• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə

Azərbaycan Respublikasının Təhsil Nazirliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edir:   Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: ərizə (2 nömrəli əlavə) ağ fonda rəngli fotoşəkil 1 ədəd ( 3 x 4 sm ölçüdə) Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 1 oktyabr 2010-cu il tarixdən 15 oktyabr 2010-cu il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi tərəfindən aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsa¬hi¬bədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə müraciət edilə bilər.    Telefonlar:    496-16-55, 496-35-00 Dövlət orqanının adı: Azərbaycan Respublikası Təhsil Nazirliyi Struktur bölmənin adı: Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi Ştat vahidinin sayı: 1 İş yerinin ünvanı: Bakı şəhəri, Nəimanov rayonu, Xətai prospekti 49 İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat Vəzifə maaşı: 495 manat Qulluq funksiyaları: ixtisasartırma və yenidənhazırlanma təhsilində “Təhsil haqqında” Qanunun, dövlət təhsil     proqram və standartlarının tətbiqinə nail olunması; ixtisasartırma və yenidənhazırlanma təhsilinin məzmununun daim təkmilləşdirilməsi və tədris prosesinə tətbiqi; ixtisasartırma və yenidənhazırlanma təhsili üzrə tədris plan və proqramlarının, tədris materiallarının hazırlanması; ixtisasartırma və yenidənhazırlanma təhsil pilləsi üzrə müvafiq normativ sənədlərin hazırlanması; ixtisasartırma və yenidənhazırlanma müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi, tənzimlənməsi, onların nizamnamələrinin hazırlanması və müvafiq qaydada təsdiqi; təhsilin bütün pillələrini əhatə edən rəhbər və pedaqoji kadrların ixtisasının artırılması və yenidənhazırlanması üzrə fəaliyyət göstərən bütün strukturların fəaliyyətinin müasir tələblərə uyğun qurulmasının təşkili; ixtisasartırma və yenidənhazırlanma üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, təhlili, ümumiləşdirilməsi, tətbiqinə dair tövsiyə və təlimatların hazırlanması; kadrların ixtisasının artırılması və yenidən hazırlanması pilləsində fəaliyyətin effektivliyinə nail olunması və s.   Vəzifənin tutulması şərtləri: təhsil: təhsilin təşkili və idarəolunması ixtisası, maarif ixtisas istiqaməti üzrə ali təhsil; iş stajı: azı 3 il kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta-yüksək səviyyədə); xarici dil: rus dili (orta-yüksək səviyyədə), ingilis dili (orta-yüksək səviyyədə)

Azərbaycan Respublikası Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi pilot seçilmiş Suraxanı rayonunda “Müəssisədə yaşayan uşaqların ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi” layihəsi çərçivəsində Təhsil Nazirliyinin öhdəliklərini layihədə icra edəcək mütəxəssislərin seçilməsi ilə əlaqədar müsabiqə elan edir.

Mütəxəssislər aşağıdakı öhdəlikləri yerinə yetirəcəklər:  Pilot layihənin digər tərəfdaş qurumlarla əlaqələndirilməsi; Uşaqların müəssisəyə düşməsinin qarşısının alınması ilə ailələrə dəstək göstərilməsi; Suraxanı rayonunda Dövlət Uşaq Müəssisələrinin Transformasiyası üzrə Baş Plana uyğun olaraq ailələrə dəstək xidmətlərinin təşkili və yaradılması; Suraxanı rayonunda təhsildən kənarda qalan və sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb edilməsi; Suraxanı rayonunda yerləşən müəssisələrdə yaşayan uşaqların fərdi qayğı planının işlənib hazırlanması və alternativ qayğıya cəlb edilməsi; Uşaqların sosial yönümlü xidmətlərə yönəldilməsi üçün mexanizmin tətbiq edilməsi; Layihə çərçivəsində bioloji və alternativ ailələrə veriləcək uşaqların vəziyyətinə dair dövri monitorinqin aparılması; Pilot layihə üzrə hesabatların hazırlanması.     Vəzifəyə dair əsas tələblər və bacarıqlar :  Pedaqoji-psixoloji   ali təhsil; Ən azı 2 il uşaqlarla - ailələrlə iş təcrübəsi; Uşaqlarla və böyüklərlə səmərəli ünsiyyət qurmaq bacarıqları; Komandada işləmək bacarıqları, digərlərinin fikrinə hörmətlə yanaşmaq; Uşaq inkişafı və onların ehtiyaclarını müəyyənləşdirmək sahəsində praktiki bilik və bacarıqlar; Ailə psixologiyası, ailənin ehtiyaclarını müəyyənləşdirmək sahəsində praktiki bilik və bacarıqlar; Dinləmək qabiliyyəti; Müstəqil və komanda üzvü kimi yaxşı təşkilatçılıq bacarıqları; Gərginlik şəraitində işləmək bacarığı; İş prosesində yeniliklərə dair çevik olmaq; İşin planlaşdırılması və işçilər arasında vəzifələrin paylanması bacarıqları; Konfliktlərin həll edilməsi bacarıqları; İKT bacarıqları; Təhlil etmə bacarıqları; İşlə bağlı Respublikanın digər rayonlarına ezam olunma imkanları.   Qeyd: Seçim zamanı Suraxanı rayonu sakinlərinə və ya bu rayona yaxın ərazidə   yaşayanlara üstünlük veriləcəkdir.   Arzu edənlər sənədlərini təqdim etmək üçün 10 gün müddətində Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə və ya kadr.dumi@gmail.com internet ünvanına CV göndərməklə müraciət edə bilərlər. Tel.: 496-34-98

Ali təhsildə müsabiqəli maliyyələşdirmə sisteminin və proqramlarının tərtib edilməsi üzrə milli məsləhətçi

Tapşırığın adı: Ali təhsildə müsabiqəli maliyyələşdirmə sisteminin və proqramlarının tərtib edilməsi üzrə milli məsləhətçi İcra olunduğu yer: Təhsil Nazirliyi İcra müddəti: 6 ay Tapşırıq və vəzifələr: Məsləhətçi aşağıda göstərilən vəzifələrin yerinə yetirilməsinə kömək edəcəkdir: Mövcud sənədlərin və hesabatların oxunması, habelə strategiyaya maraq göstərən əsas maraqlı tərəflərin müvafiq nümayəndələri ilə əlavə müsahibələrin keçirilməsi yolu ilə ən vacib məqsədlərin və narahatlıq doğuran məsələlərin mahiyyətinin düzgün olub-olmadığını yoxlamaq; Beynəlxalq miqyasda müsabiqəli maliyyələşdirməyə dair müxtəlif yanaşmalar (xüsusilə ABŞ və ya Qərbi Avropa kimi yaxşı bərqərar olmuş müsabiqəli maliyyələşdirmə sisteminə malik olan ölkələrin təcrübəsi) haqqında əsas maraqlı tərəflər üçün təcrübi seminar, o cümlədən müzakirələr təşkil etmək, Azərbaycan şəraitinə uyğun gələ biləcək yanaşmaların növlərini tövsiyə etmək; Aşağıda sadalanan sənədlərin ilkin variantlarını tərtib etmək məqsədilə əsas maraqlı tərəflərdən müsahibə götürmək: Yardımçı layihələrin növləri (tədbirlərin növləri, büdcə, həcm); Uyğunluq meyarları; Seçim əməliyyatı və meyarları; Müxtəlif maraqlı tərəflərin vəzifə və funksiyaları: daimi komissiyalar, həmkar təhlilçilər/dəyərləndiricilər, yardımçı layihə təklif edənlər, katiblik; təltif ediləcək qrantların növünün və həcminin cəlbediciliyini/səmərəliliyini/texniki-iqtisadi əsaslandırmasını yoxlamaq; (b) seçim əməliyyatının məqsədəuyğunluğunu yoxlamaq (mümkün təklif edən qurumlar həmin əməliyyatı ədalətli və məntiqli hesab edəcəklərmi?); (c) təlimat sənədinin ilkin variantının məqsədəuyğunluğunu yoxlamaq; və (d) təklif edənlərin yardımçı layihə təklifi yazmaq bacarıqlarını yoxlamaq (onların ehtiyaclarını ödəmək üçün təcrübi təlim seminarı təşkil etmək məqsədilə) üçün yardımçı layihələr təklif edəcəyi ehtimal olunan elmi işçilərin seçmə yolu ilə müəyyən edilən nümayəndələrindən müsahibə götürmək; mümkün dəyərləndiricilərin müqavilələrinin şərt və müddətlərinin cəlbediciliyini/texniki-iqtisadi əsaslandırmasını yoxlamaq; (b) həmin dəyərləndiricilərin seçim çərçivəsində təlimata uyğun olaraq dəyərləndirmə aparmaq bacarıqlarını yoxlamaq; (c) ilkin təcrübi təlim seminarlarını planlaşdırmaq üçün mümkün dəyərləndiricilərin seçmə yolu ilə müəyyən edilən nümayəndələrindən müsahibə götürmək; mümkün yarımdımçı layihə təklif edənlər; (b) dəyərləndiricilər və (c) daimi komissiya üzvləri üçün təcrübi təlim seminarları keçirmək; Təcrübi seminarlardan əldə olunan təcrübəni nəzərə alaraq, əməliyyati təlimatın yekun variantını tərtib etmək.     İxtisas tələbləri: Universitetdə qazanilmış yüksək və müvafiq elmi dərəcəyə malik olması; Ali təhsil sahəsində azı 4 illik iş təcrübəsinə malik olması; Müsabiqəli maliyyələşdirmə üsulunun tərtib edilməsi və hazırlanması (ən yaxşı halda isə, tətbiq edilməsi) sahələrində iş təcrübəsinə malik olması; Müsabiqəli maliyyələşdirmənin təlimatının tərtib edilməsi sahəsində iş təcrübəsinə malik olması; Yazılı və şifahi ingilis və Azərbaycan dillərini səlis bilməsi. Tələb olunan sənədlər: 1. Ərizə 2. Tərcümeyi-hal (CV)   Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz. Son təqdim edilmə tarixi: 28 oktyabr 2010-cu il Əlaqə üçün məlumat: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: smasimova@ultel.net

Ali təhsilin keyfiyyətinin təmin edilməsi üzrə milli məsləhətçi

Tapşırığın adı: Ali təhsilin keyfiyyətinin təmin edilməsi üzrə milli məsləhətçi İcra olunduğu yer: Təhsil Nazirliyi İcra müddəti: 6 ay Tapşırıq və vəzifələr: Məsləhətçi aşağıda göstərilən vəzifələrin yerinə yetirilməsinə kömək edəcəkdir: Ölkə miqyasında və əsas ali təhsil müəssisələri daxilində hazırki keyfiyyət təminatı tədbirlərində qüsurların müəyyən edilməsi; Azərbaycanda Boloniya prosesinə riayət etməyə dəstək olacaq məqsədəuyğun keyfiyyət təminatı sisteminin təklif olunan layihəsi; Təklif olunan layihənin həyata keçirilməsinin, o cümlədən lazımi bacarıqların öyrədilməsinin fəaliyyət planı; Planı həyata keçirmək üçün lazım olan xərclərin smetası; Fəaliyyət planının ilkin variantına həsr olunan, maraqlı tərəflər üçün keçirilən təcrübi seminarlar.   Məsləhətçi mövcud keyfiyyət təminatı aparatının imkanlarının ilkin qiymətləndirməsinin həyata keçirilməsinə kömək edəcək, Azərbaycanda keyfiyyət təminatın sisteminin qurulması işini inkişaf etdirmək üçün lazım olan vəsaitlərə və imkanlara dair tələbatları müəyyən edəcəkdir. O, həm də qurulacaq keyfiyyət təminatı sisteminin tətbiq edilməsinin əsas sahələrində, habelə hökumətin və universitetlərin rəsmi nümayəndələrinin bu cür sistemin qurulması sahəsində ən vacib hesab etdikləri məsələlərdə həmin nümayəndələrin səy göstərmələrini xahiş edəcək və onları buna həvəsləndirıəcəkdir.  İxtisas tələbləri: Universitetdə qazanılmış qabaqcıl və müvafiq elmi dərəcəyə malik olması; Ali təhsil sahəsində iş təcrübəsinə malik olması; Ali təhsilin keyfiyyətinin təmin edilməsi əməliyyatlarının planlaşdırılması və hazırlanması sahəsində təcrübəyə malik olması; Bolonya əməliyyatını dərindən dərk etmək şərtilə, keyfiyyətin təmin edilməsi sahəsində iş təcrübəsinə malik olması; Ali təhsil haqqında əsərlərinin nəşr edilmiş olması; Yazılı və şifahi ingilis dilini səlis bilməsi. Tələb olunan sənədlər: 1. Ərizə 2. Tərcümeyi-hal (CV)   Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz. Son təqdim edilmə tarixi: 28 oktyabr 2010-cu il Əlaqə üçün məlumat: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: smasimova@ultel.net

Yaponiya Fondu 2011-2012-ci illərdə humanitar və sosial elm sahələrində Yaponiya haqqında tədqiqatlarla məşğul olan alim, tədqiqatçı və elmlər doktorları üçün aşağıdakı müddətlər üzrə təqaüd proqramlarını təklif edir:

1. Alim və tədqiqatçılar üçün Uzun müddətli: 2-12 ay Qısa müddətli: 21-59 gün     2. Elmlər doktorları üçün: 4-14 ay   Təqaüd Proqramına aşağıdakı şəxslər müraciət edə bilər: Elmlər namizədi dərəcəsinə uyğun gələn elmi dərəcəyə malik, humanitar və sosial elmlər sahəsində Yaponiya ilə əlaqədar tədqiqatlar aparmış alim və tədqiqatçılar; Yaşı 35-dən az olan və humanitar və sosial elmlər sahəsində Yaponiya ilə əlaqədar tədqiqatlar aparan və dissertasiyanı bitirmək üçün Yaponiyaya səfəri zəruri hesab edən tədqiqatçılar; 1 aprel 2011-ci il tarixdə sözügedən Proqramda son iştirakından 3 il ötmüş şəxslər; Yapon və ya ingilis dilini bilən şəxslər;   Aşağıdakı şəxslər Təqaüd Proqramına müraciət edə bilməzlər: Təbiət elmləri, mühəndislik və tibb sahəsində ixtisaslaşmış şəxslər;  Yaponiya universitetlərində təhsil almaq istəyən tələbələr; Təqaüd Proqramından siyasi və dini məqsədlər üçün istifadə etmək niyyətində olanlar; Yapon dilini bilmə səviyyəsini gücləndirmə niyyətində olanlar; Yapon ənənəvi mədəniyyəti sahəsində təlim almaq istəyənlər; Bu Proqramla eyni zamanda başqa qrantlardan istifadə etmək niyyətində olanlar.     Daha ətraflı məlumatları və ərizə formalarını www.jpf.go.jp/e/program/intel.html  internet səhifəsindən əldə etmək olar. Sənədlər 20 noyabr 2010-cu il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Aqil Vəliyev-tel: 496-34-14) təqdim oluna bilər. 

Yaponiya Fondu Yaponiya ilə digər ölkələr arasında qarşılıqlı anlaşmanı dərinləşdirmək məqsədilə İntelektual Mübadilə Konfransları üçün Qrant Proqramını təklif edir.

Proqramda aşağıdakı qurumlar iştirak edə bilərlər:   Mənfəət gətirməyən təşkilatlar (universitet, tədqiqat institutları, qeyri-hökumət təşkilatları, muzeylər və s.)   Aşağıdakılar Qrant Proqramına müraciət edə bilməzlər: Yapon hökuməti, yerli hökumətlər, xüsusi hüquqi qurumlar, təhsil institutları da daxil olmaqla milli və ictimai təşkilatlar; Xarici hökumətlər, onların səfirlikləri; Yaponiya hökumətinin maliyyə töhfəsi verdiyi beynəlxalq təşkilatlar; Yaponiya ilə diplomatik münasibətlərə malik olmayan ölkələrdə yerləşən təşkilatlar; Fərdi şəxslər; Son 3 ildə bu proqramdan vaxtaşırı faydalanan təşkilatlar.     Daha ətraflı məlumatları və ərizə formalarını www.jpf.go.jp/e/program/intel.html  internet səhifəsindən əldə etmək olar. Sənədlər 20 noyabr 2010-cu il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Aqil Vəliyev­­-tel: 496-34-14) təqdim oluna bilər.  

Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə TİMSS və PİRLS tədqiqatlarında sahə işlərinin həyata keçirilməsi

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT № 4394AZ   MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT   Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4394AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə həyata keçirilir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin Təhsil nailiyyətlərinin qiymətləndirilməsi üzrə TİMSS və PİRLS tədqiqatlarında sahə işlərinin həyata keçirilməsi sahəsində məsləhətçi xidmətlərinin maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub.   Tapşırığın məqsədi: Bu texniki tapşırıq yalnız Azərbaycan Respublikasının seçilmiş məktəblərində 4-cü sinif şagirdlərinin iştirakı ilə keçirilən beynəlxalq TİMSS və PİRLS-2011 tədqiqatlarının sahə işlərinin yerinə yetirilməsini əhatə edir.   Məsləhətçi şirkəti üçün ixtisas tələbləri: Bu sənəddə təsvir olunan xidmətləri göstərmək üçün seçiləcək məsləhətçi şirkəti təhsil və yaxud sosial sahələrdə sorğuların keçirilməsi üzrə geniş təcrübəyə malik olmalıdır. Təhsil sahəsində təcrübəyə malik olan namizədlərə böyük üstünlük verilir. Məsləhətçi şirkəti təcrübəyə, lazımi ixtisaslı heyətə və bütün sahə işlərinin Beynəlxalq Təhsil Assosiasiyasının irəli sürdüyü tələblərə (o cümlədən məlumat toplamaq və keyfiyyəti təmin etmək üçün ayrılan vaxta) riayət etməklə yerinə yetirmək üçün lazım olan digər vəsaitlərə malik olmalıdır.     İcra müddəti: 2011-ci ildə 6 ay   Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan tapşırığın həyata keçirilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il noyabrın 25-dək aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.     Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək olar:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

Ali təhsil sahəsində idarəetmə üzrə milli məsləhətçi

Tapşırığın adı: Ali təhsil sahəsində idarəetmə üzrə milli məsləhətçi İcra olunduğu yer: Təhsil Nazirliyi İcra müddəti: 6 ay Tapşırıq və vəzifələr:   Məsləhətçi aşağıda göstərilən vəzifələrin yerinə yetirilməsinə kömək edəcəkdir: Azərbaycanın ali təhsil sahəsində və ali təhsil müəssisələrində (ATM-ləri) mövcud idarəetmə qaydasını təsvir etmək və bunun çatışmazlıqlarını müəyyən etmək məqsədilə təhlillər aparmaq; 2010-cu ilin dekabrında Bakıda keçiriləcək Dünya Bankı konfransında iştirak etmək və layihənin idarəetmə komponenti haqqında ilkin məlumat vermək; Azərbaycan üçün münasib olan ali təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi strategiyasının, o cümlədən ali təhsil müəssisəsinin idarəetmə qaydasının (yəni dövlət nəzarəti, yarım-muxtar, yarım-müstəqil və ya müstəqil) və özəl sektorun vəzifəsinin və səciyyəvi xüsusiyyətlərinin tərtib edilməsi sahəsində beynəlxalq məsləhətçi ilə əməkdaşlıq etmək; Beynəlxalq məsləhətçi ilə birlikdə ali təhsil sahəsində mövcud idarəetmə sisteminin imkanlarını qiymətləndirmək, bu zaman idarəetmə islahatlarını davam etdirmək üçün lazım olan vəsait və imkan (bacarıq) tələbatlarını müəyyən etmək; Təhsil Nazirliyinin və digər müvafiq nazirliklərin əsas nümayəndələri ilə tədqiqat məlumatlarının və ali təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi strategiyasının təklif olunan ilkin variantının müzakirə edilməsində iştirak etmək; Ali təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi strategiyasını, o cümlədən aşağıda göstərilən tədbirləri həyata keçirməkdə Təhsil Nazirliyinə kömək etmək üçün lazım olan fəaliyyət planını tərtib etməkdə beynəlxalq məsləhətçiyə kömək etmək; Dörd illik fəaliyyətin xərclər smetasının tərtib edilməsinə kömək etmək. İxtisas tələbləri: Akkreditasiyadan keçmiş universitetdə əldə edilən müvafiq yüksək elmi dərəcəyə malik olması; Ali təhsil sahəsində azı 3 il iş təcrübəsinə malik olması; Ali təhsil sahəsində idarəetmə haqqında bilik və təcrübəyə malik olması; Yazılı və şifahi rus və azərbaycan dillərini səlis bilməsi, ingilis dilini işçi səviyyəsində başa düşməsi.  Tələb olunan sənədlər: 1. Ərizə 2. Tərcümeyi-hal (CV)   Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz. Son təqdim edilmə tarixi: 03 dekabr 2010-cu il Əlaqə üçün məlumat: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: smasimova@ultel.net  

BAKI ŞƏHƏRİNDƏ 2011-2012-Cİ DƏRS İLİNDƏ İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNƏ DƏRS DEYƏCƏK VƏ İNDİYƏDƏK TƏLİMDƏN KEÇMƏYƏN MÜƏLLİMLƏR ÜÇÜN YENİ KURİKULUM ÜZRƏ TƏLIM”İN KEÇİRİLMƏSİ SAHƏSİNDƏ MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT № 4394AZ   BAKI ŞƏHƏRİNDƏ 2011-2012-Cİ  DƏRS İLİNDƏ İBTİDAİ SİNİF ŞAGİRDLƏRİNƏ DƏRS DEYƏCƏK VƏ İNDİYƏDƏK TƏLİMDƏN KEÇMƏYƏN MÜƏLLİMLƏR ÜÇÜN YENİ KURİKULUM ÜZRƏ TƏLIMİN KEÇİRİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT     Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Yeni ibtidai təhsil kurikulumunun tətbiqinə dəstək olaraq ibtidai sinif müəllimləri üçün təlimin keçirilməsi.   İcraçı təşkilat üçün ixtisas tələbləri: Nizamnaməsinə uyğun olaraq, təşkilatın  fəaliyyətinin əsas sahələri və istiqamətləri arasında təhsil və təlimlərin olması; Təlim kurslarını keçirmək üçün lazım olan ən zəruri işçi heyətinə və  maddi imkanlara malik olması; Müəllimlər üçün təlim kurslarının və ya məktəblərlə birgə layihələrin həyata keçirilməsi sahəsində ən azı üç illik uğurlu iş təcrübəsi; Məktəb kurikulumlarının həyata keçirilməsi üzrə təlim kurslarında təcrübəsi olan təşkilatlar üstünlüyə malik olacaqdır .   İcra müddəti: iyun-avqust 2011-ci il   Azərbaycan Respublikası Təhsil Nazirliyi müvafiq təşkilatları qeyd olunan təlimin həyata keçirilməsi üçün maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən təşkilatlar müvafiq ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il dekabrın 14-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Təşkilat Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu əsasında seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

KOICA təqaüdü çərçivəsində Ajou Universitetində təhsil

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan şəxslər üçün Ajou Universitetində Beynəlxalq ticarət və Beynəlxalq biznes üzrə 16 aylıq (2011 fevral - 2012 iyun) magistr proqramını elan etmişdir. Proqram çərçivəsində təhsil ingilis dilində aparılacaqdır. Proqram çərçivəsində bütün xərclər KOICA tərəfindən ödənilir. Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər: KOICA ərizə forması; Ajou Universitetinin ərizə forması; əsaslandırma (motivasiya) məktubu; iki ədəd tövsiyə məktubu; diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surəti; TOEFL və ya IELTS sertifikatı (olduğu təqdirdə); xarici pasportun surəti; 3 x 4 ölçüdə iki ədəd fotoşəkil; CV. QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir. Proqram haqqında ətraflı məlumatları və ərizə formalarını əldə etmək üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz (Könül Məhərrəmova­ – tel: 496-33-11; daxili-248) Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini 2 dekabr 2010-cu il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova­ – tel: 496-33-11; daxili-248) təqdim etməlidirlər.

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır