-
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.
MenyuMenyu
-
Xidmətlər
Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş Dövlət və elektron xidmətlər. -
Məktəbəqədər təhsil
İntellektual, fiziki, mənəvi inkişafa xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prossesidir. -
Ümümi təhsil
Təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir. -
Peşə Təhsili
Zəruri əmək bacarıqlarının yiyələnməsini təmin edən prioritet fəaliyyət sahəsidir. -
Orta ixtisas təhsili
Ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir. -
Ali təhsil
Tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir. -
Əlavə təhsil
Hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir. -
Sənədlər
Normativ sənədlər və təlimatlar -
Layihələr
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələr. -
Tədqiqatlar
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədqiqatlar. -
Hesabatlar
İllərə dair hesabatlar -
Atributlar
-
Sağlam təhsil - sağlam millət
-
Azərbaycan üçün öyrət
-
Məktəblinin dostu
-
SABAH qrupları
-
Təhsil Sisteminin İnformasiyalaşdırılması
-
Ehtiyat dərslik
-
İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması
-
Xüsusi istedadlı siniflər
-
“Ümumi təhsil müəssisələrində peşə təmayüllü siniflərin təşkili”
-
STUDY IN AZERBAIJAN
Azərbaycan Dövlət İqtisad Universitetinin baza məktəbi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri
Müasir dövrdə ümumtəhsil məktəbləri ilə ali təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlığını möhkəmləndirmək, təhsil proqramlarının varisliyini təmin etmək, istedadlı şagirdlərin potensial imkanlarının inkişafında ali məktəblərin professor-müəllim heyətinin rolunu yüksəltmək və gələcəkdə iqtisadiyyatın müxtəlif sahələri üzrə peşəkar səviyyəli kadrların hazırlanmasına etibarlı dəstək göstərmək zərurətini nəzərə alaraq, “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutmaqla
ƏMR EDİRƏM:
1. Bakı şəhərindəki H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseyi 2016-2017-ci tədris ilindən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin baza məktəbi hesab edilsin.
2. Azərbaycan Dövlət İqtisad Universiteti (Ə.Muradov) 2 nömrəli texniki-humanitar elmlər liseyinin rəhbərliyi ilə birlikdə:
2.1. qarşılıqlı əməkdaşlığın perspektiv istiqamətlərini müəyyən edən Fəaliyyət planı hazırlayıb baxılmaq üçün Nazirliyə təqdim etsinlər;
2.2. hər tədris ilinin yekununda görülmüş işlər barədə Nazirliyin rəhbərliyinə hesabatlar təqdim etsinlər.
3. Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev), Ümumi və məktəbəqədər təhsili şöbəsi (A.Əhmədov), Bakı Şəhəri üzrə Təhsil İdarəsi (M.Vəliyeva) Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin təşkili və həyata keçirilməsində həmin müəssisələrin rəhbərliyinə lazımi köməklik göstərsinlər.
4. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
5. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
Əsas: Azərbaycan Dövlət İqtisad Universitetinin 01.09.2016-cı il tarixli, 010-017-1177/02/2016 nömrəli məktubu.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
19 sentyabr 2016-cı il
№616