• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

"MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ" MÖVZUSUNDA TƏLİM KURSUNUN KEÇİRİLMƏSİNƏ MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT

DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ (Kredit № 4595AZ)   "MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ" MÖVZUSUNDA TƏLİM KURSUNUN KEÇİRİLMƏSİNƏ MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT    Azərbaycan Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin "Monitorinq və qiymətləndirmə" mövzusunda təlim kursunun maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub. Təlim kursunun məqsədi: Təlimin keçirilməsində əsas məqsədlər aşağıdakılardır: Layihələrin idarə olunması və icrası üzrə monitorinq və qiymətləndirmənin aparılmasının vacibliyi və dəyəri barədə iştirakçıların məlumatlılığını artırmaq; Real hadisələrin öyrənilməsi metodu (case study) vasitəsilə təlim iştirakçılarına müvafiq monitorinq və qiymətləndirmə üsullarının istifadəsi və tətbiqi üzrə təlim keçmək;   Layihələrin icrası zamanı monitorinq və qiymətləndirməni müvəffəqiyyətlə həyata keçirmək məqsədilə təlim iştirakçılarında müvafiq bilik və bacarıqlar formalaşdırmaq.   Təlim təchizatçısı üçün ixtisas tələbləri: Təlim təchizatçısı monitorinq və qiymətləndirmə üzrə xidmətlərin təşkili, xüsusən də keçid dövrünü yaşayan ölkələrdə müvafiq sahədə təlimlərin aparılması üzrə geniş təcrübə və bacarıqlara malik olan nüfuzlu şirkət olmalıdır. Təlimçilər müvafiq sahə və təlimlər üzrə təhsilə və ən azı 5 illik təcrübəyə malik olmalıdır. Azərbaycanda təcrübəyə və Azərbaycan dilində yazmağı və danışmağı bacaran heyətə malik olan şirkətə üstünlük verilir. İcra müddəti və yer: 3-4 ay, Bakı, Azərbaycan Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan təlim kursunun həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il iyulun 5-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

"LAYİHƏLƏRİN İDARƏ OLUNMASI" MÖVZUSUNDA TƏLİM KURSUNUN KEÇİRİLMƏSİNƏ MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT

DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ (Kredit № 4595AZ)   "LAYİHƏLƏRİN İDARƏ OLUNMASI" MÖVZUSUNDA TƏLİM KURSUNUN KEÇİRİLMƏSİNƏ MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT   Azərbaycan Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin “Layihələrin idarə olunması” mövzusunda təlim kursunun maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub. Təlim kursunun məqsədi: Təlimin keçirilməsində əsas məqsədlər aşağıdakılardır:  Proses və prosedurlar, vəzifə və öhdəliklər, monitorinq və hesabatvermə və digər məsələlər daxil olmaqla layihələrin idarə olunması prosedurları və metodologiyası barədə təlim iştirakçılarının məlumatlılığını artırmaq; Real hadisələrin öyrənilməsi metodu (case study) vasitəsilə müqavilələrin icrasına nəzarət, işlərin gedişatına nəzarət, xərclərə nəzarət, keyfiyyətin idarəolunması, ətraf mühitin idarəolunması və digər sahələri əhatə etməklə təlim iştirakçılarına layihələrin idarə olunmasının müvafiq üsulları üzrə təlim keçmək;   Layihələrin uğurlu icrasını təmin etmək məqsədi ilə təlim iştirakçılarında müvafiq bilik və bacarıqlar formalaşdırmaq.     Təlim təchizatçısı üçün ixtisas tələbləri: Təlim təchizatçısı layihələrin idarəolunması üzrə xidmətlərin təşkili, xüsusən də keçid dövrünü yaşayan ölkələrdə müvafiq sahədə təlimlərin aparılması üzrə geniş təcrübə və bacarıqlara malik olan nüfuzlu şirkət olmalıdır. Təlimçilər müvafiq sahə və təlimlər üzrə təhsilə və ən azı 5 illik təcrübəyə malik olmalıdır. Azərbaycanda təcrübəyə və Azərbaycan dilində yazmağı və danışmağı bacaran heyətə malik olan şirkətə üstünlük verilir. İcra müddəti və yer: 3-4 ay, Bakı, Azərbaycan Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan təlim kursunun həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il iyulun 5-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə. Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir. Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

“İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ” MÖVZUSUNDA TƏLİM KURSUNUN TƏŞKİLİNƏ DAİR MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT

DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ (Kredit № 4595AZ)   “İNSAN RESURSLARININ İDARƏ EDİLMƏSİ” MÖVZUSUNDA TƏLİM KURSUNUN TƏŞKİLİNƏ DAİR MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT     Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4595AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi həyata keçirilir. Layihənin İcraçı Agentliyi kimi Təhsil Nazirliyi təyin edilmişdir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin “İnsan resurslarının idarə edilməsi” mövzusunda təlim kursunun maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub.   Təlim kursunun məqsədi: Təlimin keçirilməsində əsas məqsədlər aşağıdakılardır:    Proses və prosedurlar, vəzifə və öhdəliklər və digər məsələlər daxil olmaqla insan resurslarının idarə olunması prosedurları və metodologiyası barədə təlim iştirakçılarının məlumatlılığını artırmaq; Real hadisələrin öyrənilməsi metodu (case study) vasitəsilə insan resurslarının idarə olunması üzrə ümumi məlumat, işə qəbul, işçilərin ixtisaslarının artırılması, inzibati və icra idarəetməsi, təlim, tədris və inkişaf, əmək haqqı, işçinin mükafatlandırılması və digər aspektləri əhatə etməklə təlim iştirakçılarına insan resurslarının idarə olunmasının müvafiq üsulları üzrə təlim keçmək;   İnsan resurslarının uğurlu idarə olunmasını təmin etmək məqsədi ilə təlim iştirakçılarında müvafiq bilik və bacarıqlar formalaşdırmaq.   Təlim təchizatçısı üçün ixtisas tələbləri: Təlim təchizatçısı insan resurslarının idarə edilməsi üzrə xidmətlərin təşkili, xüsusən də keçid dövrünü yaşayan ölkələrdə müvafiq sahədə təlimlərin aparılması üzrə geniş təcrübə və bacarıqlara malik olan nüfuzlu şirkət olmalıdır. Təlimçilər müvafiq sahə və təlimlər üzrə təhsilə və ən azı 5 illik təcrübəyə malik olmalıdır. Azərbaycanda təcrübəyə və azərbaycan dilində yazmağı və danışmağı bacaran heyətə malik olan şirkətə üstünlük verilir. İcra müddəti və yer: 2 ay, Bakı, Azərbaycan Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan təlim kursunun həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il iyulun 7-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu;  yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri;  müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat;  nizamnamə.  Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir. Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

Azərbaycan Respublikası Təhsil Nazirliyi 2011-2012-ci tədris ilinə ümumtəhsil məktəblərinin VII-XI sinifləri üçün dərsliklərin hazırlanmasını və çapını təşkil etmək məqsədilə açıq tender (satınalma müsabiqəsi) elan edir.

