• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Fəaliyyət Planının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Tədbirlər Planı”nın icrasını təmin etmək məqsədi ilə, “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2016-cı il tarixli, 2378 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur).

2. Təhsil Nazirliyinin aidiyyəti şöbələri Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin vaxtında yerinə yetirilməsi üçün tələb olunan təşkilati işlərin həyata keçirilməsini təmin etsinlər.

3.Maliyyə şöbəsi (R.Orucov) Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirsin.

4. Naxçıvan MR Təhsil Nazirliyi,  ilk peşə, orta ixtisas və ali təhsil müəssisələri, rayon (şəhər) təhsil şöbələri (idarələri), Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri bu əmrlə təsdiq edilmiş  Fəaliyyət Planının yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə 30 dekabr 2016-cı il tarixinədək Təhsil Nazirliyinə hesabat  təqdim etsinlər.

5. İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti müəssisələrə göndərilməsini, habelə Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirilməsini, “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və keçiriləcək tədbirlərin KİV-lərdə işıqlandırılmasını təmin etsin.

6.  Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.

 

 Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

25 oktyabr 2016-cı il

№694


 

Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş  “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı  Tədbirlər Planı”nın icrası  ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət  Planı    


Sayt test rejimində çalışır