• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

“Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 noyabr 2016-cı il tarixli 2452 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1.”Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 18 noyabr 2016-cı il tarixli 2452  nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan MR Təhsil Nazirliyi, ali təhsil müəssisələri, rayon (şəhər) təhsil şöbələri (idarələri), Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri bu əmrlə təsdiq edilmiş  Tədbirlər Planının yerinə yetirilməsini təmin etsinlər və görülmüş işlər barədə 30 may 2017-ci il tarixinədək Təhsil Nazirliyinə hesabat  təqdim etsinlər.

3.İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti müəssisələrə göndərilməsini, Təhsil Nazirliyinin internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.

4.Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova  həvalə olunsun.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

2 oktyabr 2016-cı il

№777


 

Əlavə:

 

“Əziz Əliyevin 120 illik  yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 noyabr  2016-ci il tarixli  2452 nömrəli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı


Sayt test rejimində çalışır