• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin bilik və bacarıqlarının qiymətləndirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Faəliyyət Planının icrası üzrə təhsilverənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, mövcud kadr potensialından daha səmərəli istifadə edilməsi məqsədilə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi həyata keçirilir.

Pedaqoji heyətin ixtisasartırmaya cəlb olunmasında və müəssisələrin sayının optimallaşdırılması zamanı işçilərin peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsində qiymətləndirilmənin nəticələrindən istifadə olunması nəzərdə tutulur.

2016-cı ilin dekabr ayında Bakı şəhərində yerləşən məktəbdənkənar təhsil müəssisələrində çalışan 1500-dən artıq pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi həyata keçirilmişdir.

Ölkənin digər şəhər və rayonlarında məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1 2017-ci ilin fevral ayında məktəbdənkənar təhsil müəssisələrində işləyən pedaqoji heyətin bilik və bacarıqlarının qiymətləndirilməsi keçirilsin.

2. Gəncə Şəhər Təhsil İdarəsinə, şəhər (rayon) təhsil şöbələrinə tapşırılsın:

2.1 qiymətləndirilmədə iştirak edəcək kontingentin siyahısının 5 gün müddətində Təhsil Nazirliyinin elektron bazasına daxil edilməsini təmin etsinlər;

2.2 pedaqoji heyətin qiymətləndirilmədə iştirakını təmin etsinlər;

2.3. qiymətləndirilmədə iştirak edəcək pedaqoji heyətin İKT bacarıqlarının inkişaf etdirilməsi üçün tədbirlər təşkil etsinlər.

3. Qiymətləndirilmənin keçiriləcəyi rayonlar üzrə müvafiq ərazi maliyyə hesablaşma mərkəzləri şəhər (rayon) təhsil idarələri (şöbələri) tərəfindən elektron bazaya daxil edilmiş kontingent haqqında məlumatın dürüstləşdirilməsini təmin etsinlər.

4. İnformasiya şöbəsinə (E.Əliyev), Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinə   (V. Məmmədov) və İnsan resursları şöbəsinə (E.Bağırov) tapşırılsın:

4.1. Nazirliyin aidiyyəti struktur bölmələri və müvafiq yerli təhsili idarəetmə orqanları ilə birgə qiymətləndirilmənin keçirilməsi üçün hazırlıq işlərini və zəruri təşkilati tədbirlərin həyata keçirilməsini təmin etsinlər;

4.2. qiymətləndirilmə başa çatdıqdan sonra nəticələri rəhbərliyə təqdim etsinlər.

5. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V. Məmmədov) İnsan resursları şöbəsi (E.Bağırov) qiymətləndirilmənin nəticələrinin məktəbdənkənar təhsil müəssisələrinin sayının optimallaşdırılması zamanı pedaqoji işçilərin işə qəbulunda nəzərə alınmasını təmin etsinlər.

6. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V. Məmmədov) və İnformasiya şöbəsi (E.Əliyev) qiymətləndirilmənin rayonlar üzrə keçirilmə qrafikinin hazırlanması və yerlərə göndərilməsini təmin etsin.

7. Pedaqoji heyətin qiymətləndrilmədə iştirakı ilə bağlı ezamiyyə xərcləri əsas iş yerləri hesabına ödənilsin.

8. Maliyyə şöbəsi (R.Orucov), Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) qiymətləndirilmənin keçirilməsi ilə əlaqədar maliyyə və digər təşkilatı məsələlərin həll olunmasını təmin etsinlər.

9. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini, aidiyyəti struktur qurum və bölmələrə çatdırılmasını, Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

                10. Əmrin icrasına nəzarət nazir müavininə (F.Qurbanov) həvalə edilsin.

Əsas: nazir müavini F. Qurbanovun təqdimatı.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

17 fevral 2017-ci il

№100


Sayt test rejimində çalışır