• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Maraqların ifadəsi üçün dəvət (məsləhətçi xidmətləri – məsləhətçi təşkilat seçimi)

Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit № 4394AZ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   TSİİL çərçivəsində ümumi orta (5-9-cu siniflər) və tam orta (10-11-ci siniflər) təhsil səviyyələri üzrə yeni fənn kurikulumları hazırlanıb təsdiq edilmişdir. Növbəti tədris ilindən ümumtəhsil məktəblərinin 5-ci siniflərində yeni fənn kurikulumlarının tətbiqi nəzərdə tutulur. Bu məqsədlə 5-ci sinif şagirdlərinə dərs deyəcək fənn müəllimləri üçün təlimlərin keçirilməsi planlaşdırılmışdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan təlimlərin keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları aşağıda göstərilmiş müqavilələr üzrə xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. 1. Müqavilə № 4394AZ-QCBS-182: Yeni ümumi orta təhsilin Fiziki tərbiyə kurikulumu üzrə 2012/2013-cü tədris ilində Abşeron və Dağlıq Şirvan iqtisadi rayonlarının 5-ci sinif şagirdlərinə dərs deyəcək fənn müəllimləri üçün təlim 2. Müqavilə № 4394AZ-QCBS-183: Yeni ümumi orta təhsilin Fiziki tərbiyə kurikulumu üzrə 2012/2013-cü tədris ilində Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarının 5-ci sinif şagirdlərinə dərs deyəcək fənn müəllimləri üçün təlim 3. Müqavilə № 4394AZ-QCBS-184: Yeni ümumi orta təhsilin Fiziki tərbiyə kurikulumu üzrə 2012/2013-cü tədris ilində Gəncə-Qazax iqtisadi rayonunun 5-ci sinif şagirdlərinə dərs deyəcək fənn müəllimləri üçün təlim 4. Müqavilə № 4394AZ-QCBS-185: Yeni ümumi orta təhsilin Fiziki tərbiyə kurikulumu üzrə 2012/2013-cü tədris ilində Aran və Yuxarı Qarabağ iqtisadi rayonlarının 5-ci sinif şagirdlərinə dərs deyəcək fənn müəllimləri üçün təlim 5. Müqavilə № 4394AZ-QCBS-186: Yeni ümumi orta təhsilin Fiziki tərbiyə kurikulumu üzrə 2012/2013-cü tədris ilində Lənkəran iqtisadi rayonunun 5-ci sinif şagirdlərinə dərs deyəcək fənn müəllimləri üçün təlim     Xidmətlərin icra müddəti: iyun-dekabr 2012-ci il   Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadələrini hər bir müqavilə üzrə ayrıca təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: ·         müraciət məktubu; ·         yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; ·         müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; ·         nizamnamə.   Birdən artıq müqaviləyə maraq bildirən təşkilatlar zəruri maddi və insan resurlarına malik olmalıdır.   Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: ·         Nizamnaməsinə uyğun olaraq, təşkilatın fəaliyyət istiqamətləri arasında insan resurslarının inkişafı və ya təlimlərin olması; ·         Məktəblərlə birgə layihələrin həyata keçirilməsi sahəsində iş təcrübəsi; ·         Müəllimlər üçün təlim kurslarının keçirilməsində təcrübəsi olan təşkilatlar üstünlüyə malik olacaqdır.   Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.   Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında və 2010-cu ilin may ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.   Maraqların ifadəsi yazılı şəkildə 2011-ci il dekabrın 16-dək aşağıdakı ünvana təqdim edilməlidir:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net   Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək eyni ünvandan əldə etmək olar.

Maraqların ifadəsi üçün dəvət (məsləhətçi xidmətləri – məsləhətçi təşkilat seçimi)

Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit № 4394AZ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   TSİİL çərçivəsində ümumi orta (5-9-cu siniflər) və tam orta (10-11-ci siniflər) təhsil səviyyələri üzrə yeni fənn kurikulumları hazırlanıb təsdiq edilmişdir. Növbəti tədris ilindən ümumtəhsil məktəblərinin 5-ci siniflərində yeni fənn kurikulumlarının tətbiqi nəzərdə tutulur. Bu məqsədlə 5-ci sinif şagirdlərinə dərs deyəcək fənn müəllimləri üçün təlimlərin keçirilməsi planlaşdırılmışdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan təlimlərin keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları aşağıda göstərilmiş müqavilələr üzrə xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. 1. Müqavilə № 4394AZ-QCBS-177: Yeni ümumi orta təhsilin Texnologiya kurikulumu üzrə 2012/2013-cü tədris ilində Abşeron və Dağlıq Şirvan iqtisadi rayonlarının 5-ci sinif şagirdlərinə dərs deyəcək fənn müəllimləri üçün təlim 2. Müqavilə № 4394AZ-QCBS-178: Yeni ümumi orta təhsilin Texnologiya kurikulumu üzrə 2012/2013-cü tədris ilində Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarının 5-ci sinif şagirdlərinə dərs deyəcək fənn müəllimləri üçün təlim 3. Müqavilə № 4394AZ-QCBS-179: Yeni ümumi orta təhsilin Texnologiya kurikulumu üzrə 2012/2013-cü tədris ilində Gəncə-Qazax iqtisadi rayonunun 5-ci sinif şagirdlərinə dərs deyəcək fənn müəllimləri üçün təlim 4. Müqavilə № 4394AZ-QCBS-180: Yeni ümumi orta təhsilin Texnologiya kurikulumu üzrə 2012/2013-cü tədris ilində Aran və Yuxarı Qarabağ iqtisadi rayonlarının 5-ci sinif şagirdlərinə dərs deyəcək fənn müəllimləri üçün təlim 5. Müqavilə № 4394AZ-QCBS-181: Yeni ümumi orta təhsilin Texnologiya kurikulumu üzrə 2012/2013-cü tədris ilində Lənkəran iqtisadi rayonunun 5-ci sinif şagirdlərinə dərs deyəcək fənn müəllimləri üçün təlim     Xidmətlərin icra müddəti: iyun-dekabr 2012-ci il   Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadələrini hər bir müqavilə üzrə ayrıca təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: ·         müraciət məktubu; ·         yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; ·         müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; ·         nizamnamə.   Birdən artıq müqaviləyə maraq bildirən təşkilatlar zəruri maddi və insan resurlarına malik olmalıdır.   Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: ·         Nizamnaməsinə uyğun olaraq, təşkilatın fəaliyyət istiqamətləri arasında insan resurslarının inkişafı və ya təlimlərin olması; ·         Məktəblərlə birgə layihələrin həyata keçirilməsi sahəsində iş təcrübəsi; ·         Müəllimlər üçün təlim kurslarının keçirilməsində təcrübəsi olan təşkilatlar üstünlüyə malik olacaqdır.   Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.   Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında və 2010-cu ilin may ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.   Maraqların ifadəsi yazılı şəkildə 2011-ci il dekabrın 16-dək aşağıdakı ünvana təqdim edilməlidir:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net   Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək eyni ünvandan əldə etmək olar.

23-24 fevral 2012-ci il tarixlərində Bakı şəhərində “Sabahın alimləri” Respublika müsabiqəsi keçiriləcək.

Qeyd edək ki, müsabiqə ABŞ-da keçirilən şagirdlərin Beynəlxalq Elm və Mühəndislik Sərgisi (İntel İsef) çərçivəsində təşkil olunur. Müsabiqədə Bakı və Sumqayıt şəhərlərində yerləşən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edə bilərlər. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Mədəd” Təşkilatı tərəfindən təşkil olunan müsabiqəyə Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti elmi dəstək verir. Layihələrin qeydiyyatı yanvarın 11-dən fevralın 10-dək www.sabahinalimleri.edu.az saytında online rejimdə aparılır.  

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali məktəbələrində təhsil almaq məqsədilə müsabiqə

ELAN Təhsil Nazirliyi 2012/2013-cü tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq məqsədilə 01.05.2012-ci il tarixindən etibarən  müsabiqə elan edir. Müsabiqədə orta və ali məktəbdə təhsil aldığı dövrdə yüksək nailiyyətlər əldə etmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”na və Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın 23 saylı, 03.04.2012-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na uyğun olaraq xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanan vətəndaşlarımız iştirak edə bilərlər. 2012/2013-cü tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil almaq üçün aşağıdakı prioritet ixtisas istiqamətləri müəyyən edilmişdir:     biologiya;   fizika;   informasiya texnologiyaları;   kənd təsərrüfatı;   kimya;  qədim dillər;   mühəndislik;   nanotexnologiya;   neft sənayesi;   riyaziyyat;   tibb;   turizm;   iqtisadiyyat*.      *Qeyd. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın 57 saylı, 25.05.2012-ci il tarixli Sərəncamı ilə siyahıya əlavə edilmişdir. I. Bakalavr dərəcəsi üzrə təhsil almaq məqsədilə müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:   1. elektron ərizə (çap edilərək imzalanmış nüsxə); 2. 2012/2013-cü dərs ilində xarici ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qəbul haqqında müvafiq sənədin əsli və notariat qaydada tərcümə və təsdiq edilmiş surəti və ümumi orta təhsil haqqında* və ya orta ixtisas təhsili haqqında notariat qaydada təsdiq edilmiş sənədin surəti; 3. hazırda xarici ali təhsil müəssisəsində  təhsil alanlar üçün müvafiq ali  məktəbdə təhsil almaq barədə təsdiqlənmiş                 sənədin və transkriptin  əslləri (fənlər üzrə akademik göstəricilər) və notariat qaydada tərcümə və  təsdiq edilmiş surətləri; 4. ölkənin ali təhsil müəssisələrinin bakalavr səviyyəsində təhsil alanlar  üçün tələbə qəbulu üzrə aparılan test imtahanında göstərdiyi nəticələri            təsdiq edən sənədin əsli, təhsil aldığı ali məktəb tərəfindən verilmiş arayış və transkript (fənlər üzrə akademik göstəricilər); 5. tələb olunan tədris dili imtahanının (TOEFL, IELTS və s.) və digər  imtahanların verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notariat  qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda); 6. bitirdiyi ümumi orta və ya orta ixtisas təhsili və ya hazırda təhsil aldığı  ali təhsil müəssisəsi tərəfindən rəsmi şəkildə təsdiqlənmiş tövsiyə     məktubları* (2 ədəd); 7. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda); 8. sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış); 9. tərcümeyi-hal (CV)  10. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil  11. şəxsiyyət vəsiqəsinin surəti 12. ümumvətəndaş pasportunun surəti   *Qeyd. 2011/2012-ci dərs ilində orta məktəbi bitirən ərizəçilər orta təhsil haqqında sənəd (attestat) aldıqdan sonra müraciət edə bilərlər. *Hazırda Türkiyədə təhsil alanlar tərəfindən təqdim olunacaq tövsiyə məktublarından biri Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin təhsil məsələləri üzrə əməkdaşı tərəfindən təqdim edilməlidir.   II. Magistratura, ordinatura, aspirantura, fəlsəfə doktoru (PhD), elmlər doktoranturu, rezidentura  və s. üzrə təhsil almaq məqsədilə müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:   1. elektron ərizə (çap edilərək imzalanmış nüsxə); 2. 2012/2013-cü dərs ilində xarici ali təhsil müəssisələrinə qəbul olunanlar             üçün qəbul haqqında müvafiq sənədin əsli və notariat qaydada tərcümə və təsdiq edilmiş surəti və ümumi orta təhsil haqqında* və ya orta ixtisas təhsili haqqında notariat qaydada təsdiq edilmiş sənədin surəti; 3. hazırda xarici ali təhsil müəssisəsində  təhsil alanlar üçün müvafiq ali  məktəbdə təhsil almaq barədə təsdiqlənmiş                 sənədin və transkriptin əslləri (fənlər üzrə akademik göstəricilər) və notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri; 4. ölkənin ali təhsil müəssisələrinin magistratura və digər səviyyələrində təhsil alanlar üçün tələbə qəbulu üzrə aparılan test imtahanında göstərdiyi nəticələri təsdiq edən sənədin əsli, təhsil aldığı ali məktəb tərəfindən verilmiş arayış və transkript (fənlər üzrə akademik göstəricilər); 5.  işlədiyi müəssisədən və ya təhsil aldığı ali məktəbdən 2 ədəd tövsiyə*  məktubu  (xaricdə təhsil alan və ya işləyənlər üçün həm də – notariat  qaydada tərcümə və təsdiq edilmiş surətləri); 6. notariat qaydada təsdiq edilmiş ali təhsil haqqında bakalavr, magistr  və ya doktorluq diplomlarının əlavələrlə birlikdə surətləri  (xaricdə təhsilini başa vuranlar üçün – notariat qaydada tərcümə  və təsdiq edilmiş surətləri); 7. tələb olunan tədris dili imtahanının (TOEFL, IELTS və s.) və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notariat  qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda); 8. digər təhsil müəssisələrində, kurslarda, ordinatura və magistraturada oxumağı təsdiqləyən sənədlərin əsli və notariat qaydada təsdiqlənmiş surətləri (xaricdə             təhsilini başa vuranlar üçün - notariat  qaydada tərcümə və təsdiq edilmiş surətləri); 9. sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış); 10. fəlsəfə doktoru və ya elmlər doktoru dərəcəsi almaq üçün xarici ölkədə təhsil almaq istəyən şəxslər üçün müvafiq sənədlərə əlavə olaraq tədris və tədqiqat işinə dair ümumi məlumat, həmçinin, məqalə, tezis, monoqrafiya, digər elmi nəşrlər və tədris-metodiki işlərin siyahısı; 11. tərcümeyi-hal (CV)  12. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil  13. şəxsiyyət vəsiqəsinin surəti 14. ümumvətəndaş pasportunun surəti   Qeyd. - Bakalavrdan sonrakı təhsil səviyyəsi üçün müraciət edən, həqiqi hərbi xidmətə çağırışçı olan namizəd müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ aldığını təsdiq edən sənədi və ya hərbi xidmət keçdiyi halda, hərbi biletin notariat qaydada təsdiq olunmuş surətini təqdim etməlidir. - Seçim Qaydalarının 3.1.6-cı bəndinə istinadən qeyd edirik ki, bütün iddiaçıların ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçilmiş ixtisasa uyğun olmalıdır. * Hazırda Türkiyədə təhsil alanlar tərəfindən təqdim olunacaq tövsiyə məktublarından biri Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin təhsil məsələləri üzrə əməkdaşı tərəfindən təqdim edilməlidir.  Müsabiqədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin müvafiq veb saytlarında (www.edu.gov.az, http://xaricdetehsil.edu.gov.az) yerləşdirilmiş elanın mətnində verilən link vasitəsilə elektron ərizə formasını doldurub, çap edib imzalayaraq, müvafiq sənədlərlə birgə Təhsil Nazirliyində qeydiyyatlarını təsdiq etdirməlidirlər. Müraciətlərin təsdiqi, elektron ərizə doldurularkən ərizəçilər tərəfindən seçilmiş qəbul vaxtlarında Təhsil Nazirliyində həyata keçirilir.   Qeyd. Təhsil Nazirliyinə təqdim olunmuş sənədlər geri qaytarılmır. Müraciət üçün son müddət 20 avqust 2012-ci il. Əlaqə telefonları: 496-91-13; 496-33-11; 496-34-00 (daxili: 164; 260; 179)  

 Azərbaycan Dövlət Pedaqoji Universitetinin akt zalında Tələbələrin ХVII Respublika fənn olimpiadasının açılış mərasimi keçirilməsi barədə elan

11 may 2012-ci il tarixində saat 10:00-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin akt zalında Tələbələrin ХVII Respublika fənn olimpiadasının açılış mərasimi keçiriləcəkdir. Açılış mərasimindən sonra bütün fənlər üzrə (informatika istisna olmaqla) olimpiada yarışları təşkil olunacaqdır. İnformatika fənni üzrə olimpiada 13 may 2012-ci il tarixində saat 16:00-da Qafqaz Universitetində keçiriləcəkdir.    

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Sumqayıt Şəhər Təhsil Şöbəsində aparıcı məsləhətçi dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edir:

Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilərlər. Musahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir. -   ərizə (2 nömrəli əlavə) -   ağ fonda rəngli fotoşəkil 1 ədəd ( 3 x 4 sm ölçüdə ) Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 11 may 2012- cil il tarixdən 25 may 2012-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə istirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edilə bilər. Telefonlar: 496-34-00 (2-28)   Sumqayıt  Şəhər Təhsil Şöbəsi, aparıcı məsləhətçi vakansiya sayı: 1 vəzifə kodu: 1090401 İş yerinin ünvanı: Sumqayıt şəhəri, Sülh küçəsi, 3 İnzibatı vəzifənin təsnifatı: 9-cu təsnifat Vəzifə maaşı: 182 manat   Qulluq funksiyaları:   Təhsilin keyfiyyət səviyyəsinin müəyyənləşdirilməsi üçün monitorinqlərin aparılması, nəticələrin təhlil edilməsi və təkliflərin hazırlanması; Müəyyənləşdirilmiş formalar üzrə stastik hesabatların qəbulu, ümumiləşdirilməsi və yuxarı orqanlara təqdim olunması; Ümumi təhsilin təşkili və idarəolunmasının təkminləşdilirməsi istiqamətində təhlilləri aparılması və təkliflərin  veilməsi; Ümumi təhsil müəssisələri şəbəkəsinin təhlili  və onların optimallaşdırılması üzrə təkliflərin hazırlanması; Sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himyəsindən məhrum uşaqların təhsili və sosial müdafiəsi sahəsində işin təşkili ilə bağlı məlumatların toplanması, ümumiləşdirilməsi və təkliflərin hazırlanması; Ümumi təhsil sistemində yeni kurrikulumların tətbiqi üzrə işin təşkili; təhsil müəssisələrini pedaqoji kadrlara olan tələbatının düzgün müəyyənləşdirilməsi və vaxtında sifarişlərin verilməsinin təmin edilməsi; xüsusi istedada malik uşaqların aşkara çıxarılması və onlarla işin aparılmasında iştirak və s.   Vəzifənin tutulması şərtləri:   təhsil: təhsilin təşkili və idarəolunması ixtisası, maarif, filologiya ixtisas istiqamətləri üzrə ali təhsil; kompüter MS WINDOWS MS OFFİCE İNTERNET və s. (orta, yüksək səviyyədə) ; xarici dil, rus dili (orta- yüksək səviyyədə), ingilis dili (orta səviyyədə)  

Beş Azərbaycanlı tələbə üçün Almaniya Bundestaqında Beynəlxalq Təqaüd Proqramı elan edilmişdir.

Dünyanın 28 ölkəsini təmsil edən gənclərə Almaniyanın parlament sistemini nəzəri və praktiki cəhətdən öyrənmək imkanını verən bu proqramın növbəti tədbirinin keçirilməsi 2013-cü il 1 mart -31 iyul tarixlərində və alman dilini mükəmməl bilən, ali təhsilə malik olan beş nəfər gəncə Azərbaycan vətəndaşının iştirakı ilə nəzərdə tutulub. Yarım il ərzində Bundestaqda təcrübə keçəcək və Berlin universitetlərinin birində təhsil alacaq namizədlərin yaş həddi təqaüd başlayan zaman 30 yaşa qədər olmalıdır. Proqramda iştirak üçün sənədlər 30 iyun 2012-ci il tarixinədək Almaniya Səfirliyinə təqdim edilməlidir.  Müraciət üçün sənədlər və təqaüdlə bağlı ətraflı məlumat Almaniya səfirliyindən və www.bundestag.de/ips internet səhifəsindən əldə edilə bilər.

Malayziyanın Kuala Lumpur Universitet İslam Əməkdaşlığı Təşkilatı üzv Dövlətlərindən olan tələbələr üçün 10 təqaüd (5 magistr, 5 aspirant) ayırmışdır.

Sözügedən təqaüdlər İƏT Baş Katibliyinin “Təhsil Mübadiləsi Proqramı”: Müsəlman aləmində Elm vasitəsilə Həmrəylik adı altında təqdim edilmişdir. Proqram barədə ətraflı məlumat aşağıdakı internet səhifələrində yerləşdirilmişdir: www.oic-oci.org www.unikl.edu.my Qeyd olunmuş təqaüd proqramında iştirak etmək istəyən namizədlər barədə məlumatlar, 31 iyul tarixinədək İƏT Baş Katibliyi və Kuala Lumpur Universitetinin məktubda əlavə olunmuş ünvanlarına eyni anda birbaşa göndərilməlidir.

2012/2013-cü tədris ilində 5-ci siniflərdə dərs deyəcək Ədəbiyyat, Ana dili və Azərbaycan dili fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlərin keçirilməsi üçün məsləhətçi xidmətlərinin satınalınmasına dair aparılmış tenderlərin nəticələri

2012/2013-cü tədris ilində 5-ci siniflərdə dərs deyəcək Azərbaycan tarixi fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlərin keçirilməsi məqsədilə məsləhətçi xidmətlərinin satınalınmasına dair aparılmış tenderlərin nəticələri

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır