• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Kipr Respublikası Hökuməti tərəfindən 2010-2011-ci illərdə Kipr Beynəlxalq Menecment İnstitutunda (Cyprus International Institute of Management) Biznesin İdarəedilməsi (MBA) və Dövlət Sektorunun İdarəedilməsi (MPSM) üzrə magistr təhsili sahəsində 12 aylıq (sentyabr 2010-sentyabr 2011) təqaüd proqramları elan edilib.

Təqaüd proqramı çərçivəsində aşağıdakı xərclər ödənilir:   ·        təhsil xərcləri; ·        750 avro məbləğində aylıq məvacib; ·        950 avro həcmində təyyarə bileti xərci; ·        yerləşmə ilə bağlı 70 avro məbləğində məvacib; ·        tədris materialları üçün 465 avro həcmində məvacib; ·        təqaüd başa çatdığı zaman ölkəni tərk etməklə bağlı 50 avro məbləğində məvacib; ·        yaşayış icazəsinin alınması ilə bağlı xərclər; ·        tibbi sığorta xərcləri.   Proqramda iştirak etmək arzusunda olan namizədlər:   ·        ali təhsilli olmalı; ·        müvafiq sahədə ən azı 3 illik iş təcrübəsinə malik olmalı; ·        ingilis dilini mükəmməl səviyyədə bilməli (namizədlərdən TOEFL, TOIEC, IELTS və s. testlərin nəticələri tələb oluna bilər).   Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:   ·        orta təhsil haqqında şəhadətnamənin surəti; ·        diplom və diplom əlavəsinin surəti; ·        2 ədəd tövsiyə məktubu; ·        4 ədəd fotoşəkil.   Qeyd: sənədlər ingilis dilinə tərcümə edilməli və notarial qaydada təsdiq olunmalıdır. Sənədlər, həmçinin CD formatında (skayner edilməklə) da təqdim edilməlidir.   Təqaüd proqramı haqqında ətraflı məlumat və ərizə formasını http://www.ciim.ac.cy/easyconsole.cfm/id/51 internet səhifəsindən əldə edə bilərsiniz. Sənədlər cari ilin 10 iyun tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova–tel:496-33-11; dax:248) təqdim olunmalıdır.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qrurumlarında-sektorunda çalışan şəxslər, eləcə də dövlət institutlarında tədqiqat işi ilə məşğul olan ali təhsilli tədqiqatçılar üçün Xarici Fənlər üzrə Hankuk Universitetində Beynəlxalq İnkişaf Elmləri (Müqayisəli inkişaf) üzrə təqaüdlü magistr proqramı elan edir.

2010-cu ilin iyul – 2011-ci ilin iyul aylarını əhatə edən 13 aylıq təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər:   ·        Dövlət qulluqçusu olmalı və ya dövlət qurumunda çalışmalı (3 ildən artıq iş təcrübəsi olmaq şərti ilə); ·        ali təhsilli olmalı; ·        ingilis dilini yüksək səviyyədə bilməli; ·        magistr proqramını bitirdikdən sonra ən azı bir il müddətində beynəlxalq inkişaf sahəsində çalışmaq imkanı olmalı; ·        əqli və fiziki cəhətdən tam sağlam olmalı; ·        bu vaxta qədər Koreya hökumətinin təqaüd proqramlarında iştirak etməmiş olmalıdır.   İki mərhələli seçim prosesində namizədlərin sənədlərinə baxılacaq və müvafiq namizədlərlə müsahibə aparılacaqdır.   Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:   ·        KOICA ərizə forması; ·        müvafiq ali təhsil müəssisəsinin ərizə forması; ·        rəhbər şəxs tərəfindən yazılmış tövsiyə məktubu; ·        əmək kitabçasının surəti; ·        CV; ·        diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surətləri; ·        dil biliklərini təsdiq edən sertifikat və ya tövsiyə məktubu; ·        şəxsiyyət vəsiqəsi və ya pasportun surəti; ·        3 x 4 ölçüdə iki ədəd fotoşəkil;   QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir.   Təqaüd proqramı haqqında ətraflı məlumat və ərizə formalarını http://www.gsias.hufs.ac.kr internet səhifəsindən əldə edə bilərsiniz.   Proqramda iştirak etmək arzusunda olan namizədlər müvafiq sənədləri cari ilin     18 may tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova; tel: 496-33-11; dax-248) təqdim etməlidirlər.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qrurumları-sektorunda çalışan şəxslər, eləcə də dövlət institutlarında tədqiqat işi ilə məşğul olan ali təhsilli tədqiqatçılar üçün Hankyong Universitetində Kənd Təsərrüfatı və Regionların İnkişafı üzrə təqaüdlü magistr proqramı elan edir.

2010-cu ilin avqust-2011-ci ilin sentyabr aylarını əhatə edən 14 aylıq təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər:   ·        kənd təsərrüfatı sahəsi üzrə dövlət sektorunda çalışmalı, bu sahədə müvafiq bilik və bacarıqlara malik olmalı; ·        ali təhsilli olmalı; ·        ingilis dilini yüksək səviyyədə bilməli; ·        Koreyada təhsili bitirdikdən sonra bu sahədə ən azı bir il müddətində çalışmaq imkanı olmalı ; ·        əqli və fiziki cəhətdən tam sağlam olmalı; ·        bu vaxta qədər Koreya hökumətinin təqaüd proqramlarında iştirak etməmiş olmalıdır. İki mərhələli seçim prosesində namizədlərin sənədlərinə baxılacaq və müvafiq namizədlərlə müsahibə aparılacaqdır.   Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:   ·        KOICA ərizə forması; ·        müvafiq ali təhsil müəssisəsinin ərizə forması; ·        motivasiya (əsaslandırma)məktubu; ·        CV; ·        Tərcümeyi-hal; ·        diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surətləri; ·        dil biliklərini təsdiq edən sertifikat (əgər varsa-TOEFL, IELTS və s.); ·        əmək kitabçasının surəti (olduğu təqdirdə); ·        3 x 4 ölçüdə iki ədəd fotoşəkil; ·        namizədin və valideynlərinin şəxsiyyət vəsiqəsi və ya pasportunun surəti;   QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir.   Təqaüd proqramı haqqında ətraflı məlumat və ərizə formalarını http://www.hknu.ac.kr/web/eng/home   internet səhifəsindən əldə edə bilərsiniz.   Proqramda iştirak etmək arzusunda olan namizədlər müvafiq sənədləri cari ilin     18 may tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova; tel: 496-33-11; dax-248) təqdim etməlidirlər.

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qrurumları-sektorunda çalışan şəxslər, eləcə də dövlət institutlarında tədqiqat işi ilə məşğul olan ali təhsilli tədqiqatçılar üçün SungKyunnKvan Universitetində Qlobal Elektron Siyasət və Elektron Hökumət üzrə təqaüdlü magistr proqramı elan edir.

2010-cu ilin avqust-2011-ci ilin iyul aylarını əhatə edən 12 aylıq təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər:   ·                   dövlət sektorunda çalışmalı və ya hər hansı dövlət institutunda tədqiqatla məşğul olmalı; ·                   ali təhsilli olmalı; ·                   ingilis dilini yüksək səviyyədə bilməli; ·                   35 yaşdan aşağı olmalı; ·                   əqli və fiziki cəhətdən tam sağlam olmalı; ·                   bu vaxta qədər Koreya hökumətinin təqaüd proqramlarında iştirak etməmiş olmalıdır.   İki mərhələli seçim prosesində namizədlərin sənədlərinə baxılacaq və müvafiq namizədlərlə müsahibə aparılacaqdır.   Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:   ·                   KOICA ərizə forması; ·                   müvafiq ali təhsil müəssisəsinin ərizə forması; ·                   CV; ·                   Tərcümeyi-hal; ·                   Esse (məqalə)- məqalədə hazırda işlədiyini vəzifə, vəzifə səlahiyyətləriniz, iş təcrübəniz, elektron siyasət və elektron hökumət haqqında yazacağınız magistr dissertasiyasının ilkin adı, bu sahədə ölkənizdə mövcud olan problemlər, bu problemlərin necə aradan qaldırıla biləcəyi, tədqiqat işinizin və nəticələrin nədən ibarət olacağı, bu sahədə praktik və nəzəri göstəricilər, konkret tədbirlər planı və s. təsvir edilməlidir. ·                   diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surətləri; ·                   dil biliklərini təsdiq edən sertifikat (əgər varsa-TOEFL, IELTS və s.); ·                   əmək kitabçasının surəti (olduğu təqdirdə);; ·                   3 x 4 ölçüdə iki ədəd fotoşəkil; ·                   pasportun surəti;   QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir.   Təqaüd proqramı haqqında ətraflı məlumat və ərizə formalarını http://www.gsg.skku.edu/en  internet səhifəsindən əldə edə bilərsiniz.   Proqramda iştirak etmək arzusunda olan namizədlər müvafiq sənədləri cari ilin 18 may tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova; tel: 496-33-11; dax-248) təqdim etməlidirlər.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Memarlıq və İnşaat Universitetində Təlim mərkəzinin təmiri üzrə tender elan edir.

1. Azərbaycan Respublikası Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) həyata keçirilməsi üçün Beynəlxalq İnkişaf Assosiasiyasından (BİA) kredit alınıb və bu vəsaitin bir hissəsinin 4595AZ-NCB-022 nömrəli müqavilə çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində Təlim Mərkəzinin təmirinə sərf edilməsi nəzərdə tutulub.   2. Borcalan tərəfindən DİKPGL-nin icraçısı təyin edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Tenderdə İştirak üçün Dəvət (TİD) əsasında Azərbaycan Memarlıq və İnşaat Universitetində Təlim Mərkəzinin təmiri üzrə möhürlənmiş bağlı zərfdə tender təklifləri qəbul edir. Ən aşağı dəyərləndirilmiş qiymət təklifini təqdim etmiş şirkət müqavilə ilə təltif ediləcəkdir.     3. Tender sənədləri toplusu Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1008, Xətai prospekti, 49 ünvanında yerləşən Təhsil Nazirliyinin Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupundan (LƏQ) 100 manat məbləğində geri qaytarılmayan vəsaitin ödənilməsindən sonra əldə oluna bilər. Bu məbləğ LƏQ-in (LƏQ-in VÖEN-i 1500489231) Bakı şəhəri, AZ1005, Nizami küçəsi, 67 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Bankının Bakı filialındakı (Bankın VÖEN-i 9900001881) 33308049449330114120, M/h 0137010002944, KOD: 805045, SWIFT KOD: IBAZAZ2X nömrəli hesabına ödənilməli və müvafiq bank sənədi LƏQ-ə təqdim olunmalıdır. Bu tenderdə iştirak etmək marağında olan şirkətlər əlavə məlumat almaq üçün LƏQ-in Təmir işləri və Ətraf mühitin mühafizəsi üzrə mütəxəssisi Füzuli Qurbanova müraciət edə bilərlər.   4. Tender təkliflərinin qüvvədə olma müddəti 90 gündür.   5.Tender təklifinə təminat verən Bəyannamə daxil olmaqla, Tender təklifləri Tender Təklifinin təminatı daxil olmaqla, Tender təklifləri 03 iyun 2010-cu il tarixdə yerli vaxtla saat 16.00-dan gec olmayaraq Bakı, şəhəri, Xətai prospekti, 49 ünvanında yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupuna təqdim edilməlidir. Tender təkliflərinin zərfləri İddiaçıların nümayəndələrinin iştirakı ilə müvafiq qaydalara uyğun olaraq,  03 iyun 2010-cu il tarixdə yerli vaxtla saat 16.10-da Bakı, şəhəri, Xətai prospekti, 49 ünvanında yerləşən Təhsil Nazirliyi binasının zalında (4-cü mərtəbə) açılacaqdır.   6. Gecikmiş tender təklifləri rədd ediləcək və açılmadan geri qaytarılacaqdır.     Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupu Bakı şəhəri, Xətai prospekti, 49 Telefon: + 994 (12) 4963759, 4963760 Faks: + 994 (12) 4969368 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbiri olan Ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekun turu 26 may 2010-cu il tarixdə saat 12:00-da Azərbaycan Texniki Universitetində keçiriləcəkdir.

Açılış mərasimində Ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadası qaliblərinin və onları hazırlaşdıran müəllimlərin mükafatlandırılması da nəzərdə tutulur. Qeydiyyat saat 11:00-dan 11:50-yə kimi Azərbaycan Texniki Universitetində aparılacaqdır.

Yeni tədris materiallarının hazırlanması və məktəb kitabxanalarının müasirləşdirilməsi alt-komponentinin icrası üzrə köməkçi

Tapşırığın adı: Yeni tədris materiallarının hazırlanması və məktəb kitabxanalarının müasirləşdirilməsi alt-komponentinin icrası üzrə köməkçi İcra olunduğu yer: Təhsil Nazirliyi İcra müddəti: 12 ay Tapşırıq və vəzifələr: Məsləhətçi aşağıdakı əsas tapşırıq və vəzifələri yerinə yetirəcəkdir:   500 məktəb kitabxanasından daxil olacaq Kataloqa dair Sorğu vərəqlərinin toplanması, məlumatların kompyuter bazasına daxil edilməsi, araşdırılması, bunların əsasında məktəblərin tələbatının öyrənilməsində iştirak; Bu məqsədilə yaradılacaq komissiyanın işinə əməli köməklik göstərmək; 500 məktəbdən daxil olan məlumatların əsasında məktəblərin tələbatının müəyyənləşdirilməsi; çap edilməsi nəzərdə tutulan təlim və oxu materiallarının hər bir məktəbin şagird kontingentinə uyğun olaraq tirajının müəyyənləşdirilməsi; Oxu və təlim materiallarının sifarişi və çapı ilə əlaqədar keçiriləcək tender prosedurlarında iştirak; hazır materialların məktəb kitabxanaları üzrə bölgüsünün tərtib edilməsi və məktəblərə çatdırılması  işlərinə köməklik göstərilməsi. İxtisas tələbləri: Ali təhsil; Məktəb kitabxanaları üçün lazımi materialların seçilməsində müvafiq təcrübəyə malik olmaq; Satınalma prosedurlarının həyata keçirilməsində təcrübəyə malik olmaq; Beynəlxalq təşkilatlarla iş təcrübəsi; Dil səviyyəsi (Azərbaycan və ingilis dilləri); Kompyuterdən istifadə etmə bacarığı. Tələb olunan sənədlər: Ərizə Tərcümeyi-hal (CV)   Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz. Son təqdim edilmə tarixi: 10 iyun 2010-cu il Əlaqə üçün məlumat: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Sevil Məsimova Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: smasimova@ultel.net

Ali təhsilin maliyyələşməsi üzrə milli məsləhətçi

Tapşırığın adı: Ali təhsilin maliyyələşməsi üzrə milli məsləhətçi İcra olunduğu yer: Təhsil Nazirliyi İcra müddəti: 10 ay Tapşırıq və vəzifələr:   Məsləhətçi aşağıdakı əsas tapşırıq və vəzifələri yerinə yetirəcəkdir: Azərbaycanda ali təhsil sektoru üzrə dövlət maliyyələşməsinin cari xərclərinin hesablanmasında, maliyyələşmənin bütün mənbələrinin müəyyən olunmasında (Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, özəl təhsil haqları və s.), bütün dövlət ali təhsil müəssisələrinə ümumi vəsait axınının (həm dövlət, həm də özəl vəsaitlər) hesablanmasında beynəlxalq məsləhətçiyə dəstək vermək; Beynəlxalq məsləhətçi ilə birlikdə vauçer sistemi vasitəsilə tətbiq olunacaq hökumət maliyyələşməsinin miqdarını və ya səviyyəsini təklif etmək və belə təklifin səbəblərini əsaslandırmaq; Beynəlxalq məsləhətçi ilə birlikdə ali təhsil üçün tələbə vauçer sisteminin əsas elementlərini nəzərdən keçirmək və dəyərləndirmək; Beynəlxalq məsləhətçi ilə sıx əməkdaşlıq etməklə yeni yaradılmış sistemin təkmilləşdirilməsi üçün zəruri hesab edilən  hər hansı dəyişikliklərə dair təkliflər vermək; Adambaşına vauçer sisteminə tövsiyə olunan dəyişikliklər tətbiq olunmazdan qabaq istənilən müvafiq qanunverici, strateji və əməli dəyişikliklərin müəyyən olunmasına yardım etmək; Özəl universitetlərlə bağlı vauçer sisteminin nəticələrinin müəyyən olunmasına yardım etmək, hökumət tərəfindən özəl universitetlərin monitorinqi və onlara nəzarət olunması üçün hər hansı dəyişikliklərlə bağlı təkliflər vermək; Beynəlxalq məsləhətçi ilə birlikdə müvafiq idarəetmə strukturunda  islahatların keçirilməsinin zəruri olub olmadığı ilə bağlı ali təhsilin idarəetmə mexanizmlərinin, xüsusilə də hökumət ilə universitetlər arasında münasibətlərin nəzərdən keçirilməsi; Beynəlxalq məsləhətçi ilə birlikdə Azərbaycanda universitetlərdə təhsilin keyfiyyətinin təmin olunması mexanizmlərinin nəzərdən keçirilməsi və istənilən yeni müəssisənin bu baxımdan tələb olunan tövsiyələrinin və proseduraların nəzərə alınması; Nəzərdən keçirilən mövzular üzrə hökumət tərəfindən maliyyələşən 3 seminarda beynəlxalq məsləhətçiyə dəstək vermək, ilkin maliyyələşmə ilə bağlı təqdimat keçirmək; Beynəlxalq məsləhətçi ilə sıx əməkdaşlıq etməklə Təhsil Nazirliyinə yekun hesabatın və aparılmış təhlilin təqdimatını keçirmək. İxtisas tələbləri: İqtisadiyyat, maliyyə, mühasibatlıq,  statistik təhlil  və ya digər müvafiq ixtisas sahəsi üzrə ali təhsil; Azərbaycanın ali təhsil sahəsi və islahat prosesi, o cümlədən yerli qanunvericilik və qaydalar üzrə təcrübə və biliyə malik olmaq; Maliyyə və statistik təhlil aparmaq təcrübəsi olanlara üstünlük verilir; İngilis dilində səlis danışmaq və yazmaq bacarığı. Tələb olunan sənədlər: Ərizə Tərcümeyi-hal (CV)   Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz. Son təqdim edilmə tarixi: 10 iyun 2010-cu il Əlaqə üçün məlumat: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Sevil Məsimova Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: smasimova@ultel.net  

Türkiyə Respublikasının ali məktəblərinə dövlət xətti ilə qəbul olunan tələbələrin diqqətinə

2010/2011-ci tədris ili üçün Türkiyənin Azərbaycana ayırdığı təqaüdlər çərçivəsində bu ölkənin ali məktəblərində dövlət xətti ilə təhsil almaq hüququnu qazanmış Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə çatdırılır ki, onlar 09.06.2010-17.06.2010-cu il tarixləri arasında saat 10:00-dan 13:00-dək Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq qeydiyyatdan keçmək məqsədilə nazirliyin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektoruna (Əli-Paşa Zeynalov   496-34-77-şəhər, 114-daxili) müraciət etməlidirlər.

"TEXNİKİ-İQTİSADİ ƏSASLANDIRMA VƏ XƏRC-GƏLİR TƏHLİLİ" MÖVZUSUNDA TƏLİM KURSUNUN KEÇİRİLMƏSİNƏ MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT

DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ (Kredit № 4595AZ)   "TEXNİKİ-İQTİSADİ ƏSASLANDIRMA VƏ XƏRC-GƏLİR TƏHLİLİ" MÖVZUSUNDA TƏLİM KURSUNUN KEÇİRİLMƏSİNƏ MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT   Azərbaycan Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin “Texniki-iqtisadi əsaslandırma və xərc-gəlir təhlili” mövzusunda təlim kursunun maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub. Təlim kursunun məqsədi: Təlimin kursunun məqsədi texniki-iqtisadi əsaslandırma və xərc-gəlir təhlilini aparmaq üçün təlim iştirakçılarını beynəlxalq səviyyədə qəbul olunmuş yanaşma ilə yaxından tanış etmək və iqtisadi, maliyyə, ətraf mühit, sosial və təhlükəsizlik qiymətləndirmələri haqqında onların məlumatlılığını artırmaqdır. Təlim təchizatçısı üçün ixtisas tələbləri: Təlim təchizatçısı texniki-iqtisadi əsaslandırma və xərc-gəlir təhlili, həmçinin bu sahədə təlimlər üzrə geniş təcrübə və bacarıqlara malik olan nüfuzlu şirkət və yaxud digər müvafiq istiqamətli şirkət və ya müəssisə olmalıdır. Təlimçilər müvafiq sahə üzrə təhsilə və texniki-iqtisadi əsaslandırma və xərc-gəlir təhlili üzrə ən azı 5 illik təcrübəyə malik olmalıdır. Azərbaycanda təcrübəyə və Azərbaycan dilində yazmağı və danışmağı bacaran heyətə malik olan şirkətə üstünlük verilir. İcra müddəti və yer: 3 ay, Bakı, Azərbaycan Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan təlim kursunun həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il iyulun 5-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə. Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir. Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır