• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Təhsil müəssisələrinin adlarının dəyişdirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 14 may tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Büdcədən maliyyələşən təlim-tərbiyə və təhsil müəssisələrinin yaradılması, genişləndirilməsi, yenidən təşkili və ləğv edilməsi Qaydaları”nın 4-cü bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2016-cı il tarixli 17/17/1718-11 nömrəli razılığını və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci maddəsini rəhbər tutaraq


ƏMR EDİRƏM:

 

1. Aşağıda adları qeyd olunan təhsil müəssisələrinin adları yeni redaksiyada verilsin: 

 

1. Sumqayıt şəhər Fars-ingilis təmayüllü orta internat məktəbi – Sumqayıt şəhər internat tipli gimnaziya

2. Sumqayıt şəhər general M.Əsədov adına Tam orta  internat məktəbi – Sumqayıt şəhəri general M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziya

3. Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi internat məktəbi – Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

4. Gəncə şəhər Sanatoriya tipli internat məktəbi  – Gəncə şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

5. Goranboy şəhər R.Ağakişiyev adına Ümumi orta internat məktəbi – Goranboy şəhər R.Ağakişiyev adına İnteqrasiya təlimli internat tipli gimnaziya

6. Zaqatala şəhər İnternat məktəbi – Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

7. Salyan şəhər A.Səfərov adına Ümumi orta internat məktəbi – Salyan şəhər A.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya

8. Siyəzən şəhər Ümumi orta internat məktəbi – Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

9. Balakən rayonu  Ümumi orta  internat məktəbi – Balakən rayonu  İnteqrasiya təlimli internat tipli gimnaziya

10. Mingəçevir şəhər Tam orta internat məktəbi – Mingəçevir şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

11. Neftçala şəhər M.Səfərov adına İnternat məktəbi – Neftçala şəhər M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya

12. Lerik şəhər V.İbrahimov adına Tam orta internat məktəbi – Lerik şəhər V.İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziya

13. Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi internat məktəbi – Lənkəran şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

14. Göyçay şəhər S.Vurğun adına Tam orta internat məktəbi – Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli  internat tipli gimnaziya

15. Tovuz rayonu Qovlar şəhər Qarışıq tipli tam orta internat məktəbi – Tovuz rayonu Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

16. Şəki şəhər Qarışıq tipli internat məktəbi – Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya

17. Bərdə şəhər R.N.Musayev adına (inklüziv komponentli) günüuzadılmış ümumtəhsil  orta məktəbi – Bərdə şəhər R.N.Musayev adına İnteqrasiya təlimli internat tipli gimnaziya

 

2.  Hüquq şöbəsinə (S.Kazımov) və De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə (M.Hacıyeva) tapşırılsın ki, qeyd olunan müəssisələrin adlarının dəyişdirilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli  118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi üçün 5 (beş) gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilsin.

3. Yuxarıda adları göstərilən müəssisə rəhbərlərinə tapşırılsın ki, müəssisənin yeni adına uyğun Nizamnaməsinin müəyyən olunmuş qaydalar üzrə aidiyyəti dövlət orqanında qeydiyyatdan keçirilməsini, möhür və ştampın hazırlanmasını təmin etsinlər.

4. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin internet saytında yerləşdirilməsini və bu əmrin 1-ci bəndində qeyd olunan müəssisələrə çatdırılmasını təmin etsin.

5.  Əmrin icrasına nəzarət Aparat rəhbərinə (M. Eynullayev) həvalə olunsun.

Əsas: Müvafiq dərkənarla Nazir müavini C.Bayramovun 01 oktyabr 2015-ci il tarixli  5138t nömrəli xidməti məlumatı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyun 2016-cı il tarixli 17/17/1718-11 nömrəli razılığı.

 

Mikayıl CABBAROV, 
Azərbaycan Respublikasının təhsil naziri 
28 iyul 2016-cı il 
№509

 


Sayt test rejimində çalışır