I. Açıq tender aşağıdakı 27 lot üzrə keçirilir.   Lot №si Dərsliyin adı və sinfi Həcmi (çap vərəqi ilə) Formatı Mətnin və cildin rəngi Çap üsulu VII sinif 1 Zoologiya (rus dilinə tərcüməsi ilə birlikdə) 7,5 70x100 1/16 Tam rəngli Ofset 2 İnformatika (rus dilinə tərcüməsi ilə birlikdə) 8 70x100 1/16 Tam rəngli Ofset 3 Fransız dili 16 60x84 1/8 Tam rəngli Ofset 4 Rus dili 13 70x100 1/16 Tam rəngli Ofset 5 Literatura 13 70x100 1/16 Tam rəngli Ofset 6 Russkiy yazık 9 70x100 1/16 Tam rəngli Ofset VIII sinif 7 Azərbaycan Respublikasının fiziki coğrafiyası (rus dilinə tərcüməsi ilə birlikdə) 7,5 70x100 1/16 Tam rəngli Ofset 8 Azərbaycan Respublikasının sosial- iqtisadi coğrafiyası  (rus dilinə tərcüməsi ilə birlikdə) 5,5 70x100 1/16 Tam rəngli Ofset 9 Zoologiya (rus dilinə tərcüməsi ilə birlikdə) 7,5 70x100 1/16 Tam rəngli Ofset 10 Fransız dili 12 60x84 1/8 Tam rəngli Ofset 11 Rus dili 11 70x100 1/16 Tam rəngli Ofset 12 Alman dili 12 70x100 1/16 Tam rəngli Ofset 13 Russkiy yazık 9 70x100 1/16 Tam rəngli Ofset IX sinif 14 Yeni tarix (rus dilinə tərcüməsi ilə birlikdə) 7,5 70x100 1/16 Tam rəngli Ofset 15 İnsan (Biologiya) (rus dilinə tərcüməsi ilə birlikdə) 9 70x100 1/16 Tam rəngli Ofset 16 Fransız dili 14 60x84 1/8 Tam rəngli Ofset 17 Rus dili 11 70x100 1/16 Tam rəngli Ofset 18 Literatura 13 70x100 1/16 Tam rəngli Ofset 19 Russkiy yazık 7,5 70x100 1/16 Tam rəngli Ofset X sinif 20 İnsan və cəmiyyət  (rus dilinə tərcüməsi ilə birlikdə) 8,5 70x100 1/16 Tam rəngli Ofset 21 Gənclərin cağırışaqədərki hazırlığı (rus dilinə tərcüməsi ilə birlikdə) 11 70x100 1/16 Tam rəngli Ofset 22 Russkiy yazık 7,5 70x100 1/16 Tam rəngli Ofset XI sinif 23 İnsan və cəmiyyət (rus dilinə tərcüməsi ilə birlikdə) 8,5 70x100 1/16 Tam rəngli Ofset 24 Gənclərin cağırışaqədərki hazırlığı (rus dilinə tərcüməsi ilə birlikdə) 13 70x100 1/16 Tam rəngli Ofset 25 Rus dili 11 70x100 1/16 Tam rəngli Ofset 26 Fransız dili 14 60x84 1/8 Tam rəngli Ofset 27 Russkiy yazık 7,5 70x100 1/16 Tam rəngli Ofset   II.  Tenderdə nəşr və çap sahəsində peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı olan nəşriyyat-poliqrafiya müəssisələri (müəllif və ya müəlliflər qrupu ilə birlikdə) iştirak edə bilərlər.   III. Tender «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilir. Tenderin prosedur qaydaları, təkliflərin təqdim edilməsi və qiymətləndirilmə meyarları «Əsas şərtlər toplusu»nda öz əksini tapır. IV.  Tenderdə İddiaçı statusu almaq istəyənlər elan dərc olunduğu gündən 27.07.2010-cu il tarixə kimi aşağıdakı sənədləri təqdim etməlidir:   Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;  İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi; Dövlət qeydiyyatı haqqında Şəhadətnaməsinin notariat qaydasında 2010-cu ildə təsdiq edilmiş surəti; Uçot vahidlərinin dövlət reyestrinə daxil edilməsi haqqında Şəhadətnaməsinin notariat qaydasında 2010-cu ildə təsdiq edilmiş surəti; Nizamnaməsinin (Əsasnaməsinin) notariat qaydasında 2010-cu ildə təsdiq edilmiş surəti. Vergi və sair icbari ödənişlərə dair borclarının olub-olmaması haqqında vergi orqanları tərəfindən verilmiş arayış (sənədlərin təqdim edildiyi tarixə); Son bir ildəki maliyyə dövriyyəsi haqqında bank tərəfindən verilmiş arayış və bank rekvizitləri; Son bir ildəki maliyyə vəziyyətini əks etdirən və vergi orqanları tərəfindən təsdiq olunmuş balansı (forma №2 ilə birlikdə) və ya vergi bəyannaməsi.  Nəşr və çap işləri sahəsindəki təcrübəsi barədə məlumat. Sənədlər təqdim olunan vaxta Dövlət Sosial Müdafiə Fonduna verilmiş hesabatın surəti və Dövlət Sosial Müdafiə Fondunun arayışı. Nəşriyyatın (mətbəənin) işçiləri, avadanlıqları və çap maşınları haqqında məlumat. Məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat. İşin icrası ilə bağlı subpodratçı qismində başqa mətbəələrdən istifadə olunub- olunmayacağı barədə məlumat. Əgər istifadə olunacaqsa həmin mətbəə ilə tender iştirakçısı arasında bağlanmış müqavilənin (və ya hüquqi sənədin) təsdiq olunmuş surəti əlavə olunur.   Qeyd: İddiaçı təqdim etdiyi sənədlərin, o cümlədən ixtisas göstəricilərinə dair məlumatların doğruluğuna görə məsuliyyət daşıyır.          V.        Tenderdə iştirak haqqı aşağıdakı kimi müəyyən edilmişdir: I         lot üzrə - 765 manat (yeddi yüz altmış beş manat) II        lot üzrə - 815 manat (səkkiz yüz on beş manat) III       lot üzrə - 85 manat (səksən beş manat) IV       lot üzrə - 150 manat (yüz əlli manat) V         lot üzrə - 70 manat (yetmiş manat) VI       lot üzrə - 50 manat (əlli manat) VII      lot üzrə - 775 manat (yeddi yüz yetmiş beş manat) VIII     lot üzrə - 570 manat (beş yüz yetmiş manat) IX        lot üzrə - 775 manat (yeddi yüz yetmiş beş manat) X         lot üzrə - 70 manat (yetmiş manat) XI        lot üzrə - 130 manat (yüz otuz manat) XII      lot üzrə - 55 manat (əlli beş manat) XIII     lot üzrə - 55 manat       (əlli beş manat) XIV     lot üzrə - 840 manat (səkkiz yüz qırx manat) XV      lot üzrə - 1000 manat (min manat) XVI     lot üzrə - 95 manat (doxsan beş manat) XVII    lot üzrə - 145 manat (yüz qırx beş manat) XVIII   lot üzrə - 80 manat (səksən manat) XIX     lot üzrə - 45 manat (qırx beş manat) XX       lot üzrə - 815 manat (səkkiz yüz on beş manat) XXI     lot üzrə - 1050 manat (min əlli manat) XXII    lot üzrə - 45 manat (qırx beş manat) XXIII   lot üzrə - 845 manat (səkkiz yüz qırx beş manat) XXIV   lot üzrə - 1285 manat (min iki yüz səksən beş manat) XXV     lot üzrə - 115 manat (yüz on beş manat) XXVI    lot üzrə - 105 manat (yüz beş manat) XXVII   lot üzrə - 50 manat (əlli manat)     Tenderin «Əsas şərtlər toplusu» tenderdə iştirak edəcəyi hər bir lot üzrə müəyyən edilmiş məbləğdə iştirak haqqı ödəyən iddiaçıya veriləcəkdir.    İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:   Bakı şəhəri, Az 1008, Xətai prospekti, 49, Azərbaycan Respublikası Təhsil Nazirliyi, VÖEN 1500046011, Beynəlxalq Bankın Mərkəzi Filialı, VÖEN: 9900001881, Kod 805722, Müxbir hesabı 0137010002944, S.W.I.F.T. - Bik IBAZAZ 2 X, MN-DXA-nın 1 saylı Xəzinədarlıq İdarəsi, VÖEN: 1700986181, Hesab № 33205019449328518204     Qeyd: İştirakçıların iddiaçı statusu almaq üçün tender keçirənə ödədikləri iştirak haqqı heç bir halda geri qaytarılmır.   VI. İddiaçılar tender elanında və ya «Əsas şərtlər toplusu»nda göstərilən bütün lotlar və ya hər lot üzrə yalnız bir təklif verə bilər. Hər bir lot üzrə azı üç təklif təqdim olunduqda tender proseduru baş tutmuş hesab edilir. Üçdən az təklif daxil olan lot üzrə tender proseduru baş tutmamış elan edilir və həmin lot üzrə təqdim olunan tender təklifləri (texniki və maliyyə təklifi) olan zərflər (bağlamalar) açılmır.   Hər bir lot üzrə vahid tender təklifi təqdim olunmalıdır: Buna məzmun (keyfiyyət) və maliyyə qiymətləndirilməsi üçün verilən tender təklifləri daxildir:   - İddiaçı iştirak etdiyi hər bir lot üzrə təklifin təqdimat vərəqəsi ilə birlikdə hazırladığı dərsliyin son çap versiyasını özündə əks etdirən tam həcmdə rəngli maketini 5 (beş) nüsxədə (termoyapışqanla cildlənmiş şəkildə), dərsliklərin mətn və üz (cild) kağızlarının keyfiyyətini, cildləmə üslubunu, formatını, ümumi həcmini nümayiş etdirən hazır boş modelini 1 (bir) nüsxədə təqdim etməlidir. -  Dərsliyin rus dilinə olan tərcüməsi isə son çap versiyasını özündə əks etdirən 1 (bir) çap vərəqi həcmində (formata müvafiq olaraq 16 və ya 8 səhifə, cildi ilə birlikdə) olan mətn şəklində və rəngli maketi 1 (bir) nüsxədə təqdim olunmalıdır. Hər bir lot üzrə təqdim olunan dərsliyin maket və modelləri (Azərbaycan və rus dillərində) bir bağlamada (zərfdə və ya qutuda) təqdim olunur. - Bağlamanın (zərfin) üzərində satınalan təşkilatın və iddiaçının adı, ünvanı, lot nömrəsi qeyd olunmalı, bağlandıqdan (yapışdırıldıqdan) sonra iddiaçı tərəfindən imzalanmalı və möhürlənməlidir. - Dərsliklərin üzərində və içərisində iddiaçının və ya müəlliflərin adını açıqlayan hər hansı bir məlumat və ya müəllifin soyadı və adının qeyd olunacağı yerə işarəetmə, qeyd və digər şərti işarə olmamalıdır. Təqdim olunan komplektlərin cildləri plyonkasız və laminasiyasız olmalıdır. - Dərsliklərin cildinin son səhifəsində pulsuz sözü yazılmalıdır.  Qeyd: Yalnız boş modellərin üzərinə onun hansı lota aid olduğunu bildirən, texniki şərtləri əks etdirən yarlıq (etiket) vurulmalı və onların bloku sap-tikişlə olmalı, üzlüyü (cildi) isə termoyapışqanla bərkidilərək laminasiya edilməlidir. - İddiaçı iştirak etdiyi hər bir lot üzrə dərsliyə dair qiymət təklifini (maliyyə təklifini), təklifin təqdimat vərəqəsini, təklifin dəyərinin 2%-i həcmində olan bank təminatını, «Dövlət satınalmaları haqqında» Qanunun və «Əsas şərtlər toplusu»nun tələblərinə uyğun hazırlayaraq bir ədəd «Əsli» və bir ədəd «Surəti» olmaqla ayrı-ayrı zərflərə qoyur və həmin zərfləri isə digər bir zərfə qoyaraq təqdim edir. Hər bir zərf iddiaçı tərəfindən imzalanmalı, möhürlənməli, üzərində satınalan təşkilatın və iddiaçının adı, ünvanı, lot nömrəsi qeyd olunmalıdır. - Qiymət (maliyyə) təklifinin dəyərinə dərsliyin hazırlanması, nəşr və çap xərcləri, bütün poliqrafik materialların dəyəri, hazır məhsulun müəyyən edilmiş təyinat məntəqəsinə təhvil verilməsi, sığorta, müəllif (müəlliflər) və elmi redaktorun qonorarı, mövcud qanunvericiliyə uyğun olaraq bütün vergilər, rüsumlar, eləcə də Dövlət Sosial Müdafiə Fonduna ödəniş və s. xərclər daxildir. - Verilən təklifdə (maliyyə təklifində) bütün rəqəmlər (və ya təklifin ümumi məbləği) həm də sözlə yazılmalıdır. Tələb olunduğu təqdirdə hər bir lotun dəyərinə dair kalkulyasiya təqdim olunmalıdır. - İddiaçının tender təklifinin qüvvədə olma müddəti zərflər (bağlamalar) açıldığı gündən sonra azı 30 bank günüdür. - Qiymət təklifinin dəyərinin 2%-i həcmində olan bank təminatının (bu təminat səlahiyyətli bankdan olmalıdır) qüvvədə olma müddəti isə tender təklifinin qüvvədə olma müddətindən 60 bank günü artıqdır.   VIII.Qiymətləndirilmə: Dərsliklərin model və maketləri olan zərflər (bağlamalar), yəni texniki tender təklifi Tender komissiyasının iclasında açılır və sənədləşdirilir, kodlaşdırılır və məzmun (keyfiyyət) qiymətləndirilməsinə təqdim olunur. Qiymət təklifi (maliyyə təklifi) olan zərflər isə açılmadan saxlanılır.   Məzmun (keyfiyyət) qiymətləndirilməsinin nəticələri Tender Komissiyasının iclasında elan edilir və bundan sonra kodlar açılır. Yalnız keçid balını toplamış dərsliklərin maliyyə təklifi olan zərf (zərflər) açılır və sənədləşdirilir. Qiymət təklifləri Tender Komissiyası tərəfindən təhlil edilir. Keçid balını toplamamış iddiaçıların tender təklifi rədd edilmiş sayılır və onlara bildiriş göndərilir.   IX. Məzmun (keyfiyyət) üzrə tələb olunan keçid balını toplamış iddiaçılardan ən sərfəli (ən aşağı) qiymət təklif edəni tenderin qalibi hesab edilir və bu barədə ona bildiriş göndərilir. Tenderdə dempinq (dəyərindən çox aşağı) qiymət verən iddiaçının təklifi qiymətləndirmədən kənarlaşdırılır. İddiaçının tenderə təqdim etdiyi maliyyə təklifində dempinq qiymətin verilməsi Tender komissiyası və komissiyanın bu işə cəlb etdiyi peşəkar qiymətləndiricilər (ekspertlər) tərəfindən malların ehtimal olunan qiyməti əsasında müəyyən edilir. Satınalan təşkilat tender təklifləri verilməsinin son müddəti qurtaranadək tenderin “Əsas şərtlər toplusu”na öz təşəbbüsü ilə və ya hər hansı iddiaçının sorğusuna cavab olaraq dəyişikliklər və əlavələr edə bilər. Bu barədə məlumat dərhal tenderin “Əsas şərtlər toplusu”nu almış bütün iddiaçılara göndərilir. Dəyişikliklər və əlavələr bütün iddiaçılar üçün məcburi qüvvəyə malikdir.      X.İddiaçıların hər bir lot üzrə dərsliyin model və maketləri olan təklif (texniki təklifi) zərfləri (bağlamalar) və dərsliklərin qiymət təklifi (maliyyə təklifi) olan zərfləri birlikdə 28 fevral 2011-ci il saat 18:00 - dək Tender komissiyasına təqdim olunmalıdır. Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri qəbul edilmir. Tender təklifləri (texniki təklif) olan zərflərin (bağlamaların) açılışı 01 mart 2011-ci il tarixdə, saat 15:00 – da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə Təhsil Nazirliyində keçirilir.   Bütün tender sənədləri Azərbaycan dilində tərtib olunmalıdır.   Əlavə məlumat üçün bu ünvana müraciət etmək olar: Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı şəhəri, Xətai prospekti 49, II mərtəbə, 206-jı otaq, Dərslik və nəşriyyat şöbəsi.   Əlaqə tel: 496-34-97, 489-99-86; Faks: (+99412) 496-93-29; 496-34-83, http://www.edu.gov.az e-mail: office@edu.gov.az   Tender Komissiyası

AZƏRBAYCANDA XÜSUSİ GEOTEXNİKİ XÜSUSİYYƏTLƏR ÜZRƏ TƏLİMİN TƏŞKİLİNƏ DAİR MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT

DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ (Kredit № 4595AZ)   AZƏRBAYCANDA XÜSUSİ GEOTEXNİKİ XÜSUSİYYƏTLƏR ÜZRƏ TƏLİMİN TƏŞKİLİNƏ DAİR MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT     Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4595AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi həyata keçirilir. Layihənin İcraçı Agentliyi kimi Təhsil Nazirliyi təyin edilmişdir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin Azərbaycanda xüsusi geotexniki xüsusiyyətlər üzrə təlimin maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub.   Təlimin məqsədi: Təlimin əsas məqsədi Azərbaycanının xüsusi geotexniki xüsusiyyətlərinin səmərəli şəkildə başa düşülməsi və bunun planlaşdırma, layihələndirmə və istismar mərhələlərində nəzərə alınması məqsədilə yol sektorunun imkanlarını təmin etməkdən ibarətdir.   Təlim təchizatçısı üçün ixtisas tələbləri: Təlim təchizatçısı yol sektoru üzrə təlimlər keçirmək potensialı olan və bu sahə üzrə uğur qazanmış və yol sektorunda geniş təcrübəyə malik olan nüfuzlu şirkət olmalıdır. Şirkətin təlimçiləri tələb olunan təhsil ixtisas tələblərinə cavab verməli və müvafiq sahə və təlim üzrə ən azı 5 illik təcrübəyə malik olmalıdır. Azərbaycanda təcrübəyə və Azərbaycan dilini bilən heyətə malik olan şirkətə üstünlük verilir.   İcra müddəti və yer: 1 ay, Bakı, Azərbaycan   Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan təlimin həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il iyulun 21-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

AZ VƏSAİT HESABINA YOL TƏHLÜKƏSİZLİYİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ TƏDBİRLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİ ÜZRƏ PRAKTİKİ TƏLİMLƏRİN TƏŞKİLİNƏ DAİR MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT

DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ (Kredit № 4595AZ)   AZ VƏSAİT HESABINA YOL TƏHLÜKƏSİZLİYİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ TƏDBİRLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİ ÜZRƏ PRAKTİKİ TƏLİMLƏRİN TƏŞKİLİNƏ DAİR MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT     Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4595AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi həyata keçirilir. Layihənin İcraçı Agentliyi kimi Təhsil Nazirliyi təyin edilmişdir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin “Az vəsait hesabına yol təhlükəsizliyinin təkmilləşdirilməsi tədbirlərinin həyata keçirilməsi üzrə praktiki təlimlər”in maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub.   Təlimlərin məqsədi: Təlimlərin əsas məqsədi az vəsait hesabına yol təhlükəsizliyinin təkmilləşdirilməsi mövzusunda giriş təlimi keçmək,  az vəsait ayırmaqla yol hərəkətinin təhlükəsizliyini təkmilləşdirmək məqsədilə metodları yol təhlükəsizliyi üzrə mütəxəssislərə təqdim etmək və öyrətməkdən ibarətdir.   Təlim təchizatçısı üçün ixtisas tələbləri: Təlim təchizatçısı yol sektoru üzrə təlimlər keçirmək potensialı olan və bu sahə üzrə uğur qazanmış və yol sektorunda geniş təcrübəyə malik olan nüfuzlu şirkət olmalıdır. Şirkətin təlimçiləri tələb olunan təhsil ixtisas tələblərinə cavab verməli və müvafiq sahə və təlim üzrə ən azı 5 illik təcrübəyə malik olmalıdır. Azərbaycanda təcrübəyə və Azərbaycan dilini bilən heyətə malik olan şirkətə üstünlük verilir.   İcra müddəti və yer: 3 ay, Bakı, Azərbaycan   Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan təlimlərin həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il iyulun 21-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

Təhsil Nazirliyi vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na 2010-2011-ci tədris ili üçün sənəd qəbulu 09.07.2010-cu il tarixinə qədər uzadılmışdır. Sənəd qəbulu 09.07.2010-cu il tarixində saat 18:00-da başa çatacaqdır.

Təhsil Nazirliyi vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na 2010-2011-ci tədris ili üçün sənəd qəbulu 09.07.2010-cu il tarixinə qədər uzadılmışdır. Sənəd qəbulu 09.07.2010-cu il tarixində saat 18:00-da başa çatacaqdır.

Məktəblərin Səmərəli İnkişafı sahəsində məsləhətçi xidmətlərinə dair Maraqların İfadəsi üçün Dəvət

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT Nö 4394AZ   MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT   Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4394AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə həyata keçirilir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin Məktəblərin Səmərəli İnkişafı sahəsində məsləhətçi xidmətlərinin maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub. Tapşiriğin məqsədi: 11 pilot məktəbdə təlim-tədris prosesi və idarəetmənin təkmilləşdirilməsi, pedaqoji və rəhbər heyətin peşəkarlıq səviyyəsinin artırılması, yeni təlim materiallarının tərtibi və kitabxana işinin səmərələşdirilməsi, eləcə də 5-6 yaşlı uşaqların məktəbə hazırlığının və məktəbdənkənar məşğələlərin təşkili sahələrində məktəb miqyaslı mütərəqqi təcrübələri sınaqdan keçirmək, əldə olunmuş müsbət nailiyyətlərin ölkənin digər məktəblərində həyata keçirilməsi üçün təkliflər paketi hazırlamaq. Məsləhətçi şirkəti üçün ixtisas tələbləri: Məktəblərin təkmilləşdirilməsi, məktəbin idarəolunması və məktəbə rəhbərlik sahələrində əhəmiyyətli təcrübə; Təhsil tədqiqatları, xüsusilə, Azərbaycan dilində metodik materialların və təlim proqramlarının tərtib edilməsi sahəsində təcrübə; Avrasiya ölkələrində, o cümlədən Azərbaycanda, təhsil sahəsində nümunəvi məsləhətçi xidmətləri göstərmək üçün lazım olan təcrübə, zəruri ixtisaslı heyət və digər imkanlar; Beynəlxalq donor təşkilatları və yerli hakimiyyət orqanları tərəfindən maliyyələşdirilən, xüsusilə təhsil sektoruna aid olan layihələrdə iş təcrübəsi.   İcra müddəti: 2010-2012 illər ərzində 24 iş ayı   Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan tapşırığın həyata keçirilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il, iyulun 23-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir. Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

Cenevrədə yerləşən İqlim dəyişikliyi üzrə Hökumətlərarası Panel inkişaf etmiş və ya zəif inkişaf etmiş ölkələrdə bakalavr, magistratura və doktorantura səviyyələrini bitirmiş tələbələr üçün akademik təhsil və təlim kurslarının davamlılığı, tədqiqatın yüksək səviyyədə aparılması və bacarıqların artırılması məqsədilə aşağıdakı sahələr üzrə təqaüd proqramını təklif edir:

İqlim dəyişikliyi elmi üzrə Su ekosistemləri, su təchizatı, səhiyyə və kənd təsərrüfatı sahələrinə iqlim dəyişikliyinin təsiri İqlimlə bağlı fəlakətin idarəedilməsi - instisional və təşkilati məsələlər İqlim modeli və iqlim dəyişikliyinin təsirinin qiymətləndirilməsi Müxtəlif sahələr üzrə sosial-iqtisadi təsirin dəyərləndirilməsi və azalma və uyğunlaşma imkanları   Bu təqaüdlər çərçivəsində tələbələr üçün tədris müddəti 1 (bir) il və ya 18 aya kimi nəzərdə tutulmuşdur. Təqaüd proqramına 40 yaşa kimi namizədlər müraciət edə bilərlər. İştirakçıların təhsil, yaşayış, beynəlxalq nəqliyyat xərcləri qəbul edən tərəfin  hesabına ödəniləcəkdir. Daha ətraflı məlumatları və ərizə formalarını İqlim dəyişikliyi üzrə Hökumətlərarası Panelinin rəsmi internet saytından www.ipcc.ch əldə etmək olar. Təqaüd proqramına müraciət üçün son tarix 30 iyul 2010-cu ildir.

2010-2011-ci tədris ili üçün həvəsləndirmə tədbirləri tətbiq ediləcək vakant yerlər haqqında elan

Azərbaycan Respublikası Təhsil Nazirliyi bildirir ki, «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 05 sentyabr tarixli, 156 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərinin müəyyən edilməsi haqqında» 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarı imzalanmışdır. Bu qərara əsasən Nazirlər Kabinetinin 22.06.2004-cü il tarixli, 85 nömrəli və 17 aprel 2006-cı il tarixli, 107 nömrəli qərarları qüvvədən düşmüş və əvvəlki qərarlardan fərqli olaraq bu qərarda gənc mütəxəssislərə tətbiq olunan maliyyə vəsaitləri artırılmış, ipoteka kreditlərinin verilməsi məsələsi planlaşdırılmışdır. Əhəmiyyətli amillərdən biri də bu qərarın həyata keçirilməsində zaman məhdudiyyətinin qoyulmaması və onun daimi xarakter daşımasıdır. Beləliklə, bu qərara əsasən pedaqoji profili ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədilə dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq olunacaqdır. Yol xərci, əmlakın daşınması üçün nəqliyyət xərci, ilkin yaşayış şəraitinin yaradılması məqsədilə əmək haqqının 2 (iki) misli həcmində birləfəlik yardım; 3 il müddətində kommunal xidmətlərini ödəmək üçün 40 (qırx) manat məbləğində kompensasiya yaşayış sahələrinə ehtiyaclarının ödənilməsi; torpaq sahələrinin ayrılması; ipoteka kreditlərinin verilməsi. Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir müəllimə yuxarıda göstərilən həvəsləndirmə tədbirləri ilə yanaşı, həm də 3 il müddətində 70 (yetmiş) manat məbləğində aylıq əmək haqqına əlavə ödəniləcəkdir. Başqa sözlə, 20 km-dək məsafədə yerləşən məktəblərdə fəaliyyət göstərənlərə ayda 40 (qırx) manat, 20 km-dən artıq məsafədə yerləşən məktəblərdə dövlət sifarişinə uyğun işləyənlərə ayda 110 (yüz on manat) məbləğində maliyyə vəsaiti ödəniləcəkdir. Gənc mütəxəssislərin yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilməsi yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə həyata keçirilir. Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən stimullaşdırıcı tədbirlər yalnız gənc mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli, 67 nömrəli qərarına əsasən həvəsləndirmə tədbirləri tətbiq edilən konkret iş yerlərinin siyahısı dərc olunaraq Təhsil Nazirliyi tərəfindən bildirilir ki, bu yerlərdə işləmək arzusunda olan hər bir pedaqoji ixtisaslı gənc mütəxəssis konkret iş yerinə göndəriş almaq üçün cari ilin sentyabr ayının 15-dək Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə müraciət etməlidir. Ünvan:  Bakı şəhəri, Xətai prospekti 49 Əlaqə telefonu: 489-99-84; daxili: 2-17   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.04.2010-cu il tarixli, 67 nömrəli qərarına uyğun 2010-2011-ci tədris ili üçün həvəsləndirmə tədbirləri tətbiq ediləcək vakant yerlər

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır