• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən ali təhsil müəssisələrində 2017-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısının təsdiqi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılıq məktubunu, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəylərini və Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrinin təkliflərini nəzərə alaraq

 

ƏMR EDİRƏM:

 

 1.Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrində 2017-ci ildə keçiriləcək  beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısı təsdiq edilsin (əlavə olunur).

2. Ali təhsil müəssisələrinin rəhbərləri:

2.1. 2017-ci ildə keçirilməsi nəzərdə tutulan müvafiq beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların keçirilməsini təmin etsinlər.

2.2. Beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların keçirilməsi ali təhsil müəssisələrinin 2017-ci ilə təsdiq olunmuş büdcə üzrə xərclər smetasının və büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər smetasının müvafiq xərc yarımmaddəsində nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilsin.

2.3. 2017-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların nəticələri barədə (hər bir konfrans keçirildikdən 3 gün sonra) Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.

3.İnformasiya şöbəsi (E.Əliyev) əmrin əlavəsi ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, çoxaldılıb yerlərə göndərilməsini və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova  həvalə edilsin.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.2017-ci il tarixli, 17/17/138-11 nömrəli razılıq məktubu, AMEA-nın 08.02.2016-ci il tarixli, 01-3/92 nömrəli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 06.02.2017-ci il tarixli 15/254 nömrəli məktubları və Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrinin təklifləri.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

17 mart 2017-ci il

№160


 

Əlavə:

 

Azərbaycan Respublikasının Təhsil Nazirliyi sistemindəki ali təhsil müəssisələrində 2017-ci ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısı


Sayt test rejimində çalışır