-
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.
MenyuMenyu
-
Xidmətlər
Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş Dövlət və elektron xidmətlər. -
Məktəbəqədər təhsil
İntellektual, fiziki, mənəvi inkişafa xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prossesidir. -
Ümümi təhsil
Təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir. -
Peşə Təhsili
Zəruri əmək bacarıqlarının yiyələnməsini təmin edən prioritet fəaliyyət sahəsidir. -
Orta ixtisas təhsili
Ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir. -
Ali təhsil
Tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir. -
Əlavə təhsil
Hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir. -
Sənədlər
Normativ sənədlər və təlimatlar -
Layihələr
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələr. -
Tədqiqatlar
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədqiqatlar. -
Hesabatlar
İllərə dair hesabatlar -
Atributlar
-
Sağlam təhsil - sağlam millət
-
Azərbaycan üçün öyrət
-
Məktəblinin dostu
-
SABAH qrupları
-
Təhsil Sisteminin İnformasiyalaşdırılması
-
Ehtiyat dərslik
-
İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması
-
Xüsusi istedadlı siniflər
-
“Ümumi təhsil müəssisələrində peşə təmayüllü siniflərin təşkili”
-
STUDY IN AZERBAIJAN
Fəaliyyət Planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əmri
Azərbaycan Respublikası | Azərbaycan Respublikası |
Təhsil Nazirliyi | Dini Qurumlarla İş üzrə |
Dövlət Komitəsi | |
“08” fevral 2017-ci il | “01”fevral 2017-ci il |
№ 87 | № 12 |
Fəaliyyət Planının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda ölkə gənclərinin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması ilə bağlı nəzərdə tutulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini və “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 10.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRİK:
1. “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” 2017-ci il üzrə birgə Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur).
2. Təhsil Nazirliyinin yerli təhsili idarəetmə orqanlarının, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin və Dövlət Komitəsinin ərazi üzrə regional şöbələrinin rəhbərlərinə tapşırılsın ki, Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və səmərəli həyata keçirilməsini təmin etsinlər, onların icra vəziyyəti barədə 2017-ci ilin iyun və dekabr aylarında Təhsil Nazirliyinə və Dövlət Komitəsinə hesabat göndərsinlər.
3. Təhsil Nazirliyi və Dövlət Komitəsinin aidiyyəti struktur bölmələri Fəaliyyət Planının yerinə yetirilməsində müvafiq yerli orqanlara və təhsil müəssisələrinə təşkilati-pedaqoji köməklik göstərsinlər.
4. Əmrin əlavəsi ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunması, Təhsil Nazirliyi və Dövlət Komitəsinin saytında yerləşdirilməsi (Elnur Əliyev, Yaqut Əliyeva) təmin edilsin.
5. Əmrin icrasına nəzarət təhsil nazirinin müavini Firudin Qurbanova və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılova həvalə olunsun.
Mikayıl Cabbarov Azərbaycan Respublikasının təhsil naziri |
Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri |