• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

2010/2011-Cİ DƏRS İLİNDƏ 1-Cİ SİNİF ŞAGİRDLƏRİNƏ DƏRS DEYƏCƏK MÜƏLLİMLƏR ÜÇÜN İBTİDAİ TƏHSİL KURİKULUMU ÜZRƏ TƏLIMİN KEÇİRİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT N_4394AZ   2010/2011-Cİ  DƏRS İLİNDƏ 1-Cİ SİNİF ŞAGİRDLƏRİNƏ DƏRS DEYƏCƏK MÜƏLLİMLƏR ÜÇÜN İBTİDAİ TƏHSİL KURİKULUMU ÜZRƏ TƏLIMİN KEÇİRİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT     Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Yeni ibtidai təhsil kurikulumunun tətbiqinə dəstək olaraq ibtidai sinif müəllimləri üçün təlimin keçirilməsi.Təhsil Nazirliyi müvafiq təşkilatları qeyd olunan təlimin həyata keçirilməsi üçün maraqlarını bildirməyə dəvət edir.     İcraçı təşkilat üçün ixtisas tələbləri: Nizamnaməsinə uyğun olaraq, təşkilatın  fəaliyyətinin əsas sahələri və istiqamətləri arasında təhsil və təlimlərin olması; Təlim kurslarını keçirmək üçün lazım olan ən zəruri işçi heyətinə və  maddi imkanlara malik olması; Müəllimlər üçün təlim kurslarının və ya məktəblərlə birgə layihələrin həyata keçirilməsi sahəsində ən azı üç illik uğurlu iş təcrübəsi; Məktəb kurikulumlarının həyata keçirilməsi üzrə təlim kurslarında təcrübəsi olan təşkilatlar üstünlüyə malik olacaqdır .   İcra müddəti: iyun-avqust 2010-cu il   Xidmətlərə maraq göstərən təşkilatlar müvafiq ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il, fevralın 18-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Təşkilat Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu əsasında seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

1-10 dekabr 2010-cu il tarixlərində Qara Qarayev adına pianoçuların Birinci Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və «Fortepiano Qara Qarayev yaradıcılığında» Birinci Beynəlxalq elmi-ifaçılıq konfransı keçiriləcək.

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ ÜZEYİR HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASI BMA-nın ORTA İXTİSAS MUSİQİ MƏKTƏB-STUDİYASI  QARA QARAYEV adına PİANOÇULARIN BİRİNCİ BEYNƏLXALQ ELMİ-İFAÇILIQ MÜSABİQƏSİ və «FORTEPİANO QARA QARAYEV YARADICILIĞINDA» BİRİNCİ BEYNƏLXALQ ELMİ-İFAÇILIQ KONFRANSININ ƏSASNAMƏSİ 2010-cu il, 1-10 dekabr  Bakı Musiqi Akademiyasının 90 illik və BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasınin 30 illiyinə həsr olunur  ÖN SÖZ Elmi-ifaçiliq müsabiqə və konfransları ifaçi-musiqiçilərin yaradici işinin yeni növləri kimi  Bakı şəhərində müntəzəm keçirilən elmi-ifaçılıq konfrans və müsabiqələri üslub, janr, musiqi dili, tarixi-musiqi proses təzahürlərinin hər tərəfli öyrənilməsinə, bir-biri ilə kəsişən elmlərə aid tədqiqi nəticələrin cəlb olunmasına və sintezləşdirici təfəkkür növünün inkişafına yönəldilmişdir. Müasir ifaçılıq məktəbinin yüksək professionallığı və ustalığı ifaçılardan nəinki kamil texniki, praktiki hazırlığı, həm də elmi-nəzəri biliklərin əsaslı bazasını tələb edir. Geniş ixtisaslı, müxtəlif texnoloji biliklərə malik mütəxəssis-musiqiçilərin modelləşdirilməsi ideyası Azərbaycan Konservatoriyası (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) tərəfindən təşkil olunub keçirilən, dünya təcrübəsində analoqu olmayan elmi-ifaçılıq konfrans və müsabiqələrində öz praktiki ifadəsini tapmışdır. Azərbaycanda bu cür müsabiqə və konfransların bir rübdən çox tarixi vardır. Elmi-praktiki konfrans və müsabiqələrin əsas məqsədi – təcrübənin ifaçılıq nəzəriyyəsi ilə yaxınlaşdırılması, musiqi məzmununun mahiyyətinin anlanılmasını təmin edən yeni eksperimental-yaradıcı metodlardan istifadə olunması, professional vərdiş və biliklərin kamilləşdirilməsidir. İlk elmi-ifaçılıq konfransı 1983-cü ilin aprel ayında keçirilmişdir. Tədbirdə müxtəlif ixtisaslara aid yüksək professional musiqiçilər iştirak etmişdir. Onlardan respublikamızın xalq vəəməkdar artistləri olan Z.Adıgözəlzadə, L.İmanov, R.Quliyev, S.Qəniyev, N.Sultanov və başqalarının adları qeyd edilməlidir. Həmin ildən etibarən BMA tələbələrinin və digər ali məktəblərə aid musiqi fakultələri şagirdlərinin iştirakı ilə də elmi-ifaçılıq müsabiqələri keçirilməyə başlamışdır. Bir qədər sonra bu prosesə BMA məktəb-studiyasını şagirdləri də qoşulmuşdur. Beləliklə, respublikamızda musiqi təhsili sisteminin bütün hissələri, hərtərəfli inkişaf etmiş, geniş ümumnəzəri hazırlıq keçmiş musiqiçi-professionalın formalaşdırılması üçün zəmin yaratmışdır. Bu sahədəəldə edilən nəticələrin son yekunu Q.Qarayevin 90 illiyinə həsr olunmuş “Təhlil və ifa edir gənc musiqiçilər” Birinci Respublika elmi-ifaçılıq müsabiqəsi, eləcə də BMA və məktəb-studiya müəllimlərinin “Fortepiano Qara Qarayev yaradıcılığında” elmi-ifaçılıq konfransıdır. Bu tədbirlər elmi-ifaçılıq müsabiqələrinin keçirilmə təcrübəsinin effektivliyini, eləcə də həmin təcrübənin müxtəlif ölkə mütəxəssisləri tərəfindən öyrənilməsinin zəruriliyini nümayiş etdirmişdir. Həmin tədbirlər həm də 2010-cu ildə Birinci Beynəlxalq elmi-ifaçılıq müsabiqəsinin və onun çərçivəsində Birinci Beynəlxalq elmi-ifaçılıq konfransının keçirilməsinəəsas yaratmışdır. İdeya müəllifi və bu layihələrin bədii rəhbəri – Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidov.   QARA QARAYEV ADINA PIANOÇULARIN BIRINCI BEYNƏLXALQ ELMI-IFAÇILIQ MÜSABIQƏSİ (2010-cu il, 1 – 10 dekabr) 1. Pianoçuların Qara Qarayev adına Birinci Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi 10 yaşından 30 yaşınadək musiqiçilər üçün keçirilir. 2. Müsabiqə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının zəmini əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunur. 3. Müsabiqə Heydər Əliyev adına Fondun, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin, Mədəniyyət vəTurizm Nazirliyinin, Bəstəkarlar İttifaqının və Musiqi Xadimləri İttifaqının dəstəyi ilə keçirilir.   ELMİ-İFAÇILIQ MÜSABİQƏSİNİN MƏQSƏDLƏRİ 1. Qara Qarayevin fortepiano yaradıcılığının dərin öyrənilməsi vasitəsilə təbliği. 2. Nəzəriyyə və ifaçılıq təcrübəsinin qarşılıqlı vəhdəti. 3. Müxtəlif ölkələrin musiqi mədəniyyətinin yaxınlaşdırılması.   MÜSABİQƏNİN ŞƏRTLƏRİ 1. Müsabiqədə 30 yaşına qədər musiqiçilər iştirak edə bilər. 2. Bütün iştirakçılar göndərilmiş məruzə mətnləri əsasında seçiləcəklər. 3. Müsabiqəyə buraxılan musiqiçilərin sayı 50-dən çox olmamalıdır. 4. İştirakçıların ifa edəcəkləri əsərlər və məruzələrin mövzuları Qara Qarayevin və öz ölkəsinin bir bəstəkarının əsərinə aid olmalıdır. Müsabiqənin hər bir iştirakçısı birinci mərhələdə məruzə etməli, ikinci mərhələdə isə Qara Qarayevin aşağıda təqdim olunan əsərləri siyahısından seçdiyi əsərlərin, eləcə də öz ölkəsinin bəstəkarına aid (XX əsrin 50-ci illərindən sonra yazılmış) bir əsərin ifası ilə çıxış etməlidir. 5. Mərhələdə çıxış üçün ayırılan reqlament birinci yaş qrupu üçün – 15-25 dəqiqə, ikinci yaş qrupu üçün – 20-30 dəqiqədir. 6. Müsabiqəyə buraxılan musiqiçilər 2010-cu il noyabrın 1-dək dəvət alacaqdır. 7. İştirak etmənin ardıcıllığı püşkatma əsasında təyin olunacaqdır. 8. Müsabiqədə gerçəkləşdirilən audio-və videoyazıların bütün hüquqları təşkilat komitəsinə məxsusdur. 9. İştirakçıların yol, yaşayış və qida xərci ya onların özləri, ya da göndərildiyi idarənin hesabına təmin olunmalıdır. 10. Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilir. Hər bir yaş qrupu üzrə mükafat yerlərini tutan qaliblər «Beynəlxalq müsabiqə laureatı» adına layiq görülür. Diplom alan şəxslərə isə «Beynəlxalq müsabiqə diplomantı» adı verilir. 11. Mükafatların məbləği Azərbaycan manatı ilə verilir. 12. Münsiflər heyəti mükafatları verib-verməmək, eləcə də onları iştirakçılar arasında bölmək hüququna malikdir. 13. Münsiflər heyətinin üzvləri onların sinfində təhsil alan iştirakçılara səs vermək hüququndan məhrumdur. 14. Münsiflər heyətinin qərarı həlledicidir: burada nə şikayət vermə, nə də təkrar müzakirə ola bilməz. 15. Bütün iştirakçılara müsabiqədə iştirak etmə barədə sertifikat veriləcəkdir. 16. Müsabiqə laureatları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında yekun konsertdə iştirak edəcəklər.   Birinci mərhələ 1. İkinci mərhələdə ifa ediləcək əsərə dair məruzə edilməlidir. Məruzənin mətni hər bir yaş qrupuna müvafiq olaraq üç-dörd və dörd-beş çap vərəqi həcmində olmalı və aşağıda sadalanan aspektlərin bəzilərini daxil etməlidir: - bəstəkarın yaradıcılıq üslubu haqda qısa məlumat; - əsərin obraz-emosional məzmununun açıqlanması, eləcə də şəxsi qavranılıb, anlanılması; - ifaçılıq interpretasiyası məsələləri – ifadə vasitələri və yazı üslubunun nəzərdən keçirilməsi (bütün bunlar bədii ifadə inikası, alətin səs palitrasının təfsirinə bəstəkar tərəfindən məxsusi yanaşılma, ifaçılıq məsələlərinin spesifikası və texniki çətinliklərin təyinatı və mümkün vasitələrlə aradan qaldırılması nöqteyi-nəzərindən baxılmalıdır); - ənənəvi-milli və müasir ifadə vasitələrinin vəhdəti prosesinin təhlili; Qarayev yaradıcılığının dünya musiqi sənəti ilə qarşılıqlı təsiri məsələləri. 2. İkinci mərhələdə ifa olunacaq öz ölkəsinin bəstəkarına aid konsert əsərləri haqda qısa məlumat (iki çap vərəqindən çox olmayaraq). Qeyd: şifahi məlumat zamanı əsərlərin təhlilinin əsas müddəalarını fortepianoda fraqment şəklində illüstrasiya edilməsi zəruridirsə, buna yol verilir.   İkinci mərhələ Birinci mərhələdə baxılan əsərlərin konsert ifası (əzbər).    QARA QARAYEVİN FORTEPİANO ƏSƏRLƏRİNİN SİYAHISI Not mətninə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin saytında baxa bilərsiniz: http: //www.mct.gov.az  1. «Tsarsko selo heykəli» (1937), 2.«Sonatina a-moll» (1943), 3. «Altı uşaq pyesi» (1950), 4. «24 prelüd»: I dəftər, №№ 1-6 (1951-52), 5. «24 prelüd»: II dəftər, №№ 7-12 (1951-52), 6. «24 prelüd»: III dəftər, №№ 13-18 (1957), 7. «24 prelüd»: IV dəftər, №№ 19-24 (1963), 8. «Orta səviyyəli çətin altı pyes» (1965), 9. «12 fuqa» (1981).  MÜSABİQƏ İŞTİRAKÇILARININ YAŞ QRUPLARI Birinci qrup - 10-16 yaş (1994-cü il 1 dekabrdan 2000-ci il 1 dekabradək müddətdə doğulanlar) İkinci qrup - 17-30 yaş (1980-cı il 1 dekabrdan 1993-cü il 1 dekabradək müddətdə doğulanlar)   ELMİ-İFAÇILIQ MÜSABİQƏSİNİN BİRİNCİ YAŞ QRUPU ÜÇÜN PROQRAMI 1. Qara Qarayevin fortepiano əsəri (bəstəkarın yuxarıda təqdim olunmuş fortepiano əsərləri siyahısındakı ilk səkkiz variantdan birini seçmək) 2. Öz ölkəsinin bəstəkarına aid bir və ya bir neçə solo konsert əsəri (XX əsərin II yarısı - XXI əsrin əvvəlində yazılan; hər bir əsərin yazıldığı il göstərilməlidir). Azərbaycan vətəndaşları olan ifaçılar isə Qarayev istisna olaraq, istənilən Azərbaycan bəstəkarının əsərini və ya əsərlərini seçməlidir.    ELMİ-İFAÇILIQ MÜSABİQƏSİNİN İKİNCİ YAŞ QRUPU ÜÇÜN PROQRAMI 1. Qara Qarayevin fortepiano əsəri (bəstəkarın yuxarıda təqdim olunmuş fortepiano əsərləri siyahısındakı ilk səkkiz variantdan birini seçmək). 2. Qara Qarayevin «12 fuqa» (1981): istənilən bir vəya bir neçə fuqa 3. Öz ölkələrinin bəstəkarına aid (səsləniş müddətindən asılı olaraq bir neçə də ola bilər) solo konsert əsəri (XX əsrin II yarısı – XXI əsrin əvvəlində yazılan; hər bir əsərin yazıldığı il göstərilməlidir). Azərbaycan vətəndaşları olan ifaçılar isə Qarayev istisna olaraq, istənilən Azərbaycan bəstəkarının əsərini və ya əsərlərini seçməlidir. Qeyd: Bütün fortepiano əsərləri əzbər ifa olunmalıdır. Yalnız Qara Qarayevin fuqaları not üzündən ifa edilə bilər.   İŞTİRAKÇILARIN ELMİ-İFAÇILIQ MÜSABİQƏSİNƏ TƏQDİM EDƏCƏKLƏRİ SƏNƏDLƏR 1. İştirakçıların özünün və ya təhsil müəssisəsinin ərizəsi (məruzələrin mövzularının, ifa olunan proqramın göstərilməsi şərtilə; əsərlərin adı, yazıldığı il və səsləniş müddəti dəqiq göstərilməlidir). 2. Doğum şəhadətnaməsinin və ya şəxsiyyət vəsiqəsinin surəti. 3. 13x18 ölçüdə 2 rəngli foto şəkil. 4. Qısa tərcümeyi-hal və yaradıcılıq xasiyyətnaməsi. 5. Q.Qarayev əsərlərinin məruzəsinin mətni və öz ölkəsinin bəstəkarının əsərləri haqda qısa məlumat dörd dildən birində (azərbaycan, türk, rus və ya ingilis) istifadə olunan ədəbiyyat göstərilməklə təqdim olunmalıdır.   ƏRİZƏ VERMƏNİN QAYDASI Müsabiqədə iştirak etmək istəyənlər öz ərizələrini (tam sənədlər paketi ilə birgə) Təşkilat komitəsinə bu ünvana təqdim etməlidirlər: AZ 1014, Bakı, Şəmsi Bədəlbəyli küçəsi, 98, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, məktəb-studiya. Sənədlərləərizə 1 oktyabr 2010-cu il tarixinədək göndərilməlidır (ərizənin alınma tarixi poçt möhürü ilə təsdiqlənir). Telefon: (+99412) 4931917, tel./faks: (+99412) 5980194 (BMA, məktəb-studiya), e-mail: musicstudiobaku@hotmail.com   QALİBLƏRİN MÜKAFATLANDIRILMASI Hər bir yaş qrupunun iştirakçıları üçün hər iki mərhələdə pul mükafatları və diplomlar nəzərdə tututulmuşdur. Birinci yaş qrupu üçün (10-16 yaşənda): I mükafat – 1000 manat II mükafat – 750 manat III mükafat – 500 manat IV mükafat – 300 manat Beş diplom (hər biri 200 manat) – 1000 manat   İkinci yaş qrupu üçün (17-30 yaşənda): I mükafat – 1500 manat II mükafat – 1000 manat III mükafat – 750 manat IV mükafat – 500 manat Beş diplom (hər biri 250 manat) – 1250 manat   «FORTEPİANO QARA QARAYEV YARADICILIĞINDA» BİRİNCİ BEYNƏLXALQ ELMİ-İFAÇILIQ KONFRANSI Müsabiqə səviyyəsində «Qara Qarayev yaradıcılığında fortepiano» elmi-ifaçılıq konfransı keçiriləcəkdir. Konfransda yaşından asılı olmayaraq bütün pianoçular iştirak edə bilər. Qara Qarayevin yuxarıda sadalanan əsərlərindən əlavə, bu əsərləri də məruzə və ifa mövzusu kimi seçilə bilər: səs ilə fortepano üçün Puşkinin sözlərinə iki romans – «Gürcüstan təpələrində», «Mən sizi sevirdim» (1949), Kaman və fortepiano üçün Sonata (1960). Müsabiqədən fərqli olaraq, konfrans iki hissədən – elmi və ifaçılıq hissələrindən ibarət bir bütöv mərhələdə keçiriləcəkdir. Hər bir iştirakçı Qarayevin əsərlərindən biri haqda elmi məruzə ilə çıxış edib, sonra əsəri ifa etməlidir (not üzündən ifa edilə bilər). Çıxışın reqlamenti - 20-30 dəqiqədir.   «FORTEPİANO QARA QARAYEV YARADICILIĞINDA» ELMİ-İFAÇILIQ KONFRANSI İŞTİRAKÇILARININ TƏQDİM EDƏCƏYİ SƏNƏDLƏR 1. İştirakçının özünün və ya işlədiyi müəssisənin ərizəsi, Qara Qarayevin ifa olunacaq əsərinin adının və məruzə mövzusunun göstərilməsi şərtilə. 2. 13x18 ölçüdə 2 rəngli foto şəkil. 3. Qısa tərcümeyi-hal və yaradıcılıq xasiyyətnaməsi. 4. Məruzənin mətni dörd dildən birində (azərbaycan, türk, ingilis və ya rus) istifadə olunmuş ədəbiyyat göstərilməsi şərtilə) 2010-cu il 1 oktyabr tarixindən gec olmayaraq müsabiqənin Təşkilat komitəsinə yollanılmalıdır.   ELMİ-İFAÇILIQ KONFRANSINDA İŞTİRAK ETMƏK ÜÇÜN ƏRİZƏ TƏQDİMATININ QAYDASI Konfransda iştirak etmək istəyən pianoçular öz ərizələrini (tam sənədlər paketi ili birgə) 2010-cu il oktyabrın 1-dək Təşkilat komitəsinə bu ünvana göndərməlidirlər: AZ 1014, Bakı, Şəmsi Bədəlbəyli küçəsi, 98, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, məktəb-studiya (ərizənin alınma tarixi poçt möhürü ilə təsdiqlənir). Telefon: (+99412) 4931917, tel./faks: (+99412) 5980194 (BMA, məktəb-studiya). e-mail: musicstudiobaku@hotmail.com Qeyd: 1. Qara Qarayevin ansambl əsərlərinin ifası üçün ərizədə konsertmeysterin olub-olmaması göstərilməlidir. Konsertmeyster olmadıqda Təşkilat komitəsi iştirakçıya pulsuz olaraq konsertmeyster təqdim edir (vokalçı və ya skripkaçı). Əgər iştirakçı öz konsertmeysteri ilə çıxış edəcəksə, onun müsabiqə boyu bütün xərclərini öz öhdəsinə götürməlidir. 2. Yol xərci, qalmaq və yemək haqqı iştirakçıların özlərinin və ya onları göndərən təşkilat tərəfindən həyata keçirilir. 3. Konfrans iştirakçıları 1 noyabr 2010-cu ilə qədər dəvət alacaqlar. 4. Konfransın və müsabiqənin nəticələri üzrə «Dəyirmi masa» təşkil olunacaq və tədbir Qara Qarayevin fortepiano yaradıcılığının öyrənilməsi ilə ifasının perspektivlərinə həsr ediləcəkdir.

Malayziya Təhsil Nazirliyi tərəfindən Malayziyanın Texniki Əməkdaşlıq Proqramı çərçivəsində müəllimlər və onların ixtisasartırılması sahəsində çalışan şəxslər üçün aşağıdakı mövzularda təlim proqramları elan edilir.

1. Dilin tədrisi prosesində İKT-nin tətbiqi – 11 oktyabr – 5 noyabr 2010-cu il   Namizəd üçün müəyyən edilmiş tələblər:   ingilis dilini işçi dili səviyyəsində bilməli; müəyyən səviyyədə kompüter bacarıqlarına malik olmalı; 45 yaşdan aşağı olmalı.   2. İkinci dilin tədrisində yoxlama və qiymətləndirmə - 11 oktyabr -5 noyabr    2010-cu il   Təlim proqramlarında iştirak edəcək namizədlər:   ingilis dilini işçi dili səviyyəsində bilməli; 45 yaşdan aşağı olmalıdır.   Proqramda iştirakla bağlı xərclər təşkilatçılar tərəfindən ödəniləcəkdir. Ətraflı məlumatları və ərizə formalarını aşağıdakı linkdən əldə etmək mümkündür:   http://apps.emoe.gov.my/ipba/mtcp/mtcpcos.htm    Proqramda iştirak etmək arzusunda olan namizədlər müvafiq qaydada doldurulmuş ərizə formasını cari ilin 31 may tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova: 496 33 11; 496 34 00, daxili nömrə-248) təqdim etməlidirlər. 

SEÇİLMİŞ PİLOT MƏKTƏBİN TƏMİRİNİN LAYİHƏ-SMETA SƏNƏDLƏRİNİN HAZIRLANMASI ÜÇÜN MƏSLƏHƏTÇİ ŞİRKƏTİN SEÇİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT N- 4394 AZ   SEÇİLMİŞ PİLOT MƏKTƏBİN TƏMİRİNİN LAYİHƏ-SMETA SƏNƏDLƏRİNİN HAZIRLANMASI ÜÇÜN MƏSLƏHƏTÇİ ŞİRKƏTİN SEÇİLMƏSİNƏ DAİR MARAĞIN İFADƏSİ ÜÇÜN DƏVƏT   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Seçilmiş pilot məktəblərin təmirnin layihə-smeta sənədlərinin hazırlanması. Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan xidmətin həyata keçirilməsi üçün maraqlarını bildirməyə dəvət edir.   İcraçı təşkilat üçün ixtisas tələbləri: 1) Mülki binaların təmir-tikintisinin layihə-smeta sənədlərinin hazırlanması sahəsində ən azı 3 illik peşəkar iş təcrübəsinə malik olmalıdır; 2) Təhsil-tədris müəssisələrinin təmir tikintisinin layihə-smeta sənədlərinin hazırlanması sahəsində iş təcrübəsi; 3) Məsləhətçi müvafiq sahələr üzrə ixtisaslaşmış əsas heyətə malik olmalıdır; 4) Beynəlxalq qurumların maliyyələşdirdiyi layihələr üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir; 5) Texniki Tapşırıqda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi üçün qalib şirkətə müqavilə təltif edilməzdən əvvəl Azərbaycan qanunvericiliyinə uyğun olaraq müvafiq lisenziya tələb olunacaqdır.   İcra müddəti: iyun 2010-dekabr 2011   Xidmətlərə maraq göstərən təşkilatlar müvafiq ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2010-cu il, aprelin 16-na qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Təşkilat Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na müvafiq olaraq  Keyfiyyət və Qiymətə Əsaslanmış Seçim metodu üzrə seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti-49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net 

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) Katibliyi tərəfindən gənc iqtisadçılar üçün aşağıdakı mövzularla bağlı yazılmış tədqiqat işi üzrə 5000 İsveçrə frankı məbləğində mükafat elan edilmişdir:

Ticarət sazişlərinin formalaşdırılması; Şərti himayədarlıq; Ticarətin asanlaşdırılması; Ticarət sazişlərinin təsirləri; Ticarət üçün yardım; Mübahisələrin həllinin iqtisadi aspektləri;   Müsabiqədə ən azı aspirantura-doktorantura pillələrini bitirmək üzrə olan namizədlər iştirak edə bilərlər. Tədqiqat işi ingilis dilində və 15.000 söz həcmində olmalıdır. Qaliblər 2010-cu ilin sentyabr ayında Avropa Ticarət Tədqiqatı Qrupunun İsveçrənin Lozan şəhərində keçiriləcək növbəti toplantısı ərəfəsində mükafatlandırılacaqlar. Qalibin Lozan şəhərinə səfəri ilə bağlı bütün xərclər təşkilatçılar tərəfindən ödəniləcəkdir. Müsabiqə barəsində ətraflı məlumatı http://www.wto.org/english/news_e/news10_e/rese_02mar10_e.htm internet səhifəsindən əldə etmək mümkündür. Müsabiqədə iştirak etmək arzusunda olan namizədlər tamamlanmış tədqiqat işini və tərcümeyi-halını cari ilin 15 iyun tarixinə qədər aishah.colautti@wto.org elektron poçt ünvanına göndərməli, həmçinin müvafiq sənədləri, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova; tel: 496-33-11; daxili: 248) təqdim etməlidirlər.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən 2010-cu ildə bir sıra ölkələrdə əqli mülkiyyət məsələləri ilə bağlı yay kursları təşkil olunacaqdır.

Kurslarda iştirak edəcək şəxslər ÜƏMT-nın vəzifə və funksiyaları barədə məlumatlar əldə edəcək, həmçinin əqli mülkiyyətlə bağlı müxtəlif sahələrdə daha dərin biliklərə yiyələnə biləcəklər. Mühazirə və məşğələlər şəklində təşkil olunacaq kurslarda bakalavr pilləsinin sonuncu kursunda və magistr pilləsində təhsil alan tələbələr, həmçinin gənc peşəkarlar iştirak edə bilərlər. Kursun sonunda iştirakçılar müvafiq sertifikatlarla təltif olunacaqlar. Kurslarda iştirakla bağlı qeydiyyat haqqı, həmçinin beynəlxalq nəqliyyat və yaşayış xərcləri iştirakçının özü tərəfindən ödənilməlidir. Kurslarda iştirak etmək arzusunda olan namizədlər http://www.wipo.int/academy/en/courses/summer_school/index.html internet səhifəsində qeydiyyatdan keçməli, tərcümeyi-hal və müvafiq əsaslandırma məktubunu birbaşa təşkilatçılara göndərməlidirlər. Kurslar barəsində daha ətraflı məlumatı http://www.wipo.int/academy/en/courses/summer_school/index.htmlinternet səhifəsindən əldə etmək mümkündür.

Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən BƏT-in mandatına aid olan müxtəlif sahələr üzrə təcrübə keçmək imkanı yaradılıb.

3-6 aylıq təcrübə müddəti ərzində tələbələr BƏT-in fəaliyyəti ilə yaxından tanış olmaq və müvafiq sahələrdə biliklərini artırmaq imkanı əldə edəcəklər. Təcrübə proqramında iştirak etmək arzusunda olan namizədlər: Magistratura və ya doktorantura təhsilini bitirməli, yaxud bakalavr pilləsinin sonuncu kursunda təhsil almalı; BƏT-in fəaliyyət dairəsinə aid sahələrdə (beynəlxalq hüquq, iqtisadiyyat, əmək münasibətləri, politologiya və sosial elmlər) ixtisas biliklərinə malik olmalı; ingilis, fransız və ya ispan dilində yüksək şifahi və yazılı biliklərə, eləcə də yüksək ünsiyyət, həmçinin, müstəqil və qruplarda işləmək bacarıqlarına malik olmalıdırlar.  Namizədlərin seçimi BƏT-in ayrı-ayrı şöbə və departamentlərinin ehtiyaclarına uyğun olaraq aparılacaqdır. Seçim zamanı İKT sahəsində iş təcrübəsinə malik olan namizədlərə üstünlük veriləcəkdir. Təcrübə proqramında iştirakla bağlı beynəlxalq nəqliyyat, yaşayış və yemək xərcləri namizədin özü və ya sponsor təşkilat tərəfindən ödənilməlidir. Namizədi maliyyələşdirən hər hansı sponsor təşkilat olmadığı təqdirdə, onlara 1500 İsveçrə frankı məbləğində aylıq məvacib ödəniləcəkdir. Proqramda iştirak etmək arzusunda olan namizədlər CV formasını və əsaslandırma məktubunu elektron poçt vasitəsi ilə BƏT-in seçdikləri müvafiq departamentinə-şöbəsinə göndərməlidirlər. Seçim barədə yekun qərar namizədə birbaşa olaraq həmin departament-şöbə tərəfindən bildiriləcəkdir. Seçilmiş namizədlər müvafiq sənədləri, həmçinin, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (K.Məhərrəmova- tel: 496-33-11; dax:248) də təqdim etməlidirlər. Proqram barəsində ətraflı məlumatları www.ilo.org internet səhifəsindən əldə etmək mümkündür.

Latviya Respublikasının Təhsil və Elm Nazirliyi tərəfindən 2010-2011-ci illərdə Latviya dövlət ali təhsil müəssisələrində təhsil almaq və ya tədqiqat işi aparmaq arzusunda olan şəxslər üçün dövlət təqaüdləri elan edilib.

Təqaüd maksimum 10 ay müddətində veriləcəkdir. Müstəsna hallarda Latviya Respublikasının Təhsil və Elm Nazirliyinin xüsusi qərarına əsasən təqaüdün verilmə müddəti uzadıla bilər. Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər: 1. ərizə forması; 2. CV; 3. əsaslandırma məktubu; 4. diplom və diploma əlavənin notarial qaydada tərcümə və təsdiq edilmiş surətləri; 5. 2 ədəd tövsiyə məktubu; 6. ali təhsil müəssisəsinin dəvət məktubu; 7. 1 ədəd fotoşəkil; 8. tədqiqat planı (tədqiqat işinin ümumi təsviri). Sənədlər latış, rus və ya ingilis dillərindən birinə tərcümə edilməli və notarial qaydada təsdiq olunmalıdır. Proqram barəsində ətraflı məlumatları və ərizə formasını http://izm.izm.gov.lv/ministry/4885.html internet səhifəsindən əldə etmək mümkündür. Təqaüd proqramı üçün müraciət etmək arzusunda olan namizədlər müvafiq sənədləri cari ilin 28 aprel tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər.

Koreyanın Beynəlxalq Təhsil və İnkişaf üzrə Milli İnstitutu (NIIED) tərəfindən xarici vətəndaşlar üçün təqaüd proqramları elan edilib:

Təqaüd proqramı çərçivəsində magistratura, doktorantura və qarışıq (magistratura+doktorantura) təhsil proqramları nəzərdə tutulur. Proqramda iştirak etmək arzusunda olan namizədlər: ali təhsilli olmalı; 40 yaşdan aşağı olmalıdırlar. Proqramda iştirak etmək arzusunda olan namizədlər sənədlərini Koreya Respublikasının Bakıdakı Səfirliyinə təqdim etməli və ya Koreyanın müvafiq ali təhsil müəssisəsinə birbaşa olaraq göndərməlidirlər. Koreya Respublikasının Bakıdakı Səfirliyinə müraciət edəcək namizədlər üçün sənədlərin son qəbul tarixi 30 aprel 2010-cu ildir. Təqaüd proqramı haqqında ətraflı məlumatları və ərizə formalarını http://www.gks.go.kr  internet səhifəsindən əldə etmək mümkündür.

Koreyanın Koreyaşünaslıq üzrə Ali Məktəbi (Graduate School of Korean Studies) tərəfindən xarici vətəndaşlar üçün aşağıdakı ixtisaslar üzrə təqaüd elan edilib:

Humanitar elmlər, mədəniyyət və incəsənət, sosial elmlər, Koreyaşünaslıq üzrə magistr proqramı; Humanitar elmlər, mədəniyyət və incəsənət, sosial elmlər üzrə doktorantura proqramı.   Qeyd: Magistr proqramı üçün müraciət etmək arzusunda olan namizədlərin bakalavr təhsili üzrə ixtisasının müraciət olunan təhsil proqramı ilə eyni olması şərt deyil.   Proqramda iştirak etmək arzusunda olan namizədlər:   ali təhsilli olmalı; 40 yaşdan aşağı olmalı; Koreyada eyni ixtisas üzrə hər hansı digər təhsil proqramında təhsil almamalıdır.   Elan edilmiş təhsil proqramı çərçivəsində tədris ingilis dilində aparılır. Bununla əlaqədar olaraq namizədlər ingilis dili biliklərini təsdiq edən müvafiq sənədi - TOEFL (əgər varsa) təqdim etməlidirlər.   Bütün sənədlər birbaşa olaraq Koreyaşünaslıq üzrə Ali Məktəbə təqdim olunmalıdır.   Proqram və sənədlər barəsində ətraflı məlumatları www.aks.ac.kr\admission internet səhifəsindən əldə etmək mümkündür.   Namizədlərin sənədlərinə baxıldıqdan sonra onlarla telefon vasitəsi ilə müsahibə aparılacaq. Seçilmiş namizədlər barəsində müvafiq məlumatlar internet səhifəsində yerləşdiriləcək və namizədlərə elektron poçt vasitəsi ilə bildiriləcək.   Təqaüd proqramı üçün son müraciət tarixi payız semestri üçün 30 aprel 2010-cu il, yaz semestri üçün isə 31 oktyabr 2010-cu ildir.

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır