-
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.
MenyuMenyu
-
Xidmətlər
Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş Dövlət və elektron xidmətlər. -
Məktəbəqədər təhsil
İntellektual, fiziki, mənəvi inkişafa xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prossesidir. -
Ümümi təhsil
Təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir. -
Peşə Təhsili
Zəruri əmək bacarıqlarının yiyələnməsini təmin edən prioritet fəaliyyət sahəsidir. -
Orta ixtisas təhsili
Ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir. -
Ali təhsil
Tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir. -
Əlavə təhsil
Hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir. -
Sənədlər
Normativ sənədlər və təlimatlar -
Layihələr
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələr. -
Tədqiqatlar
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədqiqatlar. -
Hesabatlar
İllərə dair hesabatlar -
Atributlar
-
Sağlam təhsil - sağlam millət
-
Azərbaycan üçün öyrət
-
Məktəblinin dostu
-
SABAH qrupları
-
Təhsil Sisteminin İnformasiyalaşdırılması
-
Ehtiyat dərslik
-
İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması
-
Xüsusi istedadlı siniflər
-
“Ümumi təhsil müəssisələrində peşə təmayüllü siniflərin təşkili”
-
STUDY IN AZERBAIJAN
- Ana səhifə
- Sənədlər
- Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun adının dəyişdirilməsi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun adının dəyişdirilməsi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsaslanaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu Azərbaycan Respublikasının Təhsil İnstitutu adlandırılsın.
2. “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddələr 428, 431, № 8, III kitab, maddə 614; 2001, № 7, maddə 459; 2006, № 9, maddə 743; 2007, № 10, maddə 945; 2008, № 6, maddə 496; 2009, № 9, maddə 687; 2011, № 2, maddə 85; 2014, № 4, maddə 364, № 9, maddə 1064; 2015, № 7, maddə 842) 17-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
“17. Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutu Azərbaycan Respublikasının Təhsil İnstitutu adlandırılsın.”.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 noyabr 2016-cı il.