarının və ya məktəblərlə birgə layihələrin həyata keçirilməsi sahəsində ən azı üç illik uğurlu iş təcrübəsi; Məktəb kurikulumlarının həyata keçirilməsi üzrə təlim kurslarında təcrübəsi olan təşkilatlar üstünlüyə malik olacaqdır .   İcra müddəti: iyun-avqust 2011-ci il   Azərbaycan Respublikası Təhsil Nazirliyi müvafiq təşkilatları qeyd olunan təlimin həyata keçirilməsi üçün maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən təşkilatlar müvafiq ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il dekabrın 30-na qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Təşkilat Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu əsasında seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net  

GƏNCƏ-QAZAX İQTİSADİ RAYONUNDA 2011-2012-Cİ DƏRS İLİNDƏ İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNƏ DƏRS DEYƏCƏK VƏ İNDİYƏDƏK TƏLİMDƏN KEÇMƏYƏN MÜƏLLİMLƏR ÜÇÜN YENİ KURİKULUM ÜZRƏ TƏLIMİN KEÇİRİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT № 4394AZ   GƏNCƏ-QAZAX İQTİSADİ RAYONUNDA 2011-2012-Cİ  DƏRS İLİNDƏ İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNƏ DƏRS DEYƏCƏK VƏ İNDİYƏDƏK TƏLİMDƏN KEÇMƏYƏN MÜƏLLİMLƏR ÜÇÜN YENİ KURİKULUM ÜZRƏ TƏLIMİN KEÇİRİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT     Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Yeni ibtidai təhsil kurikulumunun tətbiqinə dəstək olaraq ibtidai sinif müəllimləri üçün təlimin keçirilməsi.   İcraçı təşkilat üçün ixtisas tələbləri: Nizamnaməsinə uyğun olaraq, təşkilatın  fəaliyyətinin əsas sahələri və istiqamətləri arasında təhsil və təlimlərin olması; Təlim kurslarını keçirmək üçün lazım olan ən zəruri işçi heyətinə və  maddi imkanlara malik olması; Müəllimlər üçün təlim kurslarının və ya məktəblərlə birgə layihələrin həyata keçirilməsi sahəsində ən azı üç illik uğurlu iş təcrübəsi; Məktəb kurikulumlarının həyata keçirilməsi üzrə təlim kurslarında təcrübəsi olan təşkilatlar üstünlüyə malik olacaqdır .   İcra müddəti: iyun-avqust 2011-ci il   Azərbaycan Respublikası Təhsil Nazirliyi müvafiq təşkilatları qeyd olunan təlimin həyata keçirilməsi üçün maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən təşkilatlar müvafiq ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2011-ci il yanvarın 5-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Təşkilat Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu əsasında seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

YUNESKO-nun Gənc Peşəkarlar Proqramı

YUNESKO tərəfindən 2011-ci il üçün Gənc Peşəkarlar Proqramı (Young Profesionals Programme) elan edilmişdir. Namizədlərə təşkilatda işləmək imkanı verən bu proqramın məqsədi YUNESKO Katibliyinin coğrafi təmsilçiliyinin genişləndirilməsi, təşkilatın işçi heyətinin gənc kadrlarla təchiz olunması, işçilər arasında qadınların sayının artırılması, eləcə də qurumun işinin ahəngdar və daha səmərəli olmasının təmin edilməsidir. Proqram üçün müraciət edəcək şəxs maksimum 30 yaşında olmalı, ingilis və ya fransız dilini mükəmməl səviyyədə bilməli və aşağıdakı sahələrdə magistr və ya doktorluq dərəcəsinə malik olmalıdır: Təhsil: təhsilin iqtisadiyyatı, təhsil, siyasət və idarəetmə, təhsilin keyfiyyəti, təhsildə idarəetmə; Təbiət elmləri: geologiya və ya geofizika, coğrafi informasiya sistemləri (GIS), riyaziyyat və ya fizika; Sosial və Humanitar elmlər: elm və texnologiya etikası; Mədəniyyət: antropoliya, etnologiya, sosiologiya, politologiya (beynəlxalq münasibətlər ixtisası üzrə) Kommunikasiya və İnformasiya; Maliyyə menecmenti: maliyyə və ya mühasibatlıq; İdarəetmə: informatika, informasiya sistemləri və bu kimi sahələr (layihələrin və tətbiqi sistemlərin idarəedilməsi kimi sahələrə üstünlük veriləcəkdir)   Proqram haqqında məlumatları http://portal.unesco.org/en/ev.php-URL_ID=11714&URL_DO=DO_TOPIC&URL_SECTION=201.html internet ünvanından əldə etmək mümkündür. Ərizə formasını yükləyin: ƏRİZƏ FORMASI  Proqramda iştirak etmək arzusunda olan namizədlər təmsil etdikləri qurumdan müvafiq tövsiyə məktubu ilə birgə sənədlərini 10 yanvar 2011-ci il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova, tel: 496-33-11; daxili-248) təqdim etməlidirlər.

QUBA-XAÇMAZ İQTİSADİ RAYONUNDA 2011/2012-Cİ DƏRS İLİNDƏ İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNƏ DƏRS DEYƏCƏK VƏ İNDİYƏDƏK TƏLİMDƏN KEÇMƏYƏN MÜƏLLİMLƏR ÜÇÜN YENİ KURİKULUM ÜZRƏ TƏLIMİN KEÇİRİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT № 4394AZ QUBA-XAÇMAZ İQTİSADİ RAYONUNDA 2011/2012-Cİ  DƏRS İLİNDƏ İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNƏ DƏRS DEYƏCƏK VƏ İNDİYƏDƏK TƏLİMDƏN KEÇMƏYƏN MÜƏLLİMLƏR ÜÇÜN YENİ KURİKULUM ÜZRƏ TƏLIMİN KEÇİRİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Yeni ibtidai təhsil kurikulumunun tətbiqinə dəstək olaraq ibtidai sinif müəllimləri üçün təlimin keçirilməsi.   İcraçı təşkilat üçün ixtisas tələbləri: Nizamnaməsinə uyğun olaraq, təşkilatın  fəaliyyətinin əsas sahələri və istiqamətləri arasında təhsil və təlimlərin olması; Təlim kurslarını keçirmək üçün lazım olan ən zəruri işçi heyətinə və  maddi imkanlara malik olması; Müəllimlər üçün təlim kurslarının və ya məktəblərlə birgə layihələrin həyata keçirilməsi sahəsində ən azı üç illik uğurlu iş təcrübəsi; Məktəb kurikulumlarının həyata keçirilməsi üzrə təlim kurslarında təcrübəsi olan təşkilatlar üstünlüyə malik olacaqdır .   İcra müddəti: iyun-avqust 2011-ci il   Azərbaycan Respublikası Təhsil Nazirliyi müvafiq təşkilatları qeyd olunan təlimin həyata keçirilməsi üçün maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən təşkilatlar müvafiq ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2011-ci il yanvarın 14-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.     Təşkilat Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu əsasında seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

LƏNKƏRAN İQTİSADİ RAYONUNDA 2011/2012-Cİ DƏRS İLİNDƏ İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNƏ DƏRS DEYƏCƏK VƏ İNDİYƏDƏK TƏLİMDƏN KEÇMƏYƏN MÜƏLLİMLƏR ÜÇÜN YENİ KURİKULUM ÜZRƏ TƏLIMİN KEÇİRİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT № 4394AZ   LƏNKƏRAN İQTİSADİ RAYONUNDA 2011/2012-Cİ  DƏRS İLİNDƏ İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNƏ DƏRS DEYƏCƏK VƏ İNDİYƏDƏK TƏLİMDƏN KEÇMƏYƏN MÜƏLLİMLƏR ÜÇÜN YENİ KURİKULUM ÜZRƏ TƏLIMİN KEÇİRİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT     Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Yeni ibtidai təhsil kurikulumunun tətbiqinə dəstək olaraq ibtidai sinif müəllimləri üçün təlimin keçirilməsi.   İcraçı təşkilat üçün ixtisas tələbləri: Nizamnaməsinə uyğun olaraq, təşkilatın  fəaliyyətinin əsas sahələri və istiqamətləri arasında təhsil və təlimlərin olması; Təlim kurslarını keçirmək üçün lazım olan ən zəruri işçi heyətinə və  maddi imkanlara malik olması; Müəllimlər üçün təlim kurslarının və ya məktəblərlə birgə layihələrin həyata keçirilməsi sahəsində ən azı üç illik uğurlu iş təcrübəsi; Məktəb kurikulumlarının həyata keçirilməsi üzrə təlim kurslarında təcrübəsi olan təşkilatlar üstünlüyə malik olacaqdır .   İcra müddəti: iyun-avqust 2011-ci il   Azərbaycan Respublikası Təhsil Nazirliyi müvafiq təşkilatları qeyd olunan təlimin həyata keçirilməsi üçün maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən təşkilatlar müvafiq ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2011-ci il yanvarın 14-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.     Təşkilat Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu əsasında seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net  

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır