• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

2012/2013-cü tədris ilində 5-ci siniflərdə dərs deyəcək İnformatika fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlərin keçirilməsi məqsədilə məsləhətçi xidmətlərinin satınalınmasına dair aparılmış tenderlərin nəticələri

2012/2013-cü tədris ilində 5-ci siniflərdə dərs deyəcək Musiqi fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlərin keçirilməsi məqsədilə məsləhətçi xidmətlərinin satınalınmasına dair aparılmış tenderlərin nəticələri

2012/2013-cü tədris ilində 5-ci siniflərdə dərs deyəcək Riyaziyyat fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlərin keçirilməsi məqsədilə məsləhətçi xidmətlərinin satınalınmasına dair aparılmış tenderlərin nəticələri

2012/2013-cü tədris ilində 5-ci siniflərdə dərs deyəcək Xarici dil fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlərin keçirilməsi məqsədilə məsləhətçi xidmətlərinin satınalınmasına dair aparılmış tenderlərin nəticələri

2012/2013-cü tədris ilində 5-ci siniflərdə dərs deyəcək Fiziki tərbiyə fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlərin keçirilməsi məqsədilə məsləhətçi xidmətlərinin satınalınmasına dair aparılmış tenderlərin nəticələri

2012/2013-cü tədris ilində 5-ci siniflərdə dərs deyəcək Həyat bilgisi fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlərin keçirilməsi məqsədilə məsləhətçi xidmətlərinin satınalınmasına dair aparılmış tenderlərin nəticələri

2012/2013-cü tədris ilində 5-ci siniflərdə dərs deyəcək Təsviri incəsənət fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlərin keçirilməsi məqsədilə məsləhətçi xidmətlərinin satınalınmasına dair aparılmış tenderlərin nəticələri

2012/2013-cü tədris ilində 5-ci siniflərdə dərs deyəcək Texnologiya fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlərin keçirilməsi məqsədilə məsləhətçi xidmətlərinin satınalınmasına dair aparılmış tenderlərin nəticələri

“Ümumi Təhsildə Kurikulum İslahatı və Onun İdarə Olunması” mövzusunda təhsil rəhbərləri üçün təlimlərin keçirilməsi üçün məsləhətçi xidmətlərinin satınalınmasına dair aparılmış tenderlərin nəticələri

Maraqların ifadəsi üçün dəvət (məsləhətçi xidmətləri – məsləhətçi təşkilat seçimi)

İdarəetmədə qərarların verilməsi üçün təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi və monitorinq tədqiqatları nəticələrindən istifadə üzrə təlim   Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur. Təlim kursu təhsil sisteminin keyfiyyətini yüksəltmək və şagirdin təliminin səviyyəsini artırmaq məqsədilə müxtəlif qiymətləndirmə növlərindən (beynəlxalq və geniş miqyaslı qiymətləndirmə, imtahan və sinifdaxili qiymətləndirmə) əldə edilmiş məlumatın daha səmərəli istifadə edilmə üsulları haqqında məlumat verəcəkdir. Təlim kursunun əsas məqsədi təhsil peşəkarlarının qiymətləndirmə nəticələrindən səmərəli üsullarla istifadə etmək bacarıqlarının gücləndirilməsinə kömək etməkdir ki, bu da nəticə etibarı ilə təhsilin keyfiyyətinin yüksəlməsinə töhfə verəcəkdir. Xidmətlərin icra müddəti: dekabr 2012-ci il - sentyabr 2013-cü il Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadəsini təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: Müvafiq sahədə təlim və seminarların keçirilməsi üzrə geniş təcrübə; Qiymətləndirmə və monitorinq tədqiqatları sahəsində layihələrin həyata keçirilməsində təcrübə; Azərbaycan dilində, xüsusilə Azərbaycanın regionlarında təlimlərin keçirilməsi üzrə təcrübə; Əsas heyətin qiymətləndirmə və monitorinq sahəsində geniş təcrübəsi.   Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər. Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri əsasında Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər. Maraqların İfadəsi yazılı şəkildə 2012-ci il, noyabrın 23-nədək aşağıdakı ünvana təqdim edilməlidir:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